Orqazmla zarafat etmək olmaz

Orqazmla zarafat etmək olmaz
Orqazmla zarafat etmək olmaz. Bir az həyəcanlanan və ya soyuqlayan kimi
səndən uzaq qaçır. Bəzən elə olur ki, həyat üzünə gülür, məzuniyyətinə
də az qalır, amma intim həyatında zirvələri fəth edə bilmirsən. Budur,
orqanizminin 11 gizli düşməni (bəzilərini isə özünə dost sayırdın)

Strinq və Korsetlər

Strinq və korset ilk baxışdan şəhvanı hisslər oyadır, arama onları
viktorian stilində yumşaq pantalonla əvəz etsən yaxşı olar. Daha
cazibədar görüntü əldə edə bilməsən də, seks-bomba olmaq şansın artar.
Bilirsən niyə? Çünki bədəni tamamilə saran və sıxan alt paltarı qan
dövranına mane ola bilər, ən pisi isə qan dövranının zəifləməsi
nəticəsində ürək qapaqlarının ziyan görməsi ehtımalıdır. Cinsi orqanlar
hələ intim əlaqənin əvvəlində qanla təchiz olunur, dar geyımdə isə
damarlarda orqazm üçün lazımı təzyiq təmin olunmur. Ehtiraslanırsan,
amma işi sona çatdıra bilmirsən.
Zəif Əzələlər
Əzələlərə müəyyən qədər gərginlik və yük lazımdır. Bunsuz onlar
zəifləyir qocalır və həyat fəaliyyətini itirir. "Əzələlərdən söhbət
açmışkən, vaginanın əzələləri də istisna deyil.
Fiziki fəallıq olmadıqda onlar zəifləyir və iş qabiliyyətini itirir. Axı
orqazm əzələlərin yığılması deməkdır -professor Bəxtiyarov belə deyir.
Bu mənada vumbildinq köməyinə gələ bilər, amma həftədə üç dəfədən az
olmayan intim fəailiyyət də pis məşğələ deyil.
Qeyri-Mütəmadilik

Hər bir işdə olduğu kimi, seksdə də mütəmadilik işə yarayır. Əgər maşın
sürməyi öyrənmək üçün altı ayda bir dəfə məşq etsən, çox güman ki, yaxşı
sürməyı öyrənməyib, nəticədə də çox uzağa gedə bilməyəcəksən. Orqazm da
elə haradasa buna bənzəyir. İntim həyatda yol verdiyin fasilələr
əzələlərin elastikliyim azaldır, vəzlərin işini pozur və vaginal mayenin
ifrazına əngəl törədir. Hələ üstəlık, getdikcə sənin üçün hansı pozanın
seçilməsinin daha münasib olduğunu da unudursan.
"Ehtiraslandıqda, cinsi organlarda qan dövranı artır. Bu nahiyələrdə
venoz damarların köməyi ilə təzyiq yüksəldir. Təzyiq zirvəyə çatdıqda
venoz qapaqlar açılır, biz məhz buna "orgazm" deyirik", – professor,
ginekoloq Kamil Bəxtiyarov belə deyir.
Çox Yemək
Çox güman ki, Kazanova rəqiblərini aradan qaldırmaq üçün öz
memuarlarında qəsdən yalan söyləyib. Ola bilməz ki, tərkibındə istı
şokolad və digər yüksək kalorili məhsulları birləşdirən qida ehtiraslı
gecə üçün yararlı olsun Axı həzm sistemi cinsi orqanların bütün gücünü
əlindən almış olacaq.
"Maddələr mübadiləsi təkcə vaxt və güc tələb etmir, həmdə qan dövranını
normal olmasına ehtiyac duyur", – deyə həkım-terapevt Sergey Lebedev
bildirır. Yemək üçün ərı ideal zaman intim əlaqədən 3-4 saat əvvəldir.
Bununla belə qida nə çox yağlı, nə da acı olmalıdır".

