Cinsi zəifliyin dərmansız müalicəsi

Cinsi zəifliyin dərmansız müalicəsi
Cinsəl sağlamlıq
10.09.2017 380
Kişilərdə potensiyanın azalmasının (cinsi zəiflik ) dərman preparatları tətbiq edilmədən müalicəsi.
Səhər və axşam bir neçə dəqiqə ərzində cəmi 6 növ xüsusi idman hərəkətlərini etməklə kişilərdə potensiyanı yaxşılaşdırmaq olar. Belə gimnastikanın effektini "Viaqra” və "Sialis” kimi preparatların qəbulu nəticəsində yaranan effektlə müqaisə etmək olar.
Kişilərdə potensianın enməsinin əlamətləri nədir və bu gimnastikanın tətbiqinin faydalı olması barədə nə zaman danışmaq olar?
- Cinsi əlaqəyə marağın "səbəbsiz” olaraq azalması, "tonusun olmaması” ,
- Səhər və gecə saatlarında qeyri-iradi ereksiyanın olmaması,
- Ereksiyanın kifayət qədər güclü olmaması,
- Cinsi əlaqə zamanı ereksiyanın zəifləməsi və əlaqəni sona çatdırmaq qabiliyyətinin olmaması.
Bütün bu halların səbəbi kişi cinsiyyət üzvünün anotomik qurluşunun xırdalıqlarına varmadan demək olar ki, cinsiyyət üzvünün mağaralı cismilərinin qanla kifayət qədər dolmaması və ereksiya zamanı onun kifayət qədər sərt olmamasıdır.
Xüsusi gimnastikanın köməyi ilə "potensia əzələlərinin” işini artırmaq, cinsiyyət üzvünün qanla təhciz olunmasını yaxşılaşdırmaq və nəticədə ereksiya qabiliyyətini artırmaq olar.
I hərəkət: "Parad addımı”.
 

Düz dayanmaq, əllər aşağıda. Dizləri mümkün qədər yuxarı 
qaldıraraq və sanki qarın nahiyyəsinə sıxaraq addımlamaq.
II hərəkət: "Daşı saxlamaq”
.
Düz durmaq, əllər beldə, dizlər bir qədər bükülmüş vəziyyətdə. 
Dizləri bir qədər daha çox bükmək və sağrı əzələlərini sanki ayaqlar 
arasındakı daşı sıxıb saxlamağa çalışırmış kimi gərginləşdirib-
boşaltmaq.
III hərəkət: "Skippinq”.

Düz dayanaraq, dizlər bir qədər bükülü. Pəncəni yerdən 
ayırmadan, bir yerdə duraraq qaçış başlasın, yalnız daban hissə 
yerdən ayrılır. Bu zaman maksimum sürətlə dizlər növbə ilə önə 
gəlir. Yalnız dizlər önə və arxaya hərəkət edir. Hərəkət maksimum 
sürətlə və ilk vaxtlar 1 dəqiqədən çox olmamaq şərtilə edilməlidir.
IV hərəkət: "Körpü”.

Arxası üstündə uzanmaq, dizləri yarıbükülmüş vəziyyətdə, pəncələr 
yerdə. Əllər yanlarda. Kürək səthi tam olaraq yerə toxunur. Çanaq 
hissəsi şəkildə göstərildiyi kimi yuxarı qaldırılır.
V hərəkət: "Potensiya əzələləri”
Ən vacib hərəkətdir. IV hərəkətdə olduğu kimi arxası üstündə 
uzanmaq, ayaqlar bir qədər aralı. "Potensiya əzələsini” növbə ilə 
gərginləşdirib boşaltmaq lazımdır. Bu əzələlər anusla xaya arasında, 
cinsiyyət üzvünün kökü yerləşən nahiyyələrdədirlər. Hərəkəti 
edərkən sanki anus nahiyyəsi ilə xayalar yaxımlaşır. Buna bənzər gərginlik 
sidik ifrazını saxlayarkan yaranır – bu zaman sağrı əzələləri 
gərginləşmir.
Hərəkəti edərkən sayına yox, qüvvəsinə fikir vermək lazımdır.
VI hərəkət: "Tozsoran”
.
Bu hərəkət də "potensiya əzələlərinin” qüvvətləndirilməsinə xidmət 
edir. Stulda gövdəni bir qədər önə gətirərək oturmaq, çiyinlər 
düzlənmiş vəziyyətdə. Stulun oturacağına tökülmüş "tozu” sanki 
tozsoran kimi öz əzələlərinizlə içərinizə çəkirsiniz, bu zaman əsasən 
anusla xaya arası nahiyyəyə fakir verilir. Hərəkəti düzgün yerinə 
yetirdikdə sağrı əzlələri gərginləşir.
Ümumi məsləhtlər: Fiziki yükü tədricən artırmaq, hərəkətlərin sayını öz hissiyatına uyğun seçmək, ilk vaxtlar 10 dəqiqədən çox olmamaqla yerinə yetirmək.


Kişilərdə ereksiya problemlərinin, erektil disfunksiyanın, tez boşalmanın müalicəsində kimyəvi preparatlar təyım etməyə tələsmək düzgün deyil. Yuxarıda göstərilən idman hərəkətləri 70% hallarda gözlənilən nəticələri verir. Lakin bəzi hallarda kişilərdə yanaşı gedən xətəliklər məsələn xroniki prostatit, şəkərli diabet, ateroskleroz və s. olur ki, bunlar da problemin həll olmasına maneçilik törədir.

1. Plazmaferez, qanın ultrabənövşəyi şüalarla şualandırılması - bu prosedurlar qanı durulaşdırır, mikrosirkulyasiyanı yaxşılaşdırır, qandan lazımsız maddələri, şlakları təmizləyir, immun sistemi stimullaşdırır

2. Fizioterapiya (SMV, kvant-lazer, elektrofarez və s.) prosedurları — yerli qan dövranını yaxşilaşdırır, toxumalarda maddələr mübadiləsini stimulyasiya edir. Xüsusilə rektal fizioterapevtik proseduralar (düz bağırsaqdan verilən) xroniki prostatitlərdə, durğunluq prostatitlərində çox effektli müalicə üsullarıdır

3. Bitkilərlə müalicə - androloji xəstəliklərin müalicəsində bitkilərdən geniş istifadə olunur. Bunlardan biri KEÇİBUYNUZU–AKASİYA bitkisidir. Bu unikal bitki Bakıda -parklarda bitir, qara ciyər və prostat xəstəliklərində çox effektlidir, hormonal preparatlar qəbul etmədən testestoronun nolmal səviyyəyə qalxmasına kömək edir.

Bütün bu saydıqlarımız lazımı effekt verməsə, kimyəvi dərmanlara keçirik. Çox nadir hallarda yaşlı, insanlarda, uzun müddət şəkərli diabetdən əziyyət çəkənlərdə, mərkəzi sinir sisteminin bəzi xəstəliklərində cinsi zəiflik müalicələrə tabe olmur, bəs onda nə etməli çıxış yolu varmı?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!