Seksual pozğunluqlar: şikəstlərdən həzz alanlar

Seksual pozğunluqlar: şikəstlərdən həzz alanlar
Cinsəl sağlamlıq
10.09.2017 48
Seks
deyəndə ağlımıza qadın və kişi arasındakı normal münasibətləri gəlsə də
elə insanlar var ki, onlar üçün seks daha geniş mənalar ifadə edir. Bu
insanlar elə vasitələrlə seksual həzz duyurlar ki, çoxumuz üçün bu
anormal hal kimi qəbul olunur. Belə seksual istəklərə adətən seksual
pozğunluq deyilir. Kulis.Az onlardan bəzilərini təqdim edir.

Parsializm

Parsializm
– insan bədəninin seksual olmayan üzvlərinə qarşı hədsiz seksual
maraqdır. Pəncələrə olan maraq podofiliya, qoltuqaltına olan maraq
maskalaniya, buruna olan seksual maraq isə nazofiliya adlanır.

Klizmofiliya

Bəzi
insanlar imalə olunmaqdan həzz alırlar. Düz bağırsağın maye ilə dolması
ilə yaranan təzyiq onları ehtiraslandırır. Amma bu olduqca
təhlükəlidir.

Belə ki, 2005-ci ildə bir nəfər kişi imalə
vasitəsilə anusuna epoksid yeridibmiş. Bir müddətdən sonra bərkiyən
mayeni yalnız cərrahi müdaxilə vasitəsilə kənarlaşdırmaq mümkün olub.

Mazoxizm

Mazoxizm-ağrıdan,
təhqirdən, seksual akt zamanı özünü qul kimi aparmaqdan alınan seksual
ləzzətdir. Mazoxizm termini Avstriya yazarı Zaher-Mazoxun əsərlərində
yer alan işgəncəverici səhnələr əsasında yaranıb

"Sex Research”
jurnalının sorğusuna əsasən mazoxizm həvəskarlarının yalnız 6 %-i
özlərini seksual pozğun hesab edir və müalicə olunmaq istəyirlər.

Urofiliya

Urofiliya-
sidikdən seksual həzzalmadır. Urofiliyanın mazoxizmlə oxşar
xüsusiyyətləri də var. "Qızıl yağış” həvəskarları kiminsə onların, ya da
onların bir başqasının üstünə sidiyə çıxmasını sevir, bundan
ehtiraslanırlar.

Telefon skataloqiyası

Belələri naməlum
nömrələrə zəng edərək özləri haqqında seksual əhvalatlar danışırlar.
Bəzən bu əhvalatlar heç həqiqi də olmur. Bu adamlar adətən qarşı tərəfi
intim söhbətə dəvət edirlər.

Plüşofiliya

Püşofobiya -
heyvan uyuqlarına, müqəvvalarına seksual maraqdır. Bu maraq heyvanların
bir növünə və ya bütün heyvanlara qarşı ola bilər. Araşdırmaların
nəticələrinə görə plüşofoblar ən çox kişilərin arasından çıxır.

Dakrayfiliya

Sən
demə heç də bütün kişilər qadınların göz yaşlarından pis olmurlarmış.
Kimlərsə bundan həzz alırlarmış. Deməli dakrayfillər müxtəlif
vasitələrlə, ələlxüsus da mazoxist vasitələrlə partnyorlarını ağlama
həddinə çatdırır və bundan seksual həzz alırlar.

Fetişizm

Bir
çox kişi hündürdaban ayaqqabı geyinən qadınları seksual hesab edir. Bu
əlbəttə normaldır. Yox əgər həmin kişi üçün həzz obyekti o qadın deyil,
onun dikdaban ayaqqabılarıdırsa bu zaman böyük ehtimal ki, həmin adam
fetişistdir. Adətən fetişizm obyekti ayaqqabı və alt paltarları olur.

Troylizm

Troylist başqalarının seksual oyunlarından ehtirasa gələnlərə deyirlər. Bura qrup seksi də aid etmək olar.

Akrotomofiliya

Akrotomofiliya
əlillərə, şikəstlərə qarşı seksual maraqdır. Bu zaman seksual həzz
obyekti həmin insanlar deyil, onların amputasiya olunmuş üzvləri olur.
Hətta akrotomofillərin seksual həzz almaq naminə öz sağlam bədən
üzvlərini amputasiya etdirmələri faktları belə mövcuddur.//Bizimbakuскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!