İnsanlar niyə öz-özlərinə danışır?

İnsanlar niyə öz-özlərinə danışır?
Xəstəliklər və müalicəsi
10.09.2017 23
Bunun əsasında həm psixoloji, həm də digər səbəblər dayana bilər.

Öz-özünə danışmaq bəzi psixoloji xəstəliklərin işarəsi və nəticəsi də ola bilər, psixoloji baxımdan hər hansı bir problemi olmayan, sağlam insanlarım adi vərdişi də. Ümumiyyətlə bu prosesin əsasında nələrin dayanması haqqında dəqiq bir söz demək olmur.

Xüsusilə erkən yaşlarda tez-tez müşahidə edilən bu davranışın uşaqlarda inkişaf prosesinin bir parçası olduğu, yeni anlayışları öyrənmələrini asanlaşdırdığı və davranışlarını idarə etmək imkanı verdiyi güman edilir. Məsələn, bir uşağın ayaqqabısının bağlarını bağlayaraq, öz-özünə danışması, növbəti addımı yada salmasını və gördüyü işə yönəltməsini asanlaşdıra bilər. Əslində uşaqlarda əsasən səsli şəkildə reallaşan bu proses, böyüdükcə də aradan qalxmır. Sadəcə artıq səssiz şəkildə öz-özümüzə danışmağa başlayırıq. Çünki böyük insanların davranışını mühakimə edənlər çox olur.

Az qala bütün insanlar vaxtaşırı öz-özləri ilə danışsalar da, başqalarında bunu müşahidə etmək onlara qəribə görünür.

Öz-özünə danışmağın yeniyetmələrdə problemlərin öhdəsindən gəlmək qabiliyyətini inkişaf etdirdiyi və inkişafları üzərində müsbət təsirləri olduğu iddia edilir. Məsələn yeni bir məlumat öyrənərkən öz-özünə təkrar etmək, məlumatın beyində fərqli proseslərlə qeyd edilməsini təmin edir. Həmçinin mürəkkəb və çətin başa düşülən bir cümlə oxuduqda, səsli bir şəkildə təkrar etməklə ifadənin başa düşülməsi asanlaşır.

Psixoloji xəstəliyin nəticəsi kimi müşahidə edilmirsə, insanın özü ilə söhbətləşməsi ona müsbət təsir edir. Bəzi problem və ya gündəlik məsələləri dərk etmək, özümüzü sakitləşdirmək, qərar qəbul etmək üçün müsbət təsirləri var. Franklin P. Consun da dediyi kimi, özümüzlə söhbətləşməyin ən yaxşı tərəfi odur ki, ən azından bizi dinləyəcək birinin olduğunu bilirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!