Səbəbsiz qəhqəhə dəhşətli xəstəliyin əlaməti ola bilər

Səbəbsiz qəhqəhə dəhşətli xəstəliyin əlaməti ola bilər
Xəstəliklər və müalicəsi
10.09.2017 6
İnsan
bədəni çox çeşidli, müxtəlif funksiyalı hüceyrələrdən təşkil olunub. Bu
hüceyrələrin çox böyük bir hissəsi həyatımız boyu böyüyür və ölür. Ölən
hüceyrələrin yerinə digər hüceyrələrin bölünməsi ilə yeniləri gəlir. Bu
şəkildə orqanizm sağlam qalır və öz funksiyalarını normal şəkildə
yerinə yetirir. Lakin xəstəliklər və ya bədəndə olan bir çox xarici
təsirlər nəticəsində hüceyrələrin funksional fəaliyyəti pozulur və onlar
böyümə kontrolunu itirərək sürətli şəkildə bölünməyə başlayırlar. Bu
cür dəyişikliyə məruz qalan hüceyrələrə şişlər deyilir. Şişlər
xoşxassəli və bədxassəli olmaqla 2 qrupa ayrılır.

Türkiyəli
onkoloq Cüneyd Köçmür beyin şişinin az məlum olan əlamətlərinə toxunub.
Onun sözlərinə görə, durduğu yerdə qəhqəhə çəkmək ciddi xəstəlik
əlaməti ola bilər.

 

Qəfil qəhqəhə

Beyin şişləri heç də hər zaman baş ağrıları ilə müşahidə olunmur. Bu
şişlər hərdən az məlum olan əlamətlərlə özünü göstərə bilər. Məsələn,
səbəbsiz yerə, durduğu yerdə gülmək beyin şişinin ilkin əlamətləri ola
bilər. Beyin şişlərinin digər əlamətləri isə depressiya, hallyusinasiya,
gözlərin zəifləməsi, halsızlıqdır. Huşunu itirmək və  ya yeriyərkən
büdrəmə da beyin şişin əlamətləri ola bilər.

 

Şiş növünün müəyyən edilməsi çox əhəmiyyətlidir

Əlamətlər şişin beynin hansı hissəsində olmasından çox asılıdır.
Şişlər əl və ayağın beyində hərəkətini təmin edən hissədədirsə, əl və
ayaqlar uyuşur və hərəkət qabiliyyəti getdikcə zəifləyir. Başın arxa
tərəfindəki şişlər isə gözlərin zəifləməsinə səbəb olur. Şişin
xoşxassəli və bədxassəli olub-olmadığı analizlərin nəticələrinə görə
müəyyən olunur.

 

Cərrahi metodlar

Beyin şişlərinin müalicəsində ilkin variant hər zaman cərrahı üsuldur.
Cərrahiyyənin necə aparılması şişin beynin hansı hissəsində
yerləşməsinə  görə müəyyən olunur.  Müasir texnoloji avadanlıqlar
sayəsində artıq əməliyyatlar mikro və ya endoskopik cərrahi üsulla
həyata keçirilir. Əməliyyat ilə şişin hamısı çıxarılır və onun təsirləri
yox edilir. Bu, cərrahi metodlar sayəsində xəstələr tezliklə sağalıb
normal həyatlarına qayıdır.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!