Hər il minlərlə qız vaginasız doğulur!

Hər il minlərlə qız vaginasız doğulur!
Cinsəl sağlamlıq
10.09.2017 33
Sağlamlıq problemlərindən və çox çətin mövzulardan biri vagina yoxluğudur. Doğuşdan sonra körpə müayinəsinin qeyri-kafiliyi səbəbiylə təyin oluna bilməyən vagina yoxluğu bu gün ciddi ictimai problemlərdən biri olaraq qarşımıza çıxır.Türkiyəli Prof. Dr. Ates Karateke bildirir ki, bu problem gənc qızlarda aybaşı yaşamadıqda, ya da ərə getdikdən sonra aşkarlanır. MRKH (Mayer Rokitansky Kuster Hauser) sindorumu olaraq tanınan vagina yoxluğu qadınlarda  bir növ irsi qüsur olaraq təyin olunur.Yumurtalığın olmaması ilə vaginanın böyük hissəsinin, ya da hamısının inkişaf etməməsiylə ortaya çıxan MRKH sindromunda hormonal inkişaf normal olduğundan problem nisbətən gec fərq edilir. Bədəndə, böyümə və döş inkişafında bir anormallıq olmadığından MRKH sindromu, ümumiyyətlə yetkinlik çağında aybaşı qanamalarının başlamaması ilə ortaya çıxır. Bu dövrdə ortaya çıxan problem, ümumiyyətlə evlilik çağına qədər gizləndiyindən ciddi bir fərq olmur. Evləndikdən sonra isə irəliləyən illərdə təkrar ortaya çıxır.Xəstəlik ən çox evləndikdən sonra aşkarlanır. Xəstələrin cinsi həyatlarını normal şəkildə davam etdirə bilmələri üçün əməliyyatla normal uzunluqda bir vagina yaradılması lazımdır. Vagina əməliyyatı, bağırsaqdan parça götürmək yolu ilə edilir. Bağırsaq, quruluşu etibarilə vagina ən yaxın orqan olduğundan əməliyyatlar müvəffəqiyyətlə bitir. Lakin bəzən qol və qıçdan dəri götürmə yoluyla edilən əməliyyatlar, sağlam bir cinsi həyatı vəd vermir. Bağırsaqdan edilən əməliyyatlar, bu sahədə dünyada edilən ən müvəffəqiyyətli cərrahi tətbiqlərdəndir.
Tərcümə və Redaktə etdi: PURE LOVEскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!