Sonsuzluğun Səbəbləri

Sonsuzluğun Səbəbləri
Cinsəl sağlamlıq
10.09.2017 202
Dövrümüzdə sonsuzluq artıq müalicəsi olan bir
xəstəlikdir. Sonsuzluq əsasən həyat tərzimiz, gündəlik həyatımızda fərq
etdiyimiz və ya etmədiyimiz ənənəvi şeylər nəticəsində əmələ gəlir.
Hal-hazırda səbəbi məlum olmayan sonsuzluq demək olar ki, yoxdur. Sonsuzluğun səbəbini tədqiq etmək üçün qadın və kişinin həyatı ətraflı şəkildə
öyrənilməlidir. Məsələn, gördükləri işlər, siqaret, içki istifadə
edib-etməməkləri, hər hansı bir xəstəlik keçirdikləri və sair səbəblər
müəyyən edilməli və bundan sonra sonsuzluq müalicə edilməlidir.
Qadınlarda və kişilərdə sonsuzluq müxtəlif səbəblərdən olur.Qadınlarda sonsuzluğun səbəbi:

[/justify]
Ən geniş yayılan 7-8 səbəb vardır. Bunlardan ən birincisi,
yumurtalama pozğunluğudur. Bundan əlavə, tez klimakteriya (klimaks)
dövrünə başlama, yumurtalıqlarda olan xəstəliklər, immunitetin zəif
olması, qadınlıq və ya yaş amili. Bu maddələrə ətraflı şəkildə  diqqət
yetirək:
[justify]

Yumurtalama pozğunluğu: Qadın sonsuzluğunun əsas səbəblərindən biri yumurtalama pozğunluğudur. Buna səbəb olan xəstəliklərdən ən
birincisi Endometriozis və Polikistik over sindromudur.  Endometriozis
xəstəliyi çikl (aybaşı) dövründə uşaqlığın içəri qatının tökülərək
qanamasına yol açan xəstəlikdir. Polikistik  over sindromu, qısaca
yumurtalamanın olmamağı və buna bağlı kökəlmə, tüklənmə, və çıkl
nizamsızlığı kimi simptomlarla ortaya çıxan xəstəlikdir. Bunun müalicəsi
mümkündür. Müalicə 95% müvəffəqiyyətli olur.
Borucuqlarda xəstəlik və tıxanma:
Uşaqlıqla yumurtalıq arasında yerləşən boruların tıxanıq olması,
yumurtalıqdan atılan yumurta və spermanın qarışmağına maneə törədərək
hamilə qalmağa imkan vermir. Borular bəzən sağlam görünə bilsə də, amma
keçirilmiş hər hansı iltihablı xəstəlik, vərəm, polip və ya qarın içi
qanaxma boruda xətər yarada bilir. Bunun nəticəsində də hamiləlik baş
tutmaz.
Uşaqlıq problemləri: Qadınlarda sonsuzluq xəstəliyinin səbəblərindən biri də uşaqlığın içərisində olan
yapışıqlıqlardır. Yumurta ilə sperma uşaqlıqda döllənir. Əvvəllər
olunmuş uşaqlıq əməliyyatları, düşmə və ya abort yapışıqlığa səbəb ola
bilər. Bu zaman çıkl ya olmur, ya da az olur. Mütəxəssis tərəfindən
edilən əməliyyat nəticəsində sağalmaq mümkündür.

Kişilərdə sonsuzluq səbəbləri:
[/justify]
Kişilərdə sonsuzluq səbəbləri qadınlara nisbətən
daha çoxdur. Onların səbəbi sperma analizi ilə müəyyən olunur.
Hal-hazırda mikroenjenksiya müalicəsi ilə bu xəstəliyi aradan qaldırmaq
mümkündür. Kişilərdə sonsuzluq səbəbləri şağıdakılardır:
[justify]

Keçirilmiş xəstəliklər
Həddən artıq isti şəraitdə yaşamaq
Oturaraq çalışmaq
Bədən formalaşdırmaq üçün içilən dərmanlar
Hormonal pozuntu
Boya və ya kimyəvi maddələrin kanserogen təsiri
Diabet
Sperma yollarının tıxanıqlığı
Anti-depressiya dərmanların istifadəsi
Kimyaterapiya
İmmunitet problemləri
Siqaret
İçki və narkotik
Cinsi yolla keçən xəstəliklər
Həddən artıq çəki

Yuxarıda qeyd edilənlər, bu amillərdən sadəcə bəziləridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!