Qadınlarda intimual disfunksiyaların müalicəsi

Qadınlarda intimual disfunksiyaların müalicəsi
Cinsəl sağlamlıq
10.09.2017 19
Bu
mövzu olduqca maraq doğuran və hər zaman izlənilən bir tibbi-sosial
problemdir. Mövzu xüsusən Azərbaycan reallığı üçün çox aktual hesab
olunur.


Qadınlarda intimual funksiyanın pozulması əksər vaxtlarda diləgətirilmir.
Bu isə öz növbəsində tibbi və eyni zamanda ailədaxili sosial-psixoloji
problemlər yaradır.

Məsələ
ilə bağlı münasibətini öyrəndiyimiz uzman-həkim, HB klinikasının
uroloqu Ülviyyə Əliyeva həqiqətən bu problemə ciddi yanaşmağın
vacibliyini vurğuladı: "İlk növbədə qeyd etməliyəm ki,
bu cür şikayətlərlə müraciət edən xəstələrdən diqqətlə anamnez toplayıb,
ona diqqətlə qulaq asmaq, gərəkli  məlumatları, o cümlədən qadının
psixoloji durumunu təhlil etmək lazımdır.Qadında klimaks varmı, hansı
xəstəlikləri keçirib? İndiyədək hansı dərmanları qəbul edib? Ginekoloji
xəstəliyi varmı? Sosial statusu necədir? Bu kimi suallara cavab almaq
lazımdır. Müalicənin effektivliyi və uğurlu nəticə verməsi üçün xəstənin
sosial vəziyyəti, təhsili də rol oynayır. Çünki bunlar xəstənin
müalicəni ciddi və düzgün bir şəkildə anlayıb-anlamayacağına və düzgün
aparıb-aparmayacağına bağlıdır. Dizqnoz nə qədər erkən qoyulsa müalicə
də o qədər yaxşı nəticə verir.”

Ulviyyə
Əliyeva qeyd etdi ki, intimual problemlərdən danışarkən qadınlarda cinsi
əlaqənin mürəkkəb, nevroloji sistemlərlə əlaqəli olmasını da unutmaq
olmaz:
"Xəstə ilə söhbət edəndə, analiz edəndə nevroloji
problemləri, vaskulyar problemləri, vegetativ sistemlərin problemlərini
nəzərə almaq lazımdır. Qadında sosial vəziyyət, intimual təcrübələr də
rol oynayır. Ümumiyyətlə qadınlarda intimual disfunksiyalar barədə
müxtəlif araşdırmalar var. Bəzən qadınlarda cinsi fəaliyyətlə bağlı
funksiyaların pozulması faizinin artması düzgün diaqnoz qoyulmaması ilə
bağlı olur. Təəssüf ki, bir sıra həkimlər xəstəni müayinə edəndə "Səndə
heç nə yoxdur” deyib sakitləşdirirlər və doğru bir müalicə təyin
etmirlər. Nəticədə isə qadında müəyyən problemər davam edir. Qadında
intimual disfunsiya onda müəyyən narahatlıqların nəticəsi hesab edilir.
Qadında cinsi əlaqə zamanı ağrı varsa, intimə qarşı istəyi azalır. İstək
azalanda da məmnuniyyət olmaz. Məmnuniyyət azalıbsa orqazm da azalır.
Hər bir problem başqa bir problemi artırır. Get-gedə xəstənin
şikayətləri də artır. Bu da qadının ümumi yaşam tempinə mənfi təsir
göstərir.”

Ülviyyə həkim bildirdi ki, qadını müayinə edəndə həkim hansı sualı soruşmaq lazım olduğunu bilməlidir: "Biz
vaxtilə Ege Universitetində bu mövzuda bir-neçə araşdırma aparmışdıq.
Elmi təcrübələrdə artıq effektiv müayinə üçün standart suallar tərtib
edilib. Araşdırmamızda türk-müsəlman mentalitetini nəzərə alınaraq bəzi
dəyişikliklər edilmişdir.Təqribən 50 sualdan ibarət bir testdir. Bu
suallara əsasən qadında hansı problemlərin olması müəyyən edilirdi.
Qadında eyni vaxtda bir-neçə disfunksiya varsa müalicə çətin gedir və
problemin ciddi olmasi məlum olur.”

Həkimin sözlərinə görə qadınlarda intimual problemlərin çoxu ciddi xəstəliklər səbəbiylə baş verir:

" Məsələn, diabet bu baxımdan nəzərə alınmalıdır. Diabetik retinopatiya,
diabetik nefropatiya, diabetlə bağlı nevroloji problemlər olur. Diabet
zamanı bu kimi problemlərlə yanaşı kiçik çanaqda damarlarla bağlı
problem yaradır və cinsi istəyin azalmasına da səbəb olur. Beləliklə
qadında intimual disfunksiya əmələ gəlir. intimual disfunksiyaya səbəb
olan digər bir faktor olaraq kardiovaskulyar xəstəlikləri də qeyd etmək
yerinə düşər. Məsələn, damar problemləri
tənginəfəslik yaradır. Eyni zamnda artrit, oynaqlarda iltihabi
proseslər də qadınlarda intimual disfunksiyaya yol açan bir səbəbdir.
Cinsi əlaqə zamanı müxtəlif pozisiyalar almasına mane olur və sairə.
Habelə qadınlarda sidiyi saxlaya bilməmə də intimual disfunksiyayla bağlı
əngəllər yaradır. Sidik saxlaya bilməmə həm qadının özündə psixoloji
diskomfort, həm də cinsi partnyorda diskomfort yaradır. Bunların
hamısını bilmək və soruşmaq lazımdır. Təcrübəmizdə həm xroniki sistitlə,
həm də ginekoloji xəstəliklərdən eyni zamanda əziyyət çəkən qadınlara
rast gəlirik. Cinsi əlaqə zamnı ağrı olduğuna görə bir çox qadınlar
intimual əlaqədən çəkinirlər. Bəzi qadınlarda uşaqlıq yolu yaxın olur bu
da ağrı verə bilir. intimual keyfiyyəti artırmaq üçün müvafiq müalicə
aparılır, məsələn, nəmlənməni artıran, sistiti götürən müalicə təyin
edilir və sairə.”

