Ürəyimizi necə qidalandırmalıyıq

Ürəyimizi necə qidalandırmalıyıq
Xəstəliklər və müalicəsi
10.09.2017 55
Bir çox qadın ürək narahatlıqlarından əziyyət çəkir, bu səbəblə xolesterol səviyyəsinin idarə altında tutulması sağlamlıq üçün böyük əhəmiyyət daşıyır.Bu səbəblə sizin də özünüz üçün edə biləcəyiniz bəzi şeylər var. 
Bu 8 möcüzəvi nemət xolesterol səviyyəsini tarazlıqda tutmağa təsirli şəkildə köməkçi olacaq.
Quru ərik

Quru əriyin içində olan fitokimyəvi liflər sayəsində ürəyiniz qorunar. Karbohidrat baxımından da sağlam bir qaynaqdır və içində olan potasyum təzyiqi normal saxlamağa köməkçi olar.

Əncir

Əncir, A, E vitaminləri baxımından zəngindir və sanki bir antioksidan anbarıdır. Qidalanma ekspertləri, əncirin təzyiq və ürək ritmini tənzimləməyə, diabetli insanların qan şəkərini salmağa köməkçi olduğunu söyləyir.

Qarpız

Qarpız A, C vitaminləri ilə zəngindir . İnfarkta gətirib çıxaracaq sərbəst radikalları tarazlıqda tutmağa köməkçi olar və tərkibində yüksək miqdarda su olmasıyla əlaqədar yağ yığılmamsınada da köməkçi olar.

Balıq

Qidalanma ekspertləri balığın, damar tıxanıqlığının qabağını aldığını və damarların elastikliyini qorumasını təmin etdiyini ifadə edir. Omega-3 yağ turşuları baxımından zəngin olan balıq, xolesterolun yüksəlməsinə maneə törədir.

Yer fındığı

Yer fındığı özündə yüksək xolesterolu salmağı təmin edən oleik turşu saxlayar. İnfarkt riskini azaldar.

Avokado

Avokado, ürək sağlamlığına faydalı olan potasyum və zeytunyağında da olan monasatüre yağlarını özündə birləşdirir . Eyni zaman da E, B vitaminləri baxımından da zəngindir.

Alma

Alma dəmir, C vitamini, fosfor baxımından zəngin bir meyvədir. Damarların elastikliyini qorumasını təmin edər və xolesterolu tarazlıqda saxlar.

Yaşıl yarpaqlı tərəvəzlər

Yaşıl yarpaqlı tərəvəzlər damar sərtləşməsinə mane olar və xolesterol səviyyəsini normal səviyyədə saxlayar. B vitamini və nikotinik turşu baxımından zəngindir.
 
 Tərcümə Etdi: N E L L I
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!