ERKƏN EYAKULYASİYA - TEZ BOŞALMA

ERKƏN EYAKULYASİYA - TEZ BOŞALMA
Cinsəl sağlamlıq
10.09.2017 24
Kişilərin başını ən çox ağrıdan seksual problem.



Seksopatoloqun qəbuluna gələn kişilərdən ən çox eşitdiyimiz şikayət - "tez boşalıram”, "tez qurtarıram”, elmi dildə desək "erkən eyakulyasiya” həqiqətən də yayılmış bir problemdir.



Gəlin əvvəlcə bir neçə məsələyə aydınlıq gətirək:

1 Eyakulyasiya nə deməkdir? Eyakulyasiya cinsi əlaqə zamanı və ya cinsi əlaqəni əvəz edən cinsi aktivlik zamanı (məs. masturbasiya) toxum şirəsinin (spermanın) sidik kanalından kənar edilməsi, atılmasıdır.

2 Bəs onda erkən boşalma (erkən eyakulyasiya) nədir? ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) hesab edir ki, cinsi akt 3 dəgigədən və ya 25-35 friksiyadan (friksiya- kişi cinsiyyət orqanının, qadın cinsiyyət orqanına girib çıxma hərəkərinə deyilir ) az davam edərsə, bunu erkən eyakulyasiya hesab etmək olar.

3 Kişiləri erkən eyakulyasiya niyə narahat edir? Başqa işlərdə cəldlik, surət dəyərli keyfiyyətlər hesab edilir, amma bunda... Məsələ ondadır ki, erkən eyakulyasiya zamanı bir tərəfdən qadın orqazma (seksual həzz) çata bilmir, yəni təmin olunmur, digər tərəfdən kişinin özü də cinsi akt çox tez başa çatanda güclü orqazm yaşaya bilmir.

Bura qədər deyəsən hər şey aydındır.

Insi isə erkən eyakulyasiyanın səbəbləri və aradan qaldırılma yolları barədə danışaq.

 

ERKƏN EYAKULYASİYA - TEZ BOŞALMA

Səbəblər:

Sidik cinsiyyət sisteminin iltihabi xəstəlikləri prostatit, uretrit, vezikulit, sistit, balanit, balanopastit, hiperaktiv sidik kisəsi, sidik-daş xəstəliyi və s.

Seksual həyatda uzun müddətli fasilədən sonra cinsi əlaqə

Anadangəlmə hiperseksuallıq, erkən boşalma ilə

Penisin başının reseptor aparatının yüksək həssaslığı

Daxili sekresiya vəzilərinin hormonal pozuntuları

Gənc yaşında masturbasiyadan (özünütəmin) imtina

Psixoloji problemlər-narahatlıq, özünə inamsızlıq, qorxu

Psixi pozuntular-nevroz və depressiyalar

Bəzi dərman preparatlarının qəbulu

Daxili orqanların xroniki xəstəlikləri

Onurğa travmaları və s.

Səbəblər çoxdur, bəzən bir neçə səbəb birləşir, yumruq kimi kişiyə zərbə vurur.



Nəhayət problemin həlli: ilk növbədə həkim seksopatoloqa müraciət etmək lazımdır. Düzgün ünvana yönəlsəz, yəni mütəxəssis əlinə düşsəz 50% məsələni həll olunmuş hesab edə bilərsiz.

Müayinələr olunacaq, müalicə proqramı tərtib olunub, həyata keçiriləcək.



Müayinələr:

Prostat və xayaların ultrasəs müayinəsi

Penial damarların doppler müayinəsi

Qanda qlyukozanın təyini

Qanda xolesterinin təyini

Qanda testosteronun təyini

Qanın və sidiyin ümumi analiza

Laxtalanma vaxtı

Qara ciyər sınaqları



Müalicə kompleks olmalıdir və bu komponentləri özündə birləşdirməlidir:

Dərman müalicəsi

Ekstrakorporal müalicələr

Fizioterapiya

Psixoterapiya

Seks-terapiya (Simmans metodikası ilə)



012 449 99 99 və 050 377 44 44 nömrəli telefonla seksopatoloqun qəbuluna yazıla bilərsiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!