Hansı dərmanlar qadınlarda intimual disfunksiyalara səbəb olur? Ülviyyə Əliyeva bu suala da aydınlıq gətirdi: "intimual disfunsiyalar yaradan bir sıra dərmanlar vardır.Xüsusən
nevroloji dərmanları, həkim-nevropatoloqların yazdıqları dərmanları qeyd
etmək olar. Həmçinin qan təzyiqi olan xəstələri müalicə edərkən yazılan
beta blokerlər da cinsi istəyi azaldır. Bundan əlavə tez-tez istifadə
edilən daha bir dərman olan antihistamin preparatlar da ciddi intimual
problemlər yarada bilir. Bunlar dərmanların içindəki instruksiyada
yazılmır. Sadəcə bunu bilmək, öyrənmək lazımdır.”

Qadının yaş faktoru da cinsi disfunksiyada rol oynayan vacib amildir.
Menopauza zamanı qadında cinsi sferada müəyyən dəyişikliklər baş verir.
Bu zaman cinsi istəksizlik meydana gəlir. Dəridə cinsi qıcığa olan
reaksiya azalır. Uşaqlıq yolunda qısalma olur, nəmlənmə də azalır. Süd
vəzilərində də cinsi qıcığa olan cavab da azalır. Sidik yollarında
atrofiyalar da özünü göstərir.

Bundan başqa qadının bir sıra psixoemosional və şəxsi səbəblər də intimual disfunksiyaya səbəb olur: "Dini-sosial
səbəblər, hansı ailədə böyüməsi, qadının keçmişində baş verən
hadisələr, qadının zorlamaya məruz qalması, cinsi-psixoloji travma
alması intimual disfunsiyada rol oynayır. Bundan əlavə intimual
təcrübəsizlik də cinsi funksiyanın yerinə yetirilməməsinə təsir
göstərir. Habelə intim partnyorla arasında olan problem də rol oynayır.
Maddi stress də intimual problemlər yarada bilir. Həmçinin ailədə, iş
yerində olan konfliktlər də intimual problemlərə səbəb ola bilir.”

Həkim-mütəxəssis
əlavə etdi ki, qadınlarda intimual disfunksiyanın müalicəsi prinsipləri
əlbətdə ki, birinci növbədə maarifləndirmədən başlayır:
"Müəyyən
vərdişləri dəyişdirmək, qıcıqlandırma texnikalarını tənzimləmək,
sevişmə müddətini uzatmaq və ağrı varsa ağrını götürmək lazımdır ki, bu
da cinsi əlaqənin keyfiyyətini artırır. Xəstə həkimlə birgə utanmadan,
sıxılmadan rahat bir atmosferdə dialoqda olmalıdır. intimual problemləri
aradan qaldırmaq üçün sağlam həyat tərzi lazımdır. Siqaretdən uzaq,
idman və gimnastika ilə məşğul olsa yaxşıdır. Anadan, atadan, qonşudan,
ətrafdakılardan deyil, sadəcə ixtisaslı həkimdən məsləhət almaq
lazımdır. Müalicədə istəyin pozulmasını aradan qaldırmaq üçün esterogen
(qadın hormonu) əvəzedici terapiya lazımdır.Testesteron müalicəsi təyin
etmək mümkündür. Nəzərə alınmalıdır ki, qadın süd vəzi xərçənginə məruz
qalıbsa, qaraciyər xəstəlikləri varsa, dərisində akne-civzələr varsa və
digər kontrol altına alınması lazım gələn durumlarda xəstəyə testesteron
vermək qəti olmaz. Yeri gəlmişkən, qadında intimual disfunksiyanın
müalicəsindən əvvəl qaraciyər analizləri, testesteron hormonu səviyyəsi
yoxlanmalıdır.”

Həmsöhbətimizin vurğuladı ki, bəzi qadınlarda intimual əlaqədən
məmnunluq hissinin azalması və ya itməsi də tez-tez rast gəlinən intimual
problemlərdəndir. Bu zaman müəyyən məşğələlər təyin edilir. Cinsi
əlaqədə ağrı varsa deməli kiçik çanaqda ginekoloji problemlər var. Bu
problemləri aradan qaldırmaq lazımdır. Əgər uzunmüddətli intimual pozuntu
varsa, qadına qarşı zorakılıq, intimual təcavüz varsa psixiatr və ya
psixoloq müalicəsi də eyni zamnda aparılmalıdır
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!