Vaginizm

Vaginizm
Cinsəl sağlamlıq
10.09.2017 74
Vaginizm uşaqlıq yolu əzələlərinin - cinsi əlaqə və ya ginekoloji müdaxilə zamanı əmələ gələn və bunlara mane olan qeyri iradi, reflektor yığılmasıdır. Vaginizmi göz qırpmağa bənzətmək olar. Gözə nə isə yaxinlaşanda göz qapaqları geyri iradi qapanır. Vaginizm zamanı da yığılma qadının iradəsindən, istəyindən asılı olmur. Buna görə də onu gunahlandırmaq, utandırmaq, danlamaq, hədələmək mənasızdır.
Vaginizm nədən yaranır.
1. Ağrı qorxusu
2. Erkən yaşda seksual təcavüz və ya sui istifadə olunma
3. Intim münasibətlərə uşaqlıqdan təlqin olunmuş neqativ münasibət
4. Isterik, nevrostenik şəxsiyyət xüsusiyyətləri
5. Psixi xəstəlik və s
Bəzən ikincili vaginizm olur bu ya çox kobud ağrılı cinsi akt ya da ağır keçən doğuş nəticəsində baş verir.
Vaginizm keysəriyyə kəsiyinə göstəriş deyil. Çünki doğuş zamani uşaq doğuş yollarından keçərkən tədricən doğuşda iştirak edən bütün əzələlər genəlir, uşaqlıq yolunun yığılması qeyri-mümkün olur.
Vaginiz necə və kim tərəfindən müalicə olunur.
Vaginizmi müalicə edərkən ilk növbədə yaranma səbəbini araşdırmaq lazımdır. Bundan sonra psixoterapiya, xüsusi idman, və ginekoloji prosedurlar təyin olunur. Beləliklə müalicə də psixoterapevt-ginekoloq tandemi (cütü) iştirak edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!