Cinsi zəiflik və ya impotensiyanın psixoloji səbəbləri

Cinsi zəiflik və ya impotensiyanın psixoloji səbəbləri
Cinsəl sağlamlıq
10.09.2017 61
Qadınlarda: Cinsi zəiflik qadınlarda cinsi hissiyatın, bədəndə fiziki əlamətlərin,
intimual reaksiyanın olmaması və azalmasıdır. Cinsi həyacanlanma ilə
birlikdə vaginada kifayət qədər islanma olmur, klitoris və bütövlükdə
cinsi orqanda qabarmanın olmaması, sinəsində, döş uclarında
ereksiya(sərtləşmə) əmələ gəlməməsi kimi halları əhatə edir. Ancaq
unudulmamalıdır ki, bu reaksiyalar hər qadında eyni dərəcədə eyni
dərəcədə olmaz.Yəni vaginanın islanması(lubrikasiya) bir qadında çox
oldugu halda, digər bir qadında döşlərin sərtləşməsi və ya tez-tez nəfəs
alıb vermədə bir artış ola bilər. Bu durum yaxşı bir müayinə ilə
müəyyənləşdirilir.
Cinsi zəiflikdən danışanda daha çox kişilərə xas zəiflik üzərində daha çox dayanırlar.
Kişilərdə cinsi zəiflikdə isə cinsi orqanın (penis)
ereksiyasının(sərtləşmə) olmaması halıdır. Kişi cinsi fəaliyyətlə məşğul
olanda ya heç bir zaman ereksiya alınmır, ya da cinsi əlaqə bitənə
qədər sərtləşmə axıracan davam etmir. Cinsi orqanın əzələsi tez boşalır.
Bu vəziyyətə erektil disfunksiya və ya impotensiya deyillər. Xalq
arasında bu kimi cinsi pozuntuya impotensiya, cinsi iqtidarsızlıq, cinsi
potensiyanın zəifliyi də deyirlər.
1992-ci ildən etibarən artıq impotensiya termini ÜST qərarıyla erektil disfunksiya adı ilə əvəz edilib.
Bu narahatçılıq kişilərə çox ciddi təsir göstərir. Özlərinə olan
hörmətlərini, güvənlərini itirirlər. Evlilik həyatında problemlər,
konfliktlərlə üzləşməyə başlayırlar. Bu pozuntu nəticədə sosial
problemlərə də səbəb olur. Hətta bir çox kişilər belə bir problemi
olmasa da onunla rastlaşmaqdan qorxurlar. Beynində daim bu qorxuyla
yaşayırlar. Təbbi ki, bu cür davranmağın da başqa bir cinsi problemlərə
yol açdığını unutmamaq lazımdır. Erektil disfunksiyası olan bir kişi
daimi olaraq bu barədə fikirləşir. Özünü həmişə sınıyır, intim,
parnoqrafik görüntüləri gözünün qarşısına gətirir, filmlərə baxaraq
ereksiyanı bərpa etməyə çalışırlar. Bütün bunlardan sonra
ereksiya(sərtləşmə) olmadıqda böyük bir üzüntüyə, sarsıntıya girirlər.
Cinsi zəifliyin bir çox tibbi-psixoloji səbəbləri vardır. Burda esterogen və androgen(kişi və qadın hormonları) hormonlarının
çatışmazlığı, menopauza, hamiləlik, hamiləlik sonrası dövr, kemoterapiya
və radyoterapiya, nevroloji xəstəliklər, ürək-damar problemləri, şəkər
xəstəliyi, bəzi psixotrop və antidepressiv dərmanlar və eyni zamanda
psixoloji, sosial səbəblər xüsusi ter tutur.
Başqa cinsi pozuntulara nisbətən bu pozuntunun səbəbləri arasında tibbi
səbəblər daha az, psixoloji səbəblərsə daha yüksəkdir. Bundan savayı
tibbi səbəbləri müalicə etmək də psixoloji faktorları aradan
qaldırmaqdan asılıdır.
Yəni hər durumda psixoloji yardım göstərilməlidir.
