Günvurmadan özümüzü necə qorumalıyıq?

Günvurmadan özümüzü necə qorumalıyıq?
Xəstəliklər və müalicəsi
10.09.2017 28
Günəş vurması isti hava şəraitində gün altında çox qalanlarda müşahidsə edilən yay xəstəliyidir. Anspress günvurma zamanı ilkin yardım və əlamətlər haqqında yazır. Günvurmanın əlamətləri şiddətli baş ağrısı, ürək bulantısı, qusma və yüksək temperaturda özünü göstərir.Günəş vurması çox təhlükəli haldır. Əgər vaxtında müdaxilə edilməsə, ölümlə belə nəticələnə bilər. Bəzi hallarda isə sinir sistemində qalıcı fəsadlara səbəb ola bilər.Belə halla qarşılaşanda dar geyimləri çıxarmaq, başa soyuq kompress və buz torbası qoyulmalıdır. Hərarət çox yüksələrsə, bədəni nəm dəsmalla sarımaq, xəstəni kölgə, sərin yerdə saxlamaq lazımdır. Xəstəni sərinlətməyin ən yaxşı yolu soyuq su vannasıdır.İlk yardımZərərçəkəni kölgəyə aparmaq və başa soyuq kompres etmək lazımdır. Ağır formalarda süni nəfəsvermə də yerinə düşər.Təcili görüləcək işlər:• zərərçəkəni həmin sahədən uzaqlaşdırmalı• naşatır spirtini tənzifə vuraraq iynətməli• üst geyimini soyundurmalı• üzünə soyuq su çiləməli, döşünə yaş dəsmal qoymalı• başına soyuq su kompresi qoymalı• yelpikləməli• təcili yardım çağırmalıUşaqlar üçün tədbirlərGünəş şüalarının qüvvətli olduğu saatlarda - səhər10:00 ilə günortadan sonra 15:00 arasında uşaqları açıq havada saxlamayın. Uşaqlara kölgə anlayışını öyrədin. Əgər kölgəniz özünüzdən kiçikdirsə çölə çıxmayın. Papaq, uzun qollu köynəklə günəşdən qoruyun. 6 aydan kiçik uşaqlar üçün günəşdən qoruyucu kremlərdən istifadə etməyin. Böyük uşaqları günəşə çıxarmazdan azı yarım saat əvvəl kremləyin. Kənarı qapalı eynək taxın. Ağ qum və su günəş şüalarının əks edilməsini artırır. Bu kimi yerlərdə, xüsusuilə, diqqətli olun.Tərlə birlikdə bədənin su və duz itirməsi "isti yorğunluğu" adlanan halsızlıqla müşahidə edilən sindroma səbəb ola bilər. Əgər bu vəziyyət nəzarətdə saxlanmasa, bədənin temperatur tənzimləmə sistemi pozulur.
 Günvurmadan qorunmaq üçün günəşli havada baş örtüyü olmadan gəzmək məsləhət görülmür. Baş örtüyü də açıq rəngli materialdan olmalıdır ki, günəş şüasını az qəbul etsin. İsti havada geyim də enli, açıq rəngli, yungül, pambıq və ya kətan parçadan olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!