Daxilindəki gücü aşkara çıxarmaq eçün 5 vacib addım

Daxilindəki gücü aşkara çıxarmaq eçün 5 vacib addım
Xəstəliklər və müalicəsi
10.09.2017 15
Motivasiya
insana müxtəlif qaynaqlardan bəxş edilir. Elə günlər olur ki, qolumuzu
qaldırmağa həvəsimiz olmur, bəzi günlərdə isə motivasiyamız ilə təkcə
özümüzü deyil, bütün ətrafımızı ruhlandıra bilirik. Yəni bu, heç də
qabaqcadan müəyyənləşdirilə bilən bir əhval deyil, sadəcə həyatımızda
baş verən hadisələr zənciri bizi müəyyən bir ruh halına salır. Bəs
yaxşı, əgər həyatın istədiyin kimi getmirsə, lakin motivasiyaya çox
ehtiyacın varsa – nə etməlisən? Motivasiyanı geri qazanmaq üçün nə kimi
üsullardan istifadə etmək olar. Bu gün sizə məhz bu barədə yazacağıq.



Beləliklə, daxilinizdəki gücü üzə çıxarmaq üçün atmalı olduğunuz 5 addımla tanış olun:



1. Nöqtələməyi bacarın

Əgər
hər hansı bir işi görmək istəmirsinizsə, bunu qəbul edin və həmin işlə
bağlı hər şeyi nöqtələyin. Əgər bunu etməsəniz, nə həmin işi görəcək, nə
də digərlərinə keçid edə biləcəksiniz. Nəticədə həvəssizlik, motivasiya
azlığı ilə ümumiyyətlə işə olan marağınız itəcək. İlk növbədə, sizi
"qidalandıran” işlərlə məşğul olun. Onlardan aldığınız güc ilə isə sizi
daha az maraqlandıran, lakin görməli olduğunuz işlərə keçərsiniz.



2. Yaxşı planlar qurun

Əgər
istədiyiniz reallaşdırmaq üçün kifayət qədər gücünüz və ya imkanınızın
olmadığını düşünürsünüzsə, bu gözləmə mərhələsini maksimum dərəcədə
səmərəli keçirməyə çalışın. Bu vaxtı itirilmiş olaraq
dəyərləndirməkdənsə, arzunuzu həyata keçirmək üçün qurduğunuz planı daha
detallı düşünün və xırdalıqlar üzərində də düşünməyə çalışın. Planı
mükəmməl etdikdən sonra, onu həyata keçirmək üçün yolları da tapa
biləcəksiniz.



3. Özünüzə qarşı qəddar olmayın

Əgər
siz qəliz kitablar oxumağı sevmirsinizsə, mürəkkəblik sizin ruhunuza
uzaqdırsa, buna görə özünüzə qınamalı deyilsiniz. İnsan müxtəlif
mərhələlərdə tamamilə fərqli şeylərə maraq duyur və sadəlik, müəyyənlik,
aydınlıq istəməyiniz də sizin təbii haqqınızdır. Sizi maraqlandıran
şeylərlə məşğul olun, sizə güc verən kitablar oxuyun. Həmin kitablardan
aldığınız güclə daha yüksək pillələrə qalxmağa, daima irəli getməyə
çalışın.



4. Hissələrə ayırın

Əgər
500 səhifəlik bir kitabı oxumaq sizə çox darıxdırıcı və ürəksıxıcı
gəlirsə, hissələrə ayırmağı öyrənin. Əgər gündə ən çox 50 səhifə
oxusanız, gözünüzdə böyütdüyünüz bu kitabı cəmi 10 günə bitirə
bilərsiniz. Bu bütün digər məşğuliyyətlərə də aiddir.



5. Fasilə verin

Özünüzə
istirahət hüququ verin. İşi hissələrə ayırın, fasilələrinizi isə
əyləncəli keçirin. Bu fasilələr zamanı kiçik bir gəzintiyə çıx və ya
sadəcə sevimli şirniyyatınızla çay içə bilərsiniz. Əsas beyninizi
yükləməyə özünüzə icazə verməməkdədir. Beyninizin də bədəniniz qədər
istirahətə ehtiyacı var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!