5 addımda qripdən qorunun!

5 addımda qripdən qorunun!
Xəstəliklər və müalicəsi
10.09.2017 10
Soyuqdəyməyə qarşı C vitamini
Qripin əlamətləri özünü birinci üşütmə, soyuqdəymə şəklində göstərir. Və bu zaman ən yaxşı müalicə C vitaminli qidalar qəbul etməkdir. Çünki C vitamini antioksidandır və immuniteti gücləndirir. C vitamini bədənimizdə olmadığı üçün hər gün qidalarla onu qəbul etməliyik. Bu vitamin limon, portağal kimi narıncı qidaların, qırmızı və yaşıl bibər, cəfəri, pomidorun tərkibində çox olur.

Sağlam bağırsaqlar və güclü immunitet ilə qripə qalib gəlin
İmmunitetin güclü olmasının əsas səbəbi sağlam bağırsaqlardır. Buna görə də gündəlik qidalanmada ayran, qatıq və kefir qəbul etmək yaxşı olar. Xüsusən də, axşam yatmazdan əvvəl bu qidaları qəbul etmək daha təsirlidir.

Bol-bol su için
Havalar soyuyur deyə içdiyiniz suyun miqdarını da azaltmayın. Bu haqda əvvəlki yazılarımızda bəhs etmişik. Və qriplə mübarizədə də su özünü göstərir. Su bədənin istiliyini tənzimləyir və böyrəklərin düzgün işləməsini təmin edir.

Payız depressiyasına qidalanma ilə cavab verin və qripdən azad olun
Payızı soyuq, küləkli, yağışlı və xəstəliklərinə görə, adətən, depressiya fəsli kimi təqdim edirlər. Amma bu doğru deyil. Depressiya kimi qəbul edilən vəziyyəti beyindən atmaq üçün sadəcə və sadəcə yaxşı qidalanmaq lazımdır. Əsasən də ruh düşkünlüyü B vitaminləri qrupu çatışmayanda yaranır. Bu vitaminlər qrupu ət, dəniz məhsulları, yumurta və pendirdə bol-bol var. Payızla balıq mövsümü də başlayıb, buna görə də artıq həftədə 2 dəfə balıqla qidalanmaq gərəklidir. Çünki balığın tərkibindəki omega-3 immuniteti gücləndirir və qripə yoluxma halı azalır.

Hər qidanı mövsümündə yeməli
Hər zaman mövsümə uyğun qidalar qəbul etmək daha çox fayda verir. Çünki həm bədən təbii qidalarla qidalanır, həm də ehtiyacı olan vitaminləri, mineralları təbii şəkildə qəbul edir.

Qripə yoluxmamaq üçün payızda hansı aylarda hansı qidalar qəbul edilməlidir?

• Payızda yeyilməli olan vacib qidalar: kök, xiyar, təzə lobya, yaşıl bibər, badımcan, göbələk, qarğıdalı, nanə, cəfəri, reyhan, boranı, pomidor, soğan, şaftalı, üzüm, əncir, təzə qoz, fındıq.

Oktyabrda
Yeyilməsi vacib olan tərəvəz və meyvələr: kök, xiyar, yaşıl bibər, badımcan, qırmızı bibər, yer alması, gül kələmi, kələm, nar, üzüm, əncir, armud, şabalıd, fındıq, qoz.

Noyabrda
Yeyilməsi vacib olan tərəvəz və meyvələr: kələm, kərəviz, kök, gül kələmi, ispanaq, boranı, yer alması, soğan, nanə, cəfəri, kahı.

P.S. Əgər qripə yoluxmusunuzsa təzə nanəni qaynadıb, içinə də limon əlavə edərək gün ərzində bol-bol için. Nəticəni isə tez bir zamanda görəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!