Ürək xəstələri oxusun

Ürək xəstələri oxusun
Xəstəliklər və müalicəsi
10.09.2017 30
Qışda edilən idmanda temp önəmlidir
Mütəxəssislər qışda idman edərkən idman tempini bədən istiliyi artdıqca artırmağı məsləhət görür.
Tox qarına qətiyyən idman etmək olmaz. Yeməkdən sonra ən az 2 saat keçməlidir. Mədənin toxluq hissinin yox olduğuna diqqət edin. Mədə tox halda idman edilsə, həm ürək, həm də mədəyə ziyan etmiş olarsınız.

Tez üşüyürsünüzsə...
Əli, ayaqları, baş, boyun və sinə bölgəsi tez və çox üşüyən şəxslərin idman zamanı daha diqqətli olması şərtdir. Çünki çox tez üşüyən və soyuqlayan insanların ürək damarlarında büzüşmə və laxtalanma olur. Bu da infarkt riskini artırır. Buna görə soyuğa tez məruz qalan bölgələrin soyuqdan qorunması və ağzın bağlanması önəm daşıyır.

Sağlam adamlar də diqqət etməlidirlər
Müntəzəm idman və fiziki hərəkətlərlə məşğul olan şəxslərin bu tərz fəaliyyətləri qış aylarında davam etdirmələri də tövsiyə edilir. Müntəzəm edilən idmanın ürək, ağciyər, sümük və ruh sağlığı üzərində müsbət təsirləri var. Bu hərəkətlər həm də immuniteti artıraraq, qış infeksiyalarına qarşı bədən müqavimətini də yüksəldir.

Yaşlı və gənc ürək xəstələrinin qışın soyuq havalarında bayıra az çıxması məsləhətdir. Qalın bir geyim əvəzinə üst-üstə bir neçə nazik paltar geyinsin.
İnsanların mühüm ürək və ağciyər problemi varsa, havalar çox soyumadan qripə qarşı peyvənd vurdursun. Qarlı yerdə gəzmək, qarı təmizləmək kimi işlər risk amili yüksək insanlarda infarkt ehtimalını artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!