Kişi və qadın sonsuzluğunda köməkçi olan 5 vasitə

Kişi və qadın sonsuzluğunda köməkçi olan 5 vasitə
Xəstəliklər və müalicəsi
10.09.2017 9
Normal cinsi həyat
Sonsuzluğu aradan qaldırmaqda ən vacib amillərdən biri də seks həyatının normal olmasıdır. Normal cinsi həyat hamilə qalmaq şansını artırır. Normal seks həyatı ovulyasiya dövründə spermalarla yumurtanı bir yerə gətirmək şansını artırır. Nəticə etibarı ilə sekslə nə qədər çox məşğul olsanız, hamilə qalmaq şansınız o qədər çox olur.

Stressdən uzaq durun
Stressi əsrimizin baş bəlası kimi şərh edən Çoksüer evli cütlüklərin yaşadığı stressin seks həyatına təsir etdiyini bildirib. Çoksüer deyir ki, sonsuzluqla bağlı müalicə alan xəstələr stressə daha çox məruz qalırlar. Müalicə alan cütlüklər müalicə kursu uğursuz nəticələnəndə hər ay stressə düşürlər. İynəbatırma, yoqa və meditasiya, masaj, dərindən nəfəs almaq məşqləri, dua etmək və vizualizasiyanın (xəyalında canlandırmaq) stressi məğlub etməkdə çox böyük köməyi olur. Musiqi dinləmək, uzun gəzintilərə çıxmaq, idman etmək, təmiz havada gəzmək, ya da sizi yaxşı hiss etdirəcək nə varsa, onu etmək stressi azaldır.

Yuxusuz qalmayın
Yuxusuz qalan insanlarda melatonin hormonunun səviyyəsi aşağı düşür. Melatonin hormonu həm antioksidant təsirə malikdir, həm də ovulyasiya prosesi üzərinə müsbət təsirlidir. Yuxu rejiminə əməl etməyən şəxslərdə melatonin ifrazatı az olduğu üçün qadınların dünyaya uşaq gətirmə qabiliyyəti aşağı düşür. Hamilə qalmaq istəyən xanımlar sağlam həyat tərzi yaşamalıdır. Hər gün eyni saatda yatıb eyni saatda durmalısınız. Hamiləlik şansını artırmaq üçün ən az 8 saat yatmaq lazımdır.

Yaş amilini nəzərə alın
Hamilə qalmaq istəyən xanımlar yaş amilini də nəzərə almalıdır. Hamilə qalmaq üçün ən yaxşı yaş dövrü 18-30 yaş arasıdır. 35 yaşdan sonra hamilə qalmaq şansı azalır, yumurtalıqların keyfiyyəti aşağı düşür.
Təhsil, karyera, iqtisadi səbəblər və evlilik anlayışında dəyişikliklər qadınları gec yaşda ana olmağa sövq edir. Yaş artdıqca isə qadınların çoxu qeysəriyyə əməliyyatına üstünlük verir. Lakin gənc yaşda və təbii yolla ana olmaq qadın sağlamlığı üçün çox əhəmiyyətlidir.

Zərərli maddələrdən uzaq durun

Ekoloji cəhətdən çirklənməyə məruz qalan mühit hamiləliyin pozulmasına, körpənin qüsurlu doğulmasına səbəb ola bilir. Zəhərli hava, plastiklər, təmizləyici, yuyucu maddələr və makiyaj vəsaitləri allergiyadan, hormon pozulmasına, sonsuzluq problemlərindən xərçəngə qədər bir çox xəstəliyə səbəb olur. Qadınlarda hormon pozğunluğu isə sonsuzluq riskini artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!