Mənfi düşüncələrinizdən belə xilas olun

Mənfi düşüncələrinizdən belə xilas olun
Xəstəliklər və müalicəsi
10.09.2017 45
Davamlı düşünərək problemlərimizi təkrar təkrar gözümüzdə canlandırmaq, problemlərimizi yenidən xatırlamaq və başımızı davamlı yaşadığımız istənməyən hadisələrlə məşğul etmək sağlamlığımız baxımından olduqca zərərlidir. Bu vəziyyətə psixologiyada ruminasiya adı verilir.Əgər bu şəkildə bəzi şeyləri çox çox düşünürsüzsə, kədərlənməyin, tək deyilsiniz. Bu çoxu insanın yaşadığı ortaq bir problemdir.

Ruminasiyanın zərərləri
Mənfi düşüncələrə sıxlaşmaq psixi sağlamlıq problemlərinə gətirib çıxarar. Araşdırmalar göstərir ki səhvləriniz, problemləriniz və problemləriniz haqqında çox çox düşünməniz sizləri daha çox depressiyaya, zədə sonrası stress pozuqluğuna (PTSD) və təşvişli nevrotik pozuntuya yol açır.

Mənfi düşünmə, buraxılması çətin bir dövr halını alır. Zamanla bu düşüncə tərzi pis bir vərdiş halını alır və buraxması çətin bir döngüyə çevrilir. Əvvəl problemlərinizi düşünürsünüz, sonra özünüzü günahlandırırsınız, özünə inamın düşür, stressin artır, depressiyaya girirsiniz və bu halınızla problemləri daha çox başa taxırsınız. Bəzi araşdırmalara görə ruminasiya duyğusal stressi artırır ki bu da maddə istifadəsi və ya yemə pozuqluğu kimi problemlərə səbəb ola bilir.

Necə önlənə bilər?
Əgər yaşadığınız problemlər qarşısında özünü günahlandırmağa meyliniz varsa, düşünmə tərzinizi dəyişdirməyə çalışın. Bu təbii ki də praktik etmənizə və əzminizə bağlı olaraq dəyişəcəkdir, lakin belə etməniz sizə daha yaxşı hiss etdirəcək.

* Hadisə yaşandığında fərqinə varın.
Nə qədər ruminasiya etsəniz o qədər mənfi döngü içərisinə girərsiniz. Düşüncə vərdişlərinizi fərq edin və mənfi düşüncələrin zehininizdə canlandığı zamanlara bütün diqqətinizi verin. Belə düşündüyünüzün "fərqinə çatdığınızda" o düşüncəni daha tez dəyişdirə biləcəksiniz.

* Problemləriniz üçün həllər axtarın.
Problemlərinizi yalnız düşünməklə qalmayın, həll istehsal etməyə də çalışın. Özünüzə edə biləcəklərinizi soruşun, xətalarınızdan öyrənin və özünüzə dərslər çıxarın.
* Düşünmək üçün özünüzə zaman ayırın.

Beyniniz, gündəlik həyata davam edə bilmək üçün bəzi şeyləri müəyyən əməliyyatlardan keçirmə ehtiyacı duyar. Gündə 20 dəqiqə yalnız düşünməniz üçün özünüzə vaxt ayırın. Əgər başqa vaxtlarda ruminasiya etməyə başlasanız özünüzə bunu xatırladın: "Bunları özümə ayırdığım 20 dəqiqə içində düşünəcəyəm." Daha sonra işinizə ya da yaşantınıza davam edin. Belə etdikdə mənfi düşüncələri dayandırmaq üçün sizlərə fürsət doğulacağını görəcəksiniz.

* Diqqətinizi dağıdın.
Unutmayın, bir şeyi unutmaq istəsəniz unuda bilməzsiniz, tam tərsinə daha çox xatırlayarsınız. Düşüncələrinizi dağıtmanızın yolu bu deyil, özünüzü başqa bir işlə məşğul edin.

* Fərqindəlik ən önəmlisi.
Burada maarifləndirmə dediyimiz şey (mindfulness) yaşadığımız anın "bu an və indi" olduğunu anlaya bilməkdir. Belə düşündüyünüzdə tamamilə içində olduğunuz anı yaşayarsınız. Meditasyon kimi bu da praktik istər əlbəttə, amma zamanla ruminasiyanı aşağı saldığını fərq edəcəksiniz.

Eltun İsmayılovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!