Cavanlıq

Bəlkə sən orqazm yaşamaq üçün kifayət qədər böyüməmisən? Statistikaya
görə qadınların üçdə ikisi orqazmı ilk dəfə 30 yaşından və ya ilk uşaq
dünyaya gələndən sonra his edir.
Bu, orqanizmin hormonal sistemi ilə bağlıdır. "20-25 yaşında hər kəsdə
hormonal stabillik yaranmır. Sadə dillə desək, cavan qızlar cinsi həyat
üçün lazım qədər hormon toplaya bilmir. İntım əlaqədən həzz alır, amma
nəticə uçun, görünür, 5 il gözləməli olacaq", – deyə professor
Bəxtiyarov qeyd edir.
VDD
Xəstəlik kitabçanda vegetativ dama distoniyası yazılıb? Hər şeyin səbəbkarı da elə odur. Sergev Lebedev hesab edir ki:
vegetativ sinir pozğunluğu daxil tarazlığın başlıca səbəbidir.
O həm də optimal qan təzyiqini, ürək döyüntüsünün sürətini tənzimləyir
və bədənin istiliyini təmin edir. Onun işində kiçik qüsurun olması
kifayətdir ki, damarların (orqanizmin formalaşmasına təsir edən)
fəaliyyəti pozulsun.

Nikotin

Qadın bədəni at orqanizmi kimidir. Bir damcı nikotin və salaməleyküm.
Araşdırmalara görə, bir qutu siqaret hər on qadından birini
anorqazmiyaya düçar edir.
Spirtli içki
Bir neçə qədəh kokteyldən sonra əsl seks mübtəlasına çevrilirsən? Belə
də olmalıdır. Buna səbəb orqanizmdə spirtin parçalanması üçün cavabdeh
olan qaraciyər fermentidir. O, həmçinin, cinsi hormonların fəaliyyətini
artırır.
Tez bir zamanda kiminləsə gecə keçirmək istəyi artır. Amma əksi də ola
bilər, yəni aktivlik azala bilər. Spirtli içki anesteziya kimi təsir
göstərir. Bu zaman erogen hissələrdə həssaslıq azalır və orqazma çatmaq
problemli olur.
Dərmanlar
İlk baxışdan zərərsiz görünən bir sıra dərmanlar intim həyatın
pisləşməsinə səbəb ola bilər. Bunlara təzyiqi salmaq məqsədilə istifadə
olunan dərmanlar, sakitləşdiricilər, antidepressantlar, ağrıkəsicilər və
sidikqovucular aiddir.
Allergiya əleyhinə həblər və soyuqdəyməni aradan qaldırmaq üçün nəzərdə
tutulan dərmanlar da xüsusi təhlükəyə malikdir, çünki onlar qana
sovrulur və bütün orqanizmin selikli qişasına təsir edir".
Yumşaq Ayıcıq
Yəqin, heç vaxt inanmazdın ki, intim problemlərinin səbəbkarı yatağın
üstündə saxladığın balaca, şirin, toppuş Vinni Pux olabilər.
Psixoanalitiklərinfikrincə,yataq otağındakı yumşaq oyuncaqlar intim
həyatımız üçün əsl təhlükə mənbəyidir.
Yumşaq dostunu hər görəndə istər-istəməz uşaqlığına geri dönür, 5
yaşında olarkən etdiyin hərəkətləri təkrarlamağa meyillənirsən. Belə
şəraitdə hansı orqazmdan danışmaq olar?
Buz Kimi ayaqlar

Bir az qəribə səslənsə də, bir neçə il öncə holland alimləri sübut
ediblər ki, pəncə dərisində seksual həzzə cavab verən bəzi reseptor
hüceyrələr var. Bu, pəncənin masajının niyə birbaşa erotika hesab
olunduğunu elmi şəkildə izah edir. Böyük əziyyətlər naminə, alimlər
sübut ediblər ki, qadın ayaqlarının temperaturu orqazmın gücünə təsir
göstərir. Ayaqlarını isti saxlayaraq intim həyatmı da rəngləndirəcəksən.
Ona görə də isti, yun corablarda sekslə məşğul olsan, daha tez zəfər
əldə etmiş olacaq və seksdən həzz alacaqsan!скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!