Güclü cinsin kabusu - erkən eyakulyasiya

Güclü cinsin kabusu - erkən eyakulyasiya
Cinsəl sağlamlıq
10.09.2017 51
 

Bu artıq tibbi deyil, həm də sosial problemə çevrilib
 
 
Gənc
ailələrdə yaranan problemlərdən biri də cinsi əlaqə zamanı baş verən
erkən eyakulyasiyadır. Erkən eyakulyasiya - kişilərdə sperma
xaricolmanın həddindən tez (3 dəqiqədən az ) baş verməsidir. Bu hal
normal potensiyalı kişinin orqazmı idarə edə bilməməsi nəticəsində
yaranir. Yəni, eyakulyasiya cinsi əlaqə zamanı hər iki tərəfin
istədiyindən tez bas verir. Erkən eyakulyasiya (boşalma) kişi intimual
problemləri arasında ən geniş yayılmışlardan biridir. Bu zaman
eyakulyasiya üzərində iradi nəzarət itir. Belə halda hər iki tərəfdə
narazılıq əmələ gəlir.
Tez eyakulyasiya istənilən kişinin həyatında
baş verə bilər. Bunun səbəbləri müxtəlif ola bilər - uzun müddət cinsi
əlaqədə olmamaq, ilk cinsi əlaqə, qarsı tərəfin həddindən artıq
ehtiraslı olması, uzun müddət masturbasiyadan istifadə etmək, psixoloji
və endokrin pozğunluqlar, sidik-cinsiyyət sisteminin müxtəlif
xəstəlikləri və digər bu kimi oxşar hallar.
Cinsi əlaqə zamanı hər
iki tərəf həm fizioloji,həm də psixoloji olaraq həzz almalıdır. Əyər hər
hansı səbəblər üzündən bu baş verməzsə, tərəflər arasında narazılıq,
ailələrdə isə bəzən ayrılmaq təhlükəsi yarana bilər.
Erkən boşalma
baş verdikdə insan bunu daima fikirləşərək narahat olur: o öz qadınına
istədiyi həzzi verə bilmir və deməli, onun fikrinə görə o tam normal
kişi deyil. Çox maraqlıdır ki, erkən eyakulyasiyanı qadınlar daha tez
anlayırlar. Buna görə də erkən boşalma tək tibbi problem deyil, həmçinin
sosial bir problemə çevrilib. Buna gorə də belə problemi olan kişilərdə
belə bir sual oyanır: bu bəladan necə can qurtarmalı?
Erkən
boşalmaları gedişatına görə həqiqi ve nisbi formalara bölmək olar.
Həqiqi erkən eyakulyasiya cinsi aktın 2 dəqiqədən az vaxtda sona
çatmasidir. Nisbi formada cinsi akt 2 dəqiqədən çox çəkir, amma bu vaxt
tərəflərin hər ikisinin razı qalması üçün bəs etmir. Erkən eyakulyasiya
kişilərin təxminən 35-40 faizində rast gəlinir. Ən çox cavan yaşlarda
müşahidə olunur.
 

 
 
Spirtli içki və eyakulyasiya
Tibbdə erkən
eyakulyasiyanı həmçinin birincili və ikincili formalara bölürlər.
Birincili hal cinsi həyata təzə başlayan kişilərdə baş verir və bu
həddindən artiq ehtirasin olmasi, birinci cinsi akt, ardicil olmayan
cinsi əlaqə və s. ilə əlaqəli olur. Bu hal adətən cinsi əlaqələr ardıcıl
olduqdan sonra normaya düşür. İkincili formada erkən eyakulyasiya
fizioloji və psixoloji dəyişikliklər nəticəsində əmələ gəlir. Belə
hallar kişilərdə psixoloji pozğunluq, cinsi əlaqədən ugursuzluq olacaq
deyə qaçmaqla nəticələnir ki, bu da ailənin dağılmasına belə gətirib
çixara bilir.
 
 


Fizioloji səbəblərdən biri penisin baş hissəsinin həssasliğının artmasidır ki, bu hal əsas və ən çox yayilmiş səbəblərdən biridir. Bu hal həm anadangəlmə, həm də 
qazanılmış
ola bilər (fimoz, balanopostit və s.). Anadangəlmə halında asağıdakı
hallar müşahidə olunur: cinsi aktın davam etmə müddəti həmişə eyni olur,
ereksiyanin tez baş verməsi, normadan kənarlıq cinsi əlaqələr zamanı
bütün ömür boyu baş verir, növbəti cinsi əlaqə zamanı bir qədər vaxt
uzanır, amma bu vaxt çox az fərq edir, cinsi əlaqə rezin qoruyucu ilə
adi haldakından vaxta gorə daha uzun olur, eyakulyasiya cinsi aktin
əvvəlində baş verir, çox az spirtli içki qəbulu cinsi aktin uzanmasına
gətirib çixarır.
Fizioloji dəyişikliklərin digər növü xroniki
vezikulitdir ki, bu da toxum kisəciklərinin xəstəliyidir. Bu halda
kisəciklərin divarı həddindən artiq həssas olur, ən kicik bir qiciğa
belə kəskin cavab verərək eyakulyasiya yaradir. Vezikulitlə bağlı erkən
eyakulyasiya zamani asağidakı hallar baş verir: prosesin dalğavari
getməsi, xəstəliyin tədricən kəskinləşməsi, eyakulyasiyanın çox vaxt
cinsi akta qədər baş verməsi, növbəti aktların birinciyə nisbətən bir az
uzun olması, spirtli içkilərin qəbulu nəinki prosesi gecikdirir, əksinə
daha da tezləşdirməsi, eyakulyasiyanın bəzən ağrılı olması, cinsiyyət
orqanının başı müxtəlif keyləşdiricilərdən istifadə etdikdə fərqin
olmaması və s.
Vezikulit çox vaxt prostat vəzidə olan proseslə
paralel gedir. Ona gorə də belə hallarda kompleks mualicə aparılmalıdır.
Amma tək prostatit erkən boşalmaya səbəb ola bilər. Bu zaman
prostatitin digər simptomları ilə yanaşı erkən eyakulyasiya da əsas
şikayətlərdən olur.
 
