Təmiz havada olmaq uşaqların görmə qabiliyyətini gücləndirir

Təmiz havada olmaq uşaqların görmə qabiliyyətini gücləndirir
Xəstəliklər və müalicəsi
10.09.2017 23
 
Böyük Bitaniya alimləri aşkar ediblər ki, uşaqların açıq havada yetərincə olmaları uzağı görməmə xəstəliyinin əmələ gəlmə riskini aşağı salır
Kembric universitetinin əməkdaşları, iştirakçıların sayı 10000 –ni ötən uşaqların görmə qabiləyyətini tədqiq edən 8 tədqiqatın məlumatlarını analiz ediblər. Analizin nəticələrinə görə, uzaq məsafəni pis görən uşaqlar, uzaq məsafəni yaxşı görən uşaqlarla müqayisədə həftədə 3.7 saat az havada olurlar. Belə ki, həftə ərzində havada keçirilən əlavə saat uzağı görməmə xəstəliyininin əmələ gəlmə riskini 2% azaldır.Bu xəstəliyin dəqiq səbəbi hələ məlum deyil. Lakin tədqiqatın rəhbəri Castin Şeruin (Justin Shewrin) gəzinti zamanı görmə qabiliyyətinə müsbət təsir göstərən faktorlar arasında uzaq məsafədə yerləşən əşyalara nəzər salmaq və fiziki aktivliyi məsləhət görüb. Alim həmçinin qeyd edib ki, uşaqların havada vaxt keçirmələri balanslaşdırılmış olmalıdır. Məlum olduğu kimi, birbaşa günəş şüaları altında ultrabənövşəyi şüalanma melanoma (dəri xərçəngi) xəstəliyinin əmələ gəlmə faktorudur.
 
 Eyni zamanda balanslaşdırılmış gəzintilər uzağı görməmə xəstəliyi ilə yanaşı, piylənmənin, şəkər xəstəliyinin, D vitaminin çatışmazlığı və sair xəstəliklərində qarşısını alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!