Sperması olmayan kişi ata ola bilərmi?

Sperması olmayan kişi ata ola bilərmi?
Cinsəl sağlamlıq
10.09.2017 38
Kişi bədənindəki sperma sayı və ya keyfiyyəti ilə bağlı bu suala bu gün demək olar ki, tam və qəti cavab verilməyib.

 

Qadınlar.Biz xəbər verir ki, sperması mayalandırıcı olmayan xeyli xəstə var. Bu qrupa daxil olan kişilərdən mikro TESE adlanan sistem vasitəsilə keçirilən əməliyyat nəticəsində 50 faiz sperma əldə etmək şansı mövcuddur.

 

Uşaq sahibi ola bilməyən cütlüklərin yarıya qədərində problemin kişidən qaylandığı üzə çıxır. Uşaq vaxtı keçirilmiş xəstəliklər, xüsusi ilə də cinsiyyət orqanın damarlarındakı problemlər (uzanma, tıxanma) ən çox rastlanan varikosel xəstəliyinə gətirib çıxarır. Bu xəstəlik spermadakı hormonların keyfiyyətinin azalmasına səbəb olur. Həmçinin spermanın keyfiyyətini azaldan genetik baza problemləri arasında ən çox Klinefelter Sindromu adı daha çox hallandırılır.

 

Təbabətdə nadir hallarda tətbiq edilən insan beynindən sperma əldə etmək təcrübəsi də mövcuddur. Bundan başqa  spermdə testosteron hormonunun çatışmazlığı hallarında xüsusi iynələr vasitəsilə xəstəliyi müalicə etmək mümkün olur.

 

Ümumiyyətlə, kişi sonsuzluğunun ən ağır yolu kimi sperma çıxışının mümkünsüzlüyü halları göstərilir. Belə xəstələr ən azı 1 il mütəmadi dərman müalicəsindən keçməli və xüsusi rejimdə yaşamalıdırlar.

 

Nəticədə təbii yolla sperma çıxışını və ya xüsusi vasitələrlə bunu həyata keçirmək mümkün olur. Lakin yuxarıda da qeyd edildiyi kimi, bunun üçün mütəmadi müalicə kurslarına ehtiyac var.

 

Mikro TESE sistemi sonsuzluq problemi olan azoospermik kişilərə də tətbiq edilə bilinir. İlk dəfə ABŞ-da 1999-cu ildə  tətbiq edilən bu əməliyyat növü sperma yaratma problemi olan və dərmanla müalicə edilməyən kişilərdə müsbət nəticələr verib. Çünki bu yolla bədəndən əldə edilən spermalar xüsusi vasitələrlə qadınların yumurtalarına yerləşdirilir. Bu yolla embrionun yetişməsi və hamiləlik təşkil edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!