Nə olsun, hamiləyəm, yataqda ürəyim ərimi istəyir

Nə olsun, hamiləyəm, yataqda ürəyim ərimi istəyir
Cinsəl sağlamlıq
10.09.2017 77



Ailə
həyatının möhkəmlənməsi üçün cinsi əlaqə çox lazımdır.Hamiləlik isə
ailə həyatında ən vacib məqamdır,bu zaman qadınların
əhval-ruhiyyəsində,fiziki hərəkətlərində çox dəyişikliklər olur.Bütün
bunları kişilər asanlıqla qəbul etmir.9 ay ərzində cütlər bir-birlərini
yenidən tanımağa başlayır.Cinsi əlaqə problemlərin həllində əsas rol
oynayır.Əgər atalar cinsi əlaqədən qorxullarsa həkimə müraciət etmək
lazımdır. Hamiləlik dövründə yalnız bir neçə halda intimin təhlükəsi
olar: • Uşağın düşmə təhlükəsi varsa və siz əvvəl də tez-tez uşaq
salmısınızsa; • Cift möhkəm deyilsə, ya ciftin yerləşməsində problem
varsa; • Çoxdöllü hamiləlik zamanı; • Sizdə, ya yoldaşınızda cinsi
orqanlarda infeksiya varsa (bir daha xatirladaq ki, bu məsələ hamiləliyə
qədər həll olunmalıdır, hər iki valideyn həkimə müraciət etməli,
xəstəliyi olub-olmadığını müəyyənləşdirməli, müalicə olunmalıdır, yalnız
bundan sonra hamiləlik barədə düşünmək məsləhətdir). Cinsi əlaqənin
gələcək körpəyə zərəri yoxdur ki? Yox. Uşaqlığın qalın əzələli
divarları, eləcə də başqa orqanlar dölü qoruyur. Düzdür, orqazmdan sonra
dölün tərpəndiyini güman edə bilərsiniz, ancaq gümanınıza səbəb
uşaqlığın yığılmasıdır. Gələcək körpənizi incitmədiyinizə əmin ola
bilərsiniz. Onun heçnədən xəbəri yoxdur!  Bəs orqazm doğuşu
tezləşdirmirki? Uşaqlıq doğuşa hazır deyilsə və döl yetişməyibsə,
uşaqlığın yığılmasının zərəri yoxdur. Amma əgər doğuşa çox az qalıbsa,
orqazm doğuşun başlamasına təkan verə bilər. Yəni intim sancıları
"gətirə” bilər. Hamiləlik dövründə qadının intimə marağı azalır? Bu
suala bir sözlə cavab vermək mümkün deyil. Bəzi hamilələrin, əksinə
intimə marağı əvvəlkindən çox olur. Bu halda cütlük hamiləlik dövrünü
cinsi münasibətlərin ən gözəl dövrü kimi xatırlaya bilər. Amma bəzi
hamilələrdə cinsi əlaqəyə maraq azalır, ya da tamam olür. Çox vaxt
hamiləliyin ilk 3 ayında intimə maraq azalır (xüsusilə ilk dəfə hamilə
olan qadınlarda belə olur). Buna səbəb, hamiləliklə bağlı narahatlıq,
qorxu, eyni zamanda toksikoz, yorğunluq, süd vəzilərinin kobudlaşması,
hormonal dəyişiklik nəticəsində emosional vəziyyətin dəyişkənliyidir.
İkinci 3 ay ərzində intimə maraq adətən bərpa olunur. Hamilənin bədənində
qan dövranı gücləndiyindən uşaqlıq yolunda sekresiya artır. Bu da
eroqen yerlərdə hissiyyatın güclənməsinə, qadının orqazm qabiliyyətinin
artmasına səbəb olur. Statistika göstərir ki, qadınların çoxu orqazmın
nə olduğunu məhz hamiləliyin ikinci rübündə anlayırlar. Odur ki. fürsəti
əldən verməyin. Son 3 ayda yenidən problem yarana bilər. Qarınları
böyüyən qadınlar çox vaxt çəkinir, özlərini cazibədar hesab etmirlər.
Bəzilərində yenidən toksikoz başlayır.   Həyat yoldaşınızın cinsi
istəkləri... Hər şey tərəflərin özündən-xüsusiyyətindən asılıdır.

