Qadınların klimaks kabusu

Qadınların klimaks kabusu
Cinsəl sağlamlıq
10.09.2017 91
 


Klimaks dövründə qadınlar nə kimi dəyişikliklər yaşayır?
Klimaks dövrü, hər qadının həyatının təxminən üçdə-birini əhatə edən müddətdir. Klimaks yumurtalıqlarda olan yumurta hüceyrələrinin yox olması ilə beyindən ifraz olunmağa davam edən hormonlara yumurtalıqların cavab verməməsi ilə menstruasiya dövrünün sona çatmasıdır. Lakin vəziyyət yalnız bundan ibarət deyil. Aybaşı dövrünün sona çatması klimaksın görünən əlamətidir. Halbuki hormon səviyyəsindəki dəyişikliklərlə birlikdə bədəndəki sümük əriməsindən, damar sərtləşməsinə qədər bir çox dəyişikliklər meydana gəlir.
Klimaks neçə yaşında olur?

Klimaks üçün müəyyən bir yaş təyin etmək çətindir. Çünki hər qadının klimaks yaşı fərqlidir. Yumurtalıq funksiyalarının azalmağa başlaması ilə birlikdə başlayan dövrə perimenopoz deyilir. 
Türkiyədə klimaks yaşı 46 ikən Amerikada 51 yaş təsbit edilib. İstisna olmaqla 23 yaşında klimaks yaşayan qadınlar olduğu kimi 55 yaşında olub yeni menopoza girən qadınlar da var.
Klimaksın əlamətləri hansılardı? 
Klimaksın ilk əlaməti ay başı dövrünün sona çatmasıdır. Bu vaxt orqanizmdə həddindən artıq istilik, tez-tez tərləmə, əsəb, küsəyənlik, romantiklik, cinsi istəksizlik, sidik qaçırma, vajinada quruluq halları baş verir.
Hər aybaşı dövrünün kəsilməsi klimaks ola bilərmi? 
Xeyr. Qətiyyən belə bir yalnış etməyin və çaxnaşmaya düşməyin. Aybaşının kəsilməsi bəzən hamiləliyə işarədir. Bununla yanaşı həddindən artıq idman və məşqlər, həddindən artıq kilo atmaq kimi yumurtalıq xəstəlikləri, də aybaşıdan kəsilməyə səbəb ola bilər. Bunun yanında yumurtalıqdan  əməliyyat olunsanız, ay başıdan da kəsilmək deməkdir. Bu vəziyyəti əksəriyyəti klimaksla qarışdırır. Əməliyyat olunarsa, təbii ki ay başı qanaması olmayacaq. Nizamlı şəkildə aybaşı dövrü yaşayarkən əməliyyat ilə yumurtalıqların çıxarılması zamanından əvvəl menopoza girmiş mənasını verir. Halbuki yumurtalıqları öz funksiyasını görməyə davam edəcək. Lakin aybaşı qanamasının olacağı orqan artıq olmadığı üçün qadın artıq aybaşı olmayacaq.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!