Depressiyanı tanıyın

Depressiyanı tanıyın
Xəstəliklər və müalicəsi
10.09.2017 28
Son zamanlarda adını tez-tez eşitdiyimiz depressiya xalq arasında həddindən artıq bədbəxtlik halı ruh düşkünlüyü olaraq bilinər.

Ancaq hər bədbəxtlik və ruh düşkünlüyü depressiya
deyil. İnsanların ayrılıq, yaxın birinin itkisi kimi vəziyyətlərdə
yaşadığı kədər və yas tutma ilə depresiyanı ayırmaq lazımdır. Yas
dövründə adam kədərli ola bilər və bu normal yaşanması gərəkən bir
müddətdir. Depressiya bəzən belə bir itkidən sonra da ortaya çıxa bilər
ancaq depressiya diaqnozu ala bilməsi üçün yas prosesinin atlata
bilməməsi, şiddətli və davamlı olması lazımdır.

 


Özünü heç bədbəxt hiss etmədiyini söyləyən adam
yoxdur. Çünki duyğularda dəyişikliklər və eniş-yoxuş yaşana bilər. Bu
normaldır. Bu səbəblə insanların depressiya haqqında daha çox məlumata
sahib olması lazımdır. Əvvəlcə depressiya diaqnozu aşağıdakı əlamətlərdən 5 və daha çoxunun, ən az 2 həftə boyunca davam etdiyi vəziyyətlərdə qoyurlar.



1. İntihar düşüncəsi

2. Günahkarlıq və/və ya dəyərsizlik hissi

3. Marağın və zövqün azalması

4. Yuxu pozuntusu (həddindən artıq çox yatmaq ya da yuxusuzluq)

5. Iştahta artma / azalma

6. Hərəkətdə yavaşlama

7. Yorğunluq və enerji itkisi

8. Diqqət dağınıqlığı

9. Qərarsızlıq

Depressiya yüngül-orta-ağır şiddətdə ola bilər. Depresiyadakı insanlar dəli, anormal və zəka baxımından zəif kəslər deyil.

Depressiya həyat boyu qadınlarda kişilərdən daha çox
görülməkdədir. Qadınlarda  25%, kişilərdə isə 12% qədərdir. Depressiya
riski 18-44 yaşlarında daha çox 65 və üzərində isə daha azdır.

Depressiyada genetik faktorlarda böyuk rol oynayır.
Ancaq ekoloji faktorlar, yetişdirilmə tərzi də insanlara öz təsirini
göstərir.

Depressiyanın tək bir səbəbi yoxdur. Bir çox faktor
depressiyaya səbəb olabilir. Ailənin depressiyaya uyğunluğu və beyin
kimyasının xüsusiyyətləri, yaşanılan təcrübələr, mənfi düşüncə və
davranışda bir sıra dəyişikliklər depressiyanın səbəbləri sırasındadır.

Həyatdan zövq alınan fəaliyyətlərin olmaması ya da
azalması, bir sıra mövzularda yaşanılan müvəffəqiyyətsizliklər,
çarəsizlik və ümidsizlik inancları da insanı depressiyaya meyilli hala
gətirər.

Depresiyanı ortaya çıxaran birinci faktor beyin yəni
sinir sistemi, beyindəki struktur və ya kimyəvi bəzi dəyişikliklər,
ikinci faktor şəxsiyyət quruluşu yəni insanın ümumiyyətlə dünyanı və
özünü dəyərləndirilmə şəkli, üçüncü faktor isə ətraf yəni yaşadığınız
hadisələr.

Depressiya müalicəsi mümkün olan bir psixoloji
pozuntudur. Pasiyentin xüsusiyyətinə görə psixoloq tərəfindən
məqsədəuyğun psixoterapiya üsulları seçilir və həyata keçirilir.
Pasiyent psixoloq ilə əməkdaşlıq etsə müalicə müsbət nəticə verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!