Stephen Hawkingin depressiyada olanlara gözəl məsləhəti

Stephen Hawkingin depressiyada olanlara gözəl məsləhəti
Xəstəliklər və müalicəsi
10.09.2017 65
Dünya
şöhrətli alim Stephen Hawking kosmos və zamanla bağlı fikirləri ilə
daima beynimizdə fırtınalar yaratmağı bacarıb. Bütün bunlardan başqa, o
daha həssas mövzulara da toxunur. Müsahibələrindən birində o
depressiyadan əziyyət çəkən insalara faydalı məsləhətlər
verib. Alim depressiyanı qara dəliklərlə müqayisə edir. Bizə başa salır
ki, qara dəliklər kimi depressiyalar da qaranlıq və içindən çıxılması
mümkün olmayan şeyə bənzəyir.



1963-cü
ildə qoyulan diaqnozla 54 ildən artıqdır ki, çox ağır xəstəliklə
mübarizə aparan alim bu yaşadıqlarına baxmayaraq, insanlara ümidli
olmağı və depressiyadan uzaq durmağı məsləhət görə bilir. Hawking
deyir: "Sizə bildirmək istəyirəm ki,
qara dəliklər təsvir edildikləri qədər qara deyillər. Bir zamanlar
düşündüyümüz kimi, onlar əbədi qazamat da deyillər. Qara dəlikdən
qurtulmaq və hətta başqa kainata keçmək də mümkündür. Yəni, əgər siz
qara dəlikdəsinizsə, təslim olmayın – çıxış yolu var.”

 

Həmin
mühazirəsi zamanı qızı Lucy də çıxış edərək, atasının həm mənəvi, həm
də intellektual baxımdan çox güclü olmasından bəhs edib: "O,
hər zaman davam etmək üçün özündə güc tapır. Bütün gücü, enerjisi,
intellektual bacarıqlarını toplayıb, yola davam etmək üçün hədəflərini
müəyyən edir. Bu gücdən təkcə özü üçün deyil, başqa insanları
ilhamlandırmaq, kitablar yazmaq, elmi işlər görmək, mühazirələr vermək
üçün də istifadə edir. "

Bəli, güclü insanlar fiziki vəziyyətlərindən asılı olmayaraq intellekt və mənəviyyatları ilə dünyanı dəyişməyi bacarırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!