İmpotensiyanın psixoloji səbəbləri:
1. İnsanın uşaqlığında və ya yeniyetməlik dövründə cinsi travmaya, sarsıntıya məruz qalması
2. intimə qapalı, cinsi mövzulara qapalı, cinsəlliyi ayıb, günah və qəbahət sayan bir mühitdə böyümək
3. Cinsi özündərkin formalaşmaması
4.Cinsi bilgi çatışmamazlığı
5.Yanlış bilgilər, səhv düşüncələr
6. Fərdin öz bədənini tanımaması, cinsi orqanlarına yad olması, öz bədənindən utanması
7. Masturbasiya etməmiş olmaq(Öz-özünü intimual baxımdan doyuraraq orqazma çatmaq)
8. Həyat yoldaşında cazibədarlıq görməmək, öz partnyorunu bəyənməmək
9.Həyat yoldaşına qarşı aqressiv, düşmənçilik duyğularının olması
10. Həyat yoldaşından fiziki, duygusal və cinsi zorakılıq görmək
11. Həyat yoldaşından(partnyorundan) utanmaq və onunla cinsi ünsiyyətin olmaması
12. Zorla evlənmə
13. Qohum evliliyi
14. Hamilə qalmaqdan qorxmaq
15. Ailə daxili konfliktlər, o cümlədən partnyorla baglı digər səbəblər(qısqanclıq, xəyanət və sairə)
16. Cinsi əlaqədən əvvəl kifayət qədər sevişmənin olmaması
17. Həddən çox intimlə məşğul olmaq
18.Depressiya(Xatırladım ki depressiyanın ən ciddi əlamətlərindən biri
cinsi əlaqəyə meyl və istəyin olmamasıdır, hər şeydən imtina o cümlədən
intimdən etməkdir)
19. Cinsi təcrübəsizlik
20. Qeyri-münasib mühit
21. Özünə güvənin çatışmaması, əskikliyi
22. Günahkarlıq hissi
23. Gizli homointimuallıq(Bəzi kişilərdə qarşı cinsə qarşı intimual həvəs
olmadıgına görə onlarda cinsi zəiflik rast gəlinə bilər)
İmpotensiyanın
müalicəsində də hər kəsə fərdi yanaşılır. Problem orqanikdirsə,
hormonal balansla və ya hansısa xroniki xəstəliklə baglıdırsa bu tibbi
tərəfdən müalicə edilir. Tibbi səbəblər aradan qaldırılsa da psixoloji
yardım da göstərilməlidir. Ancaq istənilən halda cinsi zəiflik hansı
səbəbdən olursa olsun, həm o insanın özünə güvəninə, həm də onuin
partnyorunun psixologiyasında pis təsir göstərir.
Problem psixoloji səbəbdəndirsə cinsi psixoloji terapiya və ailə
terapiyası ilə yanlış ünsiyyət qaydaları, yanlış bilgilər aradan
qaldırılır. Cütlüklər arasında kin, acıqlılıq, xor görmə və sair bu kimi
münasibətlər dəyişdirilir. Ailə həyatının və birlikdə olmağın gətirdiyi
sevgi, güvən, etimad, hörmət, sədaqət kimi şərtlərin varlığını
araşdırmaq lazımdır. Çünki evlilkdə sadəcə cinsi münasibət təkbaşına bir
anlam daşımır. Ailədə başqa dəyərlərin olması da vacibdir.
Bu problem üz-üzə danışılaraq həll edilir. Bu terapiyada bir çox
məsləhətlər verilir, problemin öhdəsindən gəlinə biləcək təlimatlar
verilir.
İlk növbədə insan gərginlikdən, energetik yüklənmədən çıxarılır. Antistress müalicəsi aparılır.
 Pasientlərin
özlərinə tövsiyyələrimiz bu olur ki, stress yaradan amillərdən uzaq
olsunlar. Ardıcıl olaraq fiziki gimnastikalar etsinlər. Yuxusuzluq və
anormal həyat tərzi yaşanırsa mütləq bu hallar aradan qaldırılmalıdır.
Qidalanmaya fikir verməlidirlər. Bundan əlavə ürək-damar sistemində bir
problemvarsa, şəkər xəstəliyindən əziyyət çəkirsə mütləq həkimə müraciət
edib müalicə olunmalıdır. Bu xəstəliklərin müalicəsi zamanı bizim də
yardımçı müalicəvi seanslarımız çox rol oynayır. Çünki bu xəstəliklərin
də böyük əksəriyyəti psixoloji faktorların üzündən, stress, qorxu,
həyəcanlardan qaynaqlanır. Belə xəstələr həm də psixoloji yardım
almalıdırlar........
Ramil Nəcəfli, ailə psixoloqu
Telefon: 051-874-04-70
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!