Payız xəstəlikləri üçün çarələr

Payız xəstəlikləri üçün çarələr
Xəstəliklər və müalicəsi
10.09.2017 21
Qrip:
Qrip virus mənşəli xəstəlikdir. Məlahət Qəhrəmanovanın sözlərinə görə, müxtəlif bakteriyalar bu xəstəliyə qoşulduqdan sonra irinləmə tezləşir və fəsad çoxalır: «İndi qripin və digər qış xəstəliklərinin tüğyan etdiyi vaxtdır. Qrip yaşından asılı olmayaraq hər bir insana tez yoluxan bir xəstəlikdir. Qrip həm də orqanizmdə cürbəcür xəstəliklərin təməlini qoyur. Çoxları qripə ciddi yanaşmırlar. Hətta insanlar arasında belə bir söz də var: «Qripi müalicə etsən də etməsən də 7 gün çəkir». Onun gəldi-keçər bir xəstəlik olduğunu düşünüb, o qədər də çox ciddi qəbul etmirlər. Ancaq unutmaq olmaz ki, qrip faringit, sinuzit, haymorit kimi xəstəliklərin başlanğıcıdır, həm də böyrək patalogiyası yaradır. Buna görə də qripə başdansovdu yanaşmaq olmaz. Xəstəlik zamanı ağciyər həssaslaşır. Bu zaman xəstənin orqanizmi zəifdirsə, rütubətli şəraitdə çalışırsa, normal qidalanmırsa o, vərəmə də yoluxa bilər. Qripin ən məşhur yoluxma səbəbi ortaq istifadə edilən əşyalardır. Buna görə də qrip adamdan uzaq gəzməli, onun əli dəyən əşyalardan istifadə etməməlisiniz».

Müalicə:
· 2 limonu və 2 diş sarımsağı sürtgəcdən keçirin. Alınan kütləni, 1 litr qaynanmış və soyudulmuş suda qarışdırın. Alınmış məhlulu qaranlıq yerdə (otaq temperaturunda) 3 gün saxlayıb, süzün. Gündə bir xörək qaşığı acqarına qarışıqdan qəbul edin.
· Təmiz balı cuğundur şirəsi ilə qatıb, qaynadın. Gün ərzində 4-5 dəfə çaya və ya suya 5-6 damcı töküb, qəbul edin.

Sinusit:
Burun ətrafındakı boşluqların iltihablanmasıdır. Xəstəliyin ilkin əlamətləri burun tutulması, ağız qoxusu, qızdırmadır. Bu zaman insan nəfəs almaqda çətinlik çəkir. Məlahət Qəhrəmanovanın dediyinə görə, sinusit əsasən qulağın arxasında olur. Həmin hissədə iltihabi proses gedir: «Xəstədə kəskin başağrıları müşahidə olunur. Sinusit zamanı başda, göz ətrafında, üzdə, qulaq diblərində kəskin ağrılar, burun qanaması, diş qıcıqlanması olur, xəstə iy bilmir. Sinusit vaxtında müalicə olunmadıqda bu zaman çirk göz ətrafına yayılmağa başlayır və xəstədə korluq əmələ gətirir. Hətta sümük iltihabı da yarada bilər. Sinusit zamanı xəstəni rentgenə salsalar sümükdə ləkə görünər. Bu o qədər də qorxulu deyil, onun müalicəsi mükündür. Ancaq xəstəliyin irəliləməsinə imkan vermək olmaz. Sinusit irəlilədikdə xəstəni yalnız cərrahi əməliyyatla xilas etmək mümkün olur. Əməliyyat isə çox da asan deyil. Bəzi xəstələrdə əməliyyat vaxtı güclü qanaxmalar baş verir».

Müalicə:
· 4 diş sarımsağı əzib, 1 çay qaşığı alma sirkəsi ilə qarışdıraraq yarım stəkan qaynar suya tökün. Burnunuzu qarışığın buxarına verin. Bu prosesi gündə 3-4 dəfə təkrarlayın.
· 0,5 l. suya 2 xörək qaşığı ivan-çay otundan töküb, 30 dəqiqə qaynadın. Gün ərzində 3-4 dəfə (yeməkdən 30 dəqiqə əvvəl) stəkanın 1/3 həcmində qəbul edin.

Faringit:
Udlaq iltihabı xəstəliyidir. Faringit zamanı boğazda yanma, ağrılı udqunma, qızdırma, boyun nahiyəsində şişkinlik olduğunu deyən həkim - terapevt xəstənin qarın və baş ağrılarından şikayətləndiyini söyləyir: «Qripdən sonra bəzi xəstələr uzun müddət öskürür, boğaz qıcıqlanır, halsızlıq müşahidə olunur. Bu faringitin başlanğıcı deməkdir. Faringit də virus mənşəli xəstəliklərdəndir. Faringit zamanı öskürəyin qarşısı alınmadıqda boğaz göbələyi də əmələ gəlir. Faringit müalicə olunmadıqda, qarın yatalağı, skarlatin (yoluxucu xəstəlik), məxmərək kimi xəstəliklər yaradır. Faringit zamanı nadir hallarda badamcıqlarda ikinci infeksiya mənbəyi yarana bilər. Bu, xəstəlik kəskinləşdikdə baş verir. Bu hal xəstənin ölümü deməkdir».

Faringit zamanı xəstə daha çox diqqət etməlidir:

· Siqaret və spirtli içkilərdən uzaq olmalı
· Tozlu yerlərdə durmamalı
· Çox isti və soyuq qidalar qəbul etməməli
· Gecə vaxtı çox çay, kofe içməməliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!