Qadın və kişi, sevgi və intim...

Qadın və kişi, sevgi və intim...
Cinsəl sağlamlıq
10.09.2017 171
Evlilikdən bir
müddət sonra cinsəllik ikinci planda qalır. Evliliyinizin uzun ömürlü
olması üçün cinsəl münasibətləri qorumaq lazımdır. 

Uzun və sağlam evlilikdə cinsəl yaşamın rolu nədir? 

Sağlam
evlilikdə istəklər həqiqi olmalıdır. Hamıya aid olmasa da, evlilikdən
mifik səviyyədə arzular olur. Evlilikdə reallıqlar bu istəklərlə uyğun
gəlməyən zaman hər iki tərəf böyük səhv etdiyini düşünə bilər. 

Yaxşı evlilik romantik olmalıdır? 

Bütün
sevgilərdə problemlər mövcuddur. Bəzən çətinliklər romantik duyğulara
mane olur. Bütün cütlüklərin sevgii hiss etdikləri və hiss etmədikləri
anı olur. Sevginin hiss olunmaması, onun mövcud olmaması anlamına
gəlmir. Evlənən insanın başqasını xoşbəxt etmək üçün nə gücü, nə də
yetərli istedadı olur. Xoşbəxtlik insanın içindən gəlməlidir. İnsanın
özünü yaxşı hiss etməsi və sevincli olması evliliyin yaxşı istiqamətdə
getməsinə yardım edir. Ancaq xoşbəxtliyinin əsas qaynağı deyil.

Sevgi bütün problemlərin öhdəsindən gəlirmi? 

Evliliyin
uşaqlar kimi diqqətə ehtiyacı var. Qayğını əskik etmək olmaz. Evlilik
bir gecəlik münasibət deyil, incə detalları var və buna həssas yanaşmaq
lazımdır. Ərlə arvad səbrli və davamlı olaraq bir-birinin ehtiyaclarına
həssas şəkildə yanaşsa və münasibətlərindəki dəyişikliklərə adapta ola
bilərsə, o zaman eşq və sevgi uzun ömürlü ola bilər. Bu halda problemlər
daha rahat həll olunur. Daha sağlam cinsəllik də o zaman yarana bilər. 

Bir
insanın nə qədər ağıllı və ya güclü xarakterə sahib olmasına
baxmayaraq, həyat yoldaşının beynində keçənləri oxuya bilmək kimi bir
bacarığı olmur. Duyğusal, maddi, fiziki ehtiyaclar açıq şəkildə dillə
ifadə olunmalıdır. Qarşı tərəfin ehiyacını və arzusunu reallaşdırma gücü
və imkanı varsa, əvvəlcə bundan xəbərdar olmalıdır. 

Evlilikdəki mübahisələr sevginin az olduğunu göstərir? 

Evlilikdə
dava, mübahisələr və müzakirələr qaçılmazdır. Ancaq mübahisələr
evliliyə zərər verməli deyil. Qadın və kişinin hadisələrə münasibətləri
tərbiyə aldıqları və yaşadıqlarından asılı olaraq fərqli olur. Bu fərqin
birinin doğru, digərinin isə səhv olduğu demək deyil. Mübahisələr
normal qayda ilə həll olunsa, evlilik daha sağlam olar. Çünki onlar
bir-birindən yeni fikirlər və düşüncə tərzi mənimsəyir. Burada əsas
məsələ iki fərqli insanın bir-biri ilə yola gedə bilməsidir. 




скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!