Ətrafınızdakı psixopatları sizə tanıdacaq 10 əlamət

Ətrafınızdakı psixopatları sizə tanıdacaq 10 əlamət
Xəstəliklər və müalicəsi
10.09.2017 14
Ətrafınızda bəlkə
də psixi vəziyyəti qeyri-stabil və ya sağlam olmayan insanlar ola
bilər. Bunu bilmədiyiniz halda, həyatınız əsl əziyyətə çevrilə bilər.
Hər dəfə qarşınıza çıxacaq problemləri həll etmək məcburiyyətində
qalmağınız bir yana, bir də bu tip insanların yaratdığı əlavə
problemlərin öhdəsindən gəlməli olacaqsınız. Ona görə də, "psixopat”
insanları əvvəlcədən təsbit etmək və mümkün qədər uzaq durmaq ən
yaxşısıdır.

Qadınlar.biz  sizə
bu cür insanları rahatlıqla tanımağınıza kömək edəcək bir neçə əlaməti
təqdim edir. Diqqətlə oxuyun və son dövrlərdə əsəblərinizi korlayan
insanlarda bu əlamətlərin olub-olmadığını özünüz üçün müəyyən etməyə
çalışın:



1. Gözəçarpan ağıl və səthi xarizma

Bu
cür insanlar haqqında ilk təəssüratınız yanıldıcı ola bilər. Adətən ilk
görüşlərdə olduqca dostyana davranır, asanlıqla ünsiyyətə keçir və
müsbət təəssürat oyadırlar. Özünü olduğu kimi qəbul etmiş, sosial olaraq
sıxıntı çəkməyən və orijinal fikirli olurlar. Əlbəttə, bu mərhələdə
kiminsə psixozdan əziyyət çəkdiyini müəyyən edə bilmərik. Növbəti
əlamətlər də olmalıdır.



2. Əsassız danışıq və qeyri-səmimilik

Danışdığı
yalanlar adətən uğurlu olur, çünki xaricdən çox dürüst və səmimi
görünürlər. Halbuki, hər danışdığı söz əsassızdır və onun əsl mənini
gizlətməyə xidmət edir.



3. Aldadan şəxsiyyət

Hiylə
və yalana çox tez-tez əl atır. Sözünün üstündə durmur. Başqalarını
aldadır, ağlını başından alır və sonra tərk edir. Bu cür insanlar
siyasətdə də yaxşı uğur qazanırlar. Başqalarının yaratdığı faydalı
şeyləri öz adlarına çıxarır, oğurluq edir, saxtakarlıqla məşğul olurlar.
Lakin bütün bunlara təhlükəsiz olduğunu düşündüyü halda qol çırmalayır.
Öz təhlükəsizliyini hər şeydən üstün tutur.



4. Hər şeyin mərkəzində öz "mən”idir

Mən.
mən.. mən… Bu insan öz məni ilə ağlını itirib. Başqalarını sevə bilmir
və ya sadəcə vecinə almır. Sevgi haqqında ancaq intellektual müzakirə və
mübahisələr apara bilir. Hisslərə tamamilə yaddır. Onu sevənlərin də
hiss və düşüncələrini ciddiyə almır.



5. Vicdan əksikliyi

Öz
pis davranışlarına görə, heç vaxt məsuliyyəti boyunlarına götürmür.
Digər insanları öz uğursuzluğuna görə günahlandırmaqdan da çəkinmir.



6. Hiss əksikliyi

O
bəzən çox həssas görünə bilər, lakin bu sadəcə insanlarda fərqli
təəssürat yaratmaq üçündür. Kədər, əsəb, sevinc və ya ümidsizliyi
dərindən yaşaya bilmir və digər insanların da bu tip hisslərinə qarşı
laqeyd qalır. Öz karyera planlarını istənilən hissdən üstün tutur.



7. Şəxsi əlaqəyə laqeydlik

Yaxşılıq
və ya etibara qarşı bizim verdiyimiz reaksiyanı vermir. Səthi olaraq
göstərə bilər, lakin ona edilən yaxşılıqlara da hər zaman şübhəylə
yanaşmaqdadır. Digər insanların hisslərini vecinə almır və onları çox
rahatlıqla ələ salır.



8. Öz əməllərinə cavabdeh ol

Kənardan
baxdıqda çox etibarlı insan kimi görünə bilər, lakin daha sonra
davranışlarıyla nə qədər etibarsız olduğunu sübut edir. Başqalarına
qarşı heç bir məsuliyyət hissi yoxdur, heç bir öhdəlik qəbul etmir.



9. Sakit və məntiqli

Məntiqsiz
və qarışıq görünmür. Hər zaman hazır, səliqəli görünüşü var və
insanların başını itirdiyi ən kədərli vəziyyətlərdə də sakit olmağı
bacarır.



10. Davranışlarına görə özünü günahlandırmır

O,
heç vaxt günahkar ola bilməz. Bütün səhv gedən işlərinin günahkarı
ətrafındakı insanlardır. Hətta başqa insanları pis vəziyyətdə qoya
biləcək səhvlər etsə də, heç vaxt bunu boynuna almaz və özünü də
günahkar olmadığın əmin edə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!