 
Sinir gərginliyinin cinsi əlaqəyə təsiri
Sidik-cinsiyyət
sisteminin digər xəstəliklərinə uretrit, sistit, orxit, epididimit,
böyrək daşı xəstəliyi, hiperaktiv sidik kisəsi, pielonefrit, kolikulit
(toxum qabarcığının iltihabı) ve digərləri daxildir. Daxili orqanların
həyat fəaliyyətinin pozulmasi (kortikal və subkortikal strukturda
qazanılmış və ya anadangəlmə pozğunluqlar, onurğanın bel-oma
nahiyəsində zədələnmələr, uroloji iltihab prosesləri, sümüklərin və
qarın boşluğu orqanlarının travmasi və s.) da tez boşalmaya səbəb ola
bilər. Hormonal dəyişikliklər, hormonal disbalansın istənilən
mərhələsində erkən eyakulyasiyaya təkan verən amil ola bilər: xayalarda,
hipofiz, hipotalamus, böyrəküstü vəzi, qalxanvari vəzin funksiyasının
artması, mədəaltı vəzi, kuper vəziləri, uretranın selik vəziləri və s.
Müxtəlif zəhərli maddələr - spirtli içkilər, nikotin, bəzi dərman preparatları erkən eyakulyasiyaya səbəb ola bilər.

Psixoloji dəyişikliklər səbəbindən baş verən eyakulyasiyaya
isə aşağıdakılar aiddir: birinci cinsi əlaqə, ugursuzluqdan sonra
qorxu, növbəti əlaqələrdə bunun təkrar olmasından çəkinmək, bunun sirr
olaraq qalması ücün növbəti əlaqədən qaçmaq, tərəflər arasında inamın
itməsi (bu hal günün çox hissəsini ancaq intim haqda fikirləşən kişilərdə
büruzə verir), hər iki tərəf arasında ümumi anlaşmanın itməsi, xəyanət
və s.
Xroniki sinir gərginliyi səbəbindən yaranan eyakulyasiya isə adətən bütün gün ərzində fiziki və zehni işlə məşğul olaraq
istirahətə vaxt ayırmayan kişilərdə baş verir. Cavan yaşlarda tələsik
cinsi aktlar və ya masturbasiyalardan sonrakı şərti refleks, cinsi aktı
təcrübəsizlik ucundan idarə etmə təcrübəsinin olmaması, növbəti
ugursuzluq qorxusu, çox erkən cinsi həyat buna misal ola bilər.
 
 
Psixogen mənşəli pozğunluqda cinsi aktin gedişatı
asağıdakı kimi olur: cinsi aktlar arasındakı vaxt çox uzun çəkir, cinsi
aktın müddəti müxtlif qadınlarla müxtəlif olur, növbəti aktin
ereksiyanın zəif olması üzündən alınmaması, erkən eyakulyasiya çox vaxt
cinsi zəifliklə bir yerdə baş verir, əlaqə zamanı fikri başqa tərəfə
yönəltməklə aktın nisbətən uzadılması, çox az miqdarda spirtli içki
vəziyyəti kəskin yaxşılaşdıra bilər və s.
Qazanılmış və ya anadangəlmə hiperaktivlik ( çox
vaxt idmançılarda yüngül atletlərdə, üzgüçülərdə, futbolçularda,
gimnastlarda, güləsçilərdə, boksçularda, velosipedçilərdə, ağır
atletlərdə və s.) hiperhərəkətlilik, ətraf mühitə qarsı reaksiyaların
həddindən artıq yüksək olması da erkən boşalmaya səbəb ola bilər.
Müalicə üsulları

Erkən eyakulyasiyanın müalicəsi
bir neçə mərhələdə aparılır: psixoterapevtik (bu vaxt xəstəyə cinsi
akt üzərində nəzarətin idarə edilməsi izah olunur), medikamentoz müalicə
(prostat vəzi və toxum qabarcığının iltihab prosesində, sinir
sistemində həddindən artıq oyanıqlıq, penisin baş hissəsinin
həssaslığının həddindən artıq olması, erektil disfunksiyalar və s.)
Hazırda erkən eyakulyasiyanın 5 müalicə üsulu var:
1. Yerli müalicə və intimterapiya
2. Farmakoterapiya
3. Refleksoterapiya
4. Psixoterapiya
5. Cərrahi yol
 
 
Amma bəzən eyakulyasiya 2-3 dəqiqə çəkməsinə baxmayaraq, hər iki
tərəf intimual həzz ala bilirlər. Bu zaman erkən eyakulyasiya hər iki
tərəfin razı qalması ilə nəticələndiyindən xəstəlik hesab edilməyə bilər
və müalicəyə də ehtiyac duyulmaz.
Belə hallar yaşayan bütün kişilərə
məsləhətim vaxtında həkimə müraciət edərək erkən boşalmanı yaradan
səbəbləri aradan qaldırmaqdır.
 
 
intimopatoloq Şahin Bədəlov
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!