Təəccüb yaradan psixoloji xəstəliklər

Təəccüb yaradan psixoloji xəstəliklər
Xəstəliklər və müalicəsi
10.09.2017 319
OTHELLO SİNDROMU
Bu narahatlıq, adamın sevdiyi birini xəstəlik dərəcəsində qısqanması vəziyyəti olaraq ifadə edilir.Yoldaşının və ya sevgilisinin sadiq olmadığı düşüncəsinə qapılan kəslər, başlarında qurduqları ssenaridə xəyanətə uğradıqlarının düşünüb birlikdə olduqları kəslərə zərər verə bilir.

NARAHAT QIÇ SİNDROMU

Sıx görülən narahatlığı yaşayanlar ümumiyyətlə yatağa girib hərəkətsiz qaldıqlarında qıçlarında fərq etdikləri, ancaq tam olaraq tərif edə bilmədikləri narahatedici hisslərə qapılır. "Baldırlarım ağrıyır", "Qıçlarıma bir şeylər batır", "Yanır" kimi çox fərqli şəkillərdə şikayətlərini təsvir edərkən bu hisslərin bütünü istirahət halında ortaya çıxıb, hərəkət ilə itir. Bu narahatlıq yuxusuzluğa və buna bağlı yorğunluq, diqqət və konsentrasiyada azalma və şəxsiyyət dəyişikliklərinə səbəb ola bilir.

OLFAKTÖR İSTİNAD SİNDROMU

Ətrafına dözülməz ölçüdə pis bir qoxu yaydığına inanan adam, bədən qoxusuyla həddindən artıq məşğul olarkən və bundan ötəri özlərini günahlandırır. Gerçəkdə var olmayan bir qoxu üçün tez-tez ətraflarından üzr istəyən kəslər, dişlərini fırçalayaraq və ya tez-tez paltar dəyişdirərək qoxudan xilas olacaqlarını düşünürlər.

CAPGRAS SİNDROMU
Bu sindromun başlıca xüsusiyyəti, adamın ətrafındakıların gerçək olmadığına, başqalarının onların yerinə keçdiyinə inanması olaraq təyin olunur. Qadınlarda bir az daha çox görülən bu sindrom sanısal pozğunluqlardan biri olaraq təsnif edilə biləcəyi kimi şizofreniyanın bir əlaməti olaraq da görülə bilir. Xəstə, özünü olduqca kompleks bir sui-qəsdin içində hiss edir və ətrafındakıların fərqində olmadan dəyişdirildikləri düşüncəsinin narahatlığını yaşayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!