Kişi sonsuzluğun müalicəsi

Kişi sonsuzluğun müalicəsi
Xəstəliklər və müalicəsi
10.09.2017 27
Əsas müalicə medodları aşağıdakılardir:

Medikal müalicə (dərman)
Cərrahi müalicə

Sonsuzluqla müraciət zamanı fiziki müayinə, ən az 2 sperma anazili, həkim tərəfindən müəyyən edilmiş digər analizlər (həkimin istəyinə uyğun) baxılır. Hər hansı bir problem görülürsə səbəbə görə müalicə aparılır. Əgər spermanın sayı, hərəkətliliyi və morfologiyası (quruluşu) normal göstəricilərdən (1 ml-də 15 mln, hərkətlilik 32%-dan) azsa onda sayının, hərəkətliliyinin artırılmasına uyğun müalicələr aparılmalıdır.

Əgər sperma sayı azalıbsa, ümümi hərəkətli spermaların sayı 5milyondan çoxdursa inseminasiya-aşılanma (İUİ), 5 milyondan az isə İCSİ (yumurta hüceyrədaxili yalanma) – süni mayalanma olunması tövsiyə olunur. (EAU 2010-Avropa Uroloqlar Assosasiyası). İnseminasiyaya – hazırlanmış eakulyat leykositlərdən və digər zərərli faktorlardan təmizləndikdən sonra uşaqlığa vurulmasıdır. Burada məqsəd spermanın keçdiyi yolu qısaltmaq və maneələrlə qarşılaşmasımı azaltmaqdır).

Məsləhətlər - istənilən bir problemin vaxtında müəyyən edilib müalicə edilməsi məqsədə uyğundur, əgər xayalar enməyibsə vaxtında həkimə müraciət etmək lazımdır (12-18 aylar arası xayalar endirilməlidir), 2-cili cinsi əlamətlərin (tüklənmə, səsin dəyişməsi və.s) gecikdiyi zaman, keçirilmiş urogenital infeksiyaların varlığı hallarda, travma və.s bu kimi halarda müayinə olunmaq lazımdır. Ən önəmlisi isə ailə qurmamışdan öncə müayinə olunmaq və tam əmin olmaq lazımdır. (hər iki cins üçün önəmlidir).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!