Erkən boşalma

Erkən boşalma
Cinsəl sağlamlıq
10.09.2017 67
 Bu problemin tam təmin edici bir tərifi yoxdur. Bəzi həkimlər kişinin yoldaşını təmin edə bilmədən boşalmasını erkən boşalma olaraq qəbul etmişdir, əksəriyyəti erkən boşalmağı penisin hələ əlaqəyə girmədən ya da girdikdən dərhal sonra boşalmasını erkən boşalmanın tərifi olaraq qəbul etməkdədir. Kişilərin üçdə biri erkən boşalmaqdadır, ancaq aydın olduğu qədəriylə bunu problem edənlərin sayı olduqca azdır, çünki cəmiyyətdə daha az görülməsinə baxmayaraq həkimlərə müraciət edən kişilərin əksəriyyəti ereksiya yəni sərtləşmə problemləri yaşayanlardır.
Bu problemi yaşayanların əhvalatlarında əksəriyyətlə sürətlə  edilən mastürbasiya vardır.
Həyat yoldaşının haqlı olaraq erkən boşalmadan şikayətçi olması kişinin stressini daha da artırar və problem daha çox davam edər və sonsuzluq, ər-arvad arasında evlilik problemləri kimi problemlər yaşanır.
Erkən boşalma yaşayanların əksəriyyəti diqqətini başqa yerə vermə, gecikdirici krem istifadə etmə kimi üsullara müraciət edir, ancaq bu problemi həll etmədiyi kimi, alınan zövqü də tamamilə azaltmaqdan başqa bir işə yaramır.
Sekslə məşğul olmazdan əvvəl sevişmə  bu qrup üçün vəziyyəti daha da ümidsiz hala gətirər. Bu qrupdakıların yoldaşlarının əksəriyyətinin azalmış cinsi istək, orgazm problemi kimi problemləri olur.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!