Mədəni xəstə edən 5 pis vərdiş

Mədəni xəstə edən 5 pis vərdiş
Xəstəliklər və müalicəsi
10.09.2017 24
Mədə-bağırsaq sistemi xəstəlikləri bütün dünyada ən yayılmış xəstəliklərdəndir. İldən ilə bu xəstəliklərə tutulmuş insanların sayı artır. Bunun əsas səbəbi bizim pis vərdişlərimizdir.

Mədəni xəstə edən 5 pis vərdiş


Bu vərdişlər arasında:
1. Çoxlu çay içmək
Çay çox faydalı içkidir. Lakin həddindən artıq çox miqdarda içildikdə bu içki sağlamlığımıza ziyan vura bilər. Büzücü maddələrlə zəngin olan çayın çoxlu miqdarda qəbulu mədənin selikli qişasına mənfi təsir edir.

2. Çox isti qida və içkiləri qəbul etmək
Çox isti qida və içkilər qida borusunun və mədənin sağlamlığı üçün olduqca ziyanlıdır.

3. Çox ədviyyatlı qidaları qəbul etmək
Az miqdarda ədviyyatlar çox faydalıdır. Onların güclü iltihab, mikrob və xərçəng əleyhinə xüsusiyyətləri var. Lakin çox ədviyyatlı qidalar mədənin selikli qişasını qıcıqlandırır, mədənin sağlamlığına ziyan vurur.

4. Yeməkdən əvvəl əlləri yumamaq
Sübut olunub ki, qastrit və mədə xorası kimi yayılmış xəstəliklərin əsas səbəbi "Helikobakter pilori" adlı bakteriyadır. Yeməkdən əvvəl əlləri yumaqla biz özümüzü orqanizmə bu mikrobun düşməsindən qoruya bilərik.

5. Fast-fud qidalarına üstünlük vermək
Fast-fud qidaları ilə daim qidalanan insanlarda mədə-bağırsaq problemlərinin əmələ gəlməsi riski çox yüksək olur. Bu qidalar ziyanlı kanserogen (xərçəng əmələ gətirən) transyağlarla bişirilir. Dadını və iyini daha xoş etmək üçün bu qidaların hazırlanmasında müxtəlif kimyəvi əlavələr istifadə olunur.

sağlamolunскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!