Az yeyib kökələnlər

Az yeyib kökələnlər
Xəstəliklər və müalicəsi
10.09.2017 25
Qalxanvari vəzi orqanizmdə gedən mübadilə proseslərini tənzimləyir. Onun hormonları bütün metabolik prosesləri sürətləndirir: zülalların və yağların parçalanması, karbohidratların mənimsənilməsi.

Qalxanvari vəzi hormonları müxtəlif mənbələrdən (karbohidratlar, yağlar) orqanizmin yaşaması üçün lazım olan enerjinin alınmasını təmin edir. Orqanizmin əsas enerji mənbəyi karbohidratlardır. Əgər qəbul olunan qidada karbohidratlar çatışmırsa, orqanizm öz enerji ehtiyaclarını ödəmək üçün piyləri parçalamağa başlayır. Məhz bu prinsip bütün arıqlamaq məqsədi ilə tutulan pəhrizlərin əsasında durur.

Karbohidratların daxil olması məhdudlaşdırılır və piylər "əriməyə" başlayır.

Piylər istifadə olunduqdan sonra stress vəziyyətinə düşən orqanizm öz əzələlərini "əritməyə" başlayır. Bu hal uzun sürərsə, insan skeletə oxşamağa başlayır (müharibə vaxtında konslagerlərdə saxlanılan insanlar kimi). Anoreksiyadan (patoloji iştahsızlıq) əziyyət çəkən insanlar da bu görünüşü alır.

Bəzi qalxanvari vəzi xəstəlikləri və pozulmaları zamanı qalxanvari vəzinin fəaliyyəti sanki yavaşlayır və nəticədə vəz daha az miqdarlarda hormonları istehsal etməyə başlayır. Bu hal hipotireoz adlandırılır.

Hipotireoz zamanı orqanizmin mübadilə prosesləri ləngiyir, orqanizmə daxil olan qidalı maddələr çox asta parçalanır və nəticədə hətta az qida qəbul edən insan artıq çəki yığmağa başlayır. Bundan əlavə, orqanizmdə mayenin yığılması prosesi baş verir ki, bu da çəkinin artmasına səbəb olur.

Bu səbəbdən əgər hiss etsəniz ki, az qida qəbul etməyinizə baxmayaraq çəkiniz artır, mütləq endokrinoloqa müraciət edin və lazım olan analizləri (TSH, T3, T4) verin.

Xəstədə hipotireoz aşkar olunduqda ona çatışmayan qalxanvari vəzi hormonları təyin olunur ki, nəticədə vəzin fəaliyyəti normallaşır və insanın çəkisi də azalır.

Bəzi hallarda qalxanvari vəzi, əksinə, sürətlə işləməyə başlayır (buna "hipertireoz" deyilir). Nəticədə isə mübadilə prosesləri sürətlənir və həmişəki qaydada qidalanan insan "səbəbsiz olaraq" kəskin arıqlamağa başlayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!