Qiçs nədir?

Qiçs nədir?
Cinsəl sağlamlıq
10.09.2017 36
QİÇS - Qazanılmış İmmun çatışmazlığı Sindromu deməkdir. İİV-ə yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

* Virus daşıyıcısı tamamilə sağlam görünə bilər.

* QİÇS-ə yoluxmuş insan yoluxduğundan xəbərsiz ola bilər.

* Müasir müalicə tam sağalma vermir və xəstəlik ölüm ilə nəticələnir.



Hansıl yolla keçir

* İV-ə yoluxmuş şəxslə prezervativsiz (kondomsuz) cinsi əlaqə zamanı.

* İİV-ə yoluxmuş şəxslə istifadə olunmuş şpris və iynələrdən narkotik və müxtəlif iynə şəklində olan dərmanların yeridilməsi zamanı.

* İİV-ə şəxsin qanı ilə təmasda olmuş tibbi alətlərin istifadəsi zamanı (qadın, diş və s. həkimlərin müayinəsi).

* Gözəllik salonları və bərbərxanalarda İİV-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.).

* İİV-ə yoluxmuş anadan uşağa hamiləlik, doğuş və ana südü ilə qidalanma zamanı.



QİÇS Semptomları

* Çəkinin izah olunmayan itirilməsi.

* Uzun müddətli ishal.

* Səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi.

* Boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi.

* Bir aydan çox sürən öskürək.

* Uzun müddətli subfebril (37) qızdırma.



Xəstəlik zamanı virus immun hüceyrələrini dağıdaraq, insanın immun sistemini, yəni infeksiyalara müqavimətini heçə endirir. Beləliklə, insan adi bir infeksiyadan vəfat edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!