Sevdiyi
qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini
artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə
dəyişəcək—ata olacaq. Odur ki, yoldaşınızın intimə marağının azalması
sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı,
hamiləliyin normal keçməsi onu da maraqlandırır və bəzən kişilər də
gələcək körpələrini incitməkdən çəkinirlər. Hər bir kişi, açıq deməsə
də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini
sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da intimə təsir göstərir.
Həm də bilin ki, qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii
qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə
və yeni əhvalına daha çətinliklə alışır. intimin mənası sadəcə təbii
artım yox,həm də partnyora qarşı diqqət,nəvaziş və sevginin
göstəricisidir. Bir şeyi bilmək zəruridir; hamiləlik zamanı xüsusilə
vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının
da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Özünüzə çox əziyyət
verməyin.


Hamiləlik
dövründə intim çox da vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin
yolu çoxdur! İlk 3 Ayda Hamiləliyin ilk 3 ayı, cütlər üçün ən çətin və
ən uzun dövrdür. Mədə bulantısı və böyüməyə başlayan sinələrinizdəki
ağrıdan ötəri özünüzü çox vaxt pis hiss edə bilər və cinsi istəksizlik
duya bilərsiniz. Bu vəziyyətdə yoldaşınıza bir az səbrli olmasını və
sizi anlamasını söyləməlisiniz. 3-7 ay arası Hamilə olduğunuzu artıq
qəbul etmiş və bununla yaşamağı öyrənmisiniz. Bu dövrdə cinsi
arzularınız geri gəlmişdir. Bu dövr bir çox qadın üçün ən güclü
orgazmların yaşandığı dövrdür. Qan təzyiqinizdəki artım, hormonal
sekresiyalarınız cinsi istəklərinizi qamçılayacaq. Vaginal mayeniz
artdığından kiçik ağrı duymadən əlaqəyə girə bilərsiniz. Hələ körpəniz
səbəbindən də qarınınız çox çox böyümədiyi üçün istədiyiniz mövqedə
sevişə bilərsiniz. 7. aydan sonrası Qarınınız gedərək böyüdüyü üçün hər
mövqedə cinsi əlaqəyə girə bilməzsiniz. Bu dövrdə daha çox yan yataraq
sevişməyi təcrübənin.Yoldaşınızın qarınınızın üstünə çox çox
basdırmamasına diqqət yetirin. Zatən hər mövqedə yata bilməmək, gün
keçdikcə körpəniz üçün narahatlıq və ağırlaşan bədəninizi zorla hərəkət
etdirmək cinsi istəklərinizi özbaşına yatıracaq. Bu vəziyyətdə ön
sevişməyi uzun tutmalı və bir-birinizi uzun müddət oxşamalısınız.  


Diqqət,
bilməniz lazım olan nöqtələr:   *Hamiləlikdə cinsi bərabərlik əsnasında
gigiyenaya normalda olduğundan daha çox diqqət yetirməlisiniz. *Cinsi
əlaqənizin sıxlığını bu dövrdə bir az azaldın. Məsələn yeni bir əlaqə
üçün əvvəlki əlaqənizin üzərindən 24 saat keçməsinə diqqət yetirin.
*Körpənizə zərər verməmək üçün daha çox sizin üstdə olduğunuz mövqeləri
seçin. Ancaq qarınınız böyüdükcə əlbəttə ki bir az daha diqqətli
olmalısınız. *Hamiləyiksə cinsi əlaqəyə "yox" deməməliyik.Əksinə yeni
kəşflər etməliyik.Sizləri maraqlandıran mövzulara və suallara aydınlıq
gətirək. Uşaqlar valideynlərinin cinsi əlaqəylə məşğul olduqlarını hiss
edirlərmi? Bu onlara təhlükəli deyilmi? Uşağı matka pərdəsi qoruyur(o
yetərincə qalındır).Uşaq heç nə hiss etmir.Hətta cinsi əlaqədən sonra
orqazmda hərəkət hiss edirsinizsə,bu o demək deyilki,uşağa pisdir.Ya da
o,nə baş verdiyini anlayır.Uşaqçün anasının ehtirasa gəlməsi çox
önəmlidir.Bunun nəticəsində uşaq daha çox oksigen və qidalandırıcı
maddələr qəbul edir. Hansı poza təhlükəlidir? Normal keçən hamiləlikdə
demək olar ki,heç bir intim pozası təhlükəli deyil.Əsas gələcək ananın
rahatlığıdır.Qarına yük düşməməsinə diqqət edilməlidir.Çox fiziki gücə
yol verilməməlidir. Cinsi istək azalırmı? Qadınlarda adətən azalmır.Əgər
azalırsa bu orqanizmin gücündən və uşağa ziyan vermək qorxusundan ola
bilər.


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!