Xoşbəxtliyinizin açarı 7 sözdədir

Xoşbəxtliyinizin açarı 7 sözdədir
Xəstəliklər və müalicəsi
10.09.2017 22
İstənilən
söz insanın əhvalını 180 dərəcə dəyişə bilər. Buna görə də,
qarşınızdakı insanlara və özünüzə nələrisə deyəndə seçdiyiniz sözlərə
diqqət etsəniz karlı çıxarsınız. Xüsusilə də, xoşbəxt olmaq
niyyətindəsinizsə. Elə isə, yaxın əyləşin və diqqətinizi bizə verin.
Çünki bu yazımızda sizin üçün xoşbəxtliyinizin açarı olan, hər gün
söyləməli olduğunuz 7 söz haqqında yazırıq. 



Yox!

Bəzən
işiniz başınızdan aşır amma həmin an xətrinə dəymək istəməyəcəyiniz
sevdiyiniz bir insan sizdən onun üçün nəsə etməyinizi istəyir. Sizin isə
dodaqlarınızın arasından yox demək əvəzinə hə sözü çıxır. Bununla da
özünüzü əməlli-başlı stressə salırsınız. İş yükünüz artır, yuxusuzluq
yaranır və tükənmə sindiromu yaşayırsınız. Bütün bunları yaşamamaq üçün
elə əvvəlcədən yox deməyi bacarın. Bu zaman görəcəksiniz ki, həyatınız
daha rahatdır, öz öhdəliklərinizdən başqa kiməsə öhdəliyiniz yoxdur və
ən əsasi özünüzü borcunuz varmış kimi hiss etməyəcəksiniz. Xoşbəxtliyə
ilk addımı bir "yox”la ata bilərsiniz.



Mən bacardım!

İş
həyatınızda yəqin ki, rastlaşmısınız, bir işi uğurla edərsiniz, amma
digəri o işi öz ayağına yazar. Sizə isə sadəcə uzaqdan baxmaq qalar.
Bunun qarşısını almaq öz əlinizdədir. Biz bacardıq, biz etdik
deməyəcəksiniz. Çünki komanda anlayışı onlar üçün uzaq anlayışdır. Bu
səbəblə də, yaxşı, uğurlu bir iş edərkən bir addım önə çıxın və qururla
deyin: "Bunu mən bacardım!”



İstədiyim maaş XX manatdır!

İş
həyatının ən gözəl hissəsi maaşın artmasıdır. Onsuz da siz özünüz
etdiyiniz işin hansı dəyərə sahib olduğunu bilirsiniz. Bilmədikdə isə
kiçik bazar araşdırması edirsiniz. Və məlum olur ki, əslində az maaş
alırsınız. Və cəsarətinizi toplayıb gedib müdirə nə qədər maaş
istədiyinizi deməlisiniz.



Təşəkkür edin!

Burada
iki cür təşəkkürdən söhbət gedir: ya kompliment eşitdiyinizdə, ya da
ki, tənqid edildiyinizdə. Birincini etmək çox asandır. İkinci isə
nisbətən çətindir. Əgər sizi təndiq edən insanlara təşəkkür etsəniz bu,
sizi daha yaxşı yerlərə aparacaq. Və uzun müddətlik duyğularınız daha
xoş niyyətli olacaq.



Özünüzü gözəl hiss edin!

Gəlin
etiraf edək ki, ətrafımızda həmişə bizdən daha gözəl hiss etdiyimiz
kimlərsə olacaq. Amma özümüzə etiraf edərkən istifadə etdiyimiz sözlərin
rolu çox böyükdür. Buna görə də özünüzə gözəl olduğunuzu, özünüzü
cəlbedici hiss etdiyinizi söyləyin. Bu, sizdə böyük dəyişiklik yaradacaq
və daha pozitiv olacaqsınız.



Xoşbəxt deyiləm!

Xoşbəxt
olmaq istəyi insanlar arasında artıq bir vəzifəyə çevrilib. Hamı
xoşbəxt olmalıdır deyə bir anlayış yoxdur. Amma hamı xoşbəxt olmaq üçün
çalışmalıdır. Siz də özünüzü xoşbəxt hiss etməyəndə xoşbəxtsiniz kimi
rola girməyin. Özünüzə qarşı dürüst olun. Bu, siiz rahatladacaq. Eyni
zamanda da xoşbəxt olmadığınız zamanlar daha da artmamış bir peşəkardan
kömək alın. 



Şükür edin!

İstəklərimiz
bitmir ki, bitmir. Həm də, istəmək gözəldir, həyat enerjimizin yerində
olduğunuz, ümidlərimizin yeniləndiyini göstərir. Əgər istəkləriniz
yerinə yetmirsə və gerçəkləşməyən istəkləriniz üçün də pis olursunuzsa
bunun çıxış yolu şükür etməkdədir. Özünüz üçün bir şükür listi
hazırlayın və həyatınızda şükür edəcəyiniz məqamları yazın. Və hər gün
daha çox şükür edin. Bu sizi müsbət enerjilə təmin edəcək və daha
xoşbəxt olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!