Dişlərimin rəngini niyə qorumalıyam?

Dişlərimin rəngini niyə qorumalıyam?
Xəstəliklər və müalicəsi
10.09.2017 89
Hər zaman gözəl və parlaq bir gülüşə sahib olmaq istəyirsiniz, amma dişləriniz qəhvə, çay, kola və ya başqa səbəblərdən zaman keçdikcə sararır. Dişlərinizi ağartmaq istəyinizin səbəbi nə olursa olsun, artıq yalnız deyilsiniz.



Fərqli saç və dəri rənglərinə sahib olduğumuz kimi, diş rənglərimiz də fərqli olur. Bəzi dişlər digərlərindən daha sarı ikən, bəziləri isə yaşlandıqca saralır. Təbii diş rənginiz isə bir çox faktorlardan təsirlənir.



Səth ləkələri və daxili saralmanın səbəbləri bunlar ola bilər:



Təbii yaşlanma müddəti
Tütün istifadəsi, qəhvə, çay, kola və ya qırmızı şərab içmək və albalı, böyürtkən kimi yüksək piqmentli qidalar yemək
Ərp qatının yığılması
Dişlərinizə "xallı” görüntü verən, dişləriniz formalaşanda həddindən artıq ftorid qəbulu
Uşaqlıq dövründə antibiotik tetrasiklin müalicəsi
Dişlərdə qəhvəyi, boz və ya qara rəngi əmələ gətirə biləcək travma
Dişlərinizi ağartmaq üçün bir çox səbəblər vardır, bunlardan bəziləri bunlardır:



Gözəl bir gülümsəmə ilə özünüzə olan inamın artması
Daha gənc görünmə
Toy, iş görüşməsi kimi xüsusi vəziyyətlər
Başqlarında sizə qarşı ilk müsbət təəssürat oyatmaq
İllərdir davam edən ləkələr və saralmanı əvvəlki vəziyyətinə qaytarmaq
Hər hansı ağartma əməliyyatına başlamazdan əvvəl həkiminizlə məsləhətləşin, çünki müalicə üçün uyğun namizəd olub olmadığınızı sadəcə diş həkiminiz qiymətləndirə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!