Miqrenin növləri

Miqrenin növləri
Xəstəliklər və müalicəsi
10.09.2017 12
Miqren xəstəliyinin 2 növü vardır:
1. Auralı miqren;
2. Aurasız miqren
Miqren xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız miqren 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır. Ürəkbulanma, qusma ilə müşayiət olunur.

Miqren aurası
Miqren aurası – miqren baş ağrılarının əvvəlində və ya ondan öncə baş verən simptomların kompleksidir. Tipik aura vizual və/və ya sensor hissiyyatın müvəqqəti pozulmasından və/və ya nitqin disfaziyası simptomlarından ibarətdir. Simptomlar müsbət (məsələn: işıqlanma, ləkələr, əyri xətlər, iynə batması) və mənfi (görmənin itməsi, dilin tutulması) ola bilər. Simptomlar 5 dəqiqə ərzində tam formalaşır və 60 dəqiqə ərzində keçir. Auranın müxtəlif simptomları ardıcıl olaraq baş verə bilər.

Miqrenin kəskinləşməsini səbəb ola biləcək faktorlar
Müəyyən amillər miqren tutmasına qıcıq ola bilər (qeyd etmək lazımdır ki, sadə bir qıcıq miqren tutmasının başlanmasına səbəb ola bilər, halbuki bir neçə amilin kombinasiyası tutmaya çox nadir hallarda səbəb olur): isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səsküy, fiziki gərginlik/hərəkət, xronik stress, yuxu pozğunluğu, vaxtsız/pis qidalanma, tütünçəkmə, сinsi yetkinlik dövrü, menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik, dərman amili (nitroqliserin, oral kontraseptivlər, hormonal terapiya, opiat və barbituratlar, nifedipin və s.), qida məhsulları (sitrus meyvələri, tərkibində kofein, nitritlər və aspartam olan qida məhsulları, yetişmiş pendir, şokolad, alkoqol, monosodium qlutamatlı qida məhsulları və s.).

Miqren klinik əlamətlər
Miqren tez-tez rast gəlinən ürək bulanması, qusma ilə müşahidə olunan, işığın və səsin təsirindən güclənən uzunmüddətli baş ağrısıdır. Həmçinin miqren nevroloji xəstəlikdir. Miqren ağrıları saatlar və ya günlərlə davam edir. Uzun müddət davam edən miqren ağrıları miqren statusu adlanır. Miqren zamanı baş ağrılarının səbəbi qan damarlarının ətrafındakı sinir liflərinin kimyəvi preparatların təsiri, qan damarlarının genişlənməsi nəticəsində sıxılmasıdır.

Bu xəstəlik əsasən qadınlarda geniş yayılıb. Miqren baş ağrısı ürəkbulanma, diareya, işığa, səsə həssaslıq, qan dövranının zəifləməsinə səbəb olur. Miqrendən əziyyət çəkənlər baş ağrılarının səbəbini müxtəlif faktorla əlaqələndirirlər. Miqrenin simptomları baş ağrısından bir müddət əvvəl, dərhal baş ağrısına keçən vaxt, baş ağrısı ilə eyni zamanda və baş ağrısından sonra əmələ gələ bilər. Miqrenin əsas səciyyəvi simptomlarına aiddir:

• Pulsasiyaedici və pulsasiya etməyən birtərəfli ağrı;
• 4 saatdan 72 saata(3 günə) qədər davam edən ağrı;
• ürək bulanma, qusma;
• işığa,qoxuya,səsə həssaslıq.
• əmək qabiliyyətinin itirilməsi
• adi fiziki yükdən ağrının güclənməsi
Ürəkbulanma və işığa qarşı artmış həssaslıq ilə müşahidə olunan, əmək qabiliyyətinin məhdudlaşdırılmasına gətirən təkrarlanan kəskin baş ağrıları ilə nevroloji müayinələrin nəticələri normal olan pasiyentlər miqren xəstəliyi olan xəstələr kimi qəbul olunmalıdırlar.

Miqren müalicə üsulları
ABŞ tədqiqatçıları araşdırmışlar ki, kəskin baş ağrısına səbəb olan miqren hava dəyişikliyi ilə sıx əlaqəlidir. ABŞ-da təxminən 18% qadınlar və 6% kişilər miqrendən əziyyət çəkir. Xüsusilə gənc və orta yaşlı nəsillərdə bu özünü daha da qabarıq şəkildə göstərir. Qısa müddətli bir araşdırma nəticəsində məlum olmuşdur ki, havanın tez-tez dəyişməsi və eyni zamanda hava çirklənməsi baş ağrılarına səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!