Cavan qalmaq üçün gülün və yaxşılıq edin

Cavan qalmaq üçün gülün və yaxşılıq edin
Cinsəl sağlamlıq
10.09.2017 24
İnsanın yaşlanması özünü ən çox dəridə biruzə verir. Bu təbiidir. Ancaq dərinin yaşlanması hər zaman təbii amillərlə bağlı olmur. Bəzən kənar təsirlər yaşlanmanı daha da sürətləndirə bilər. Məsələn, daxili orqanlar havanın qarlı, yağışlı, küləkli olmasından təsirlənmir. Amma dəri bütün bu dəyişiklərin mərkəzindədir.

Alimlər yaşlanma probleminin 80-90 faizinin ətraf mühitin təsirindən asılı olduğunu müəyyənləşdiriblər.



Dərinin əsas düşməni

Özəlliklə günəş dərini yaşlandıran "xarici təsirlərin” başındadır. Onun ultrabənövşəyi şüaları dəri hüceyrələrinin düşmənidir. Düzdür onun müsbət xüsusiyyətlərinin üzərindən xətt çəkmək olmaz. Ancaq dünyanı işıqlandıran Günəşin zərərləri hətta dəri xərçənginə belə yol aça bilər. Günəş şüalarından qorunmaq, qoruyucu geyimlər, papaq, eynək, çətir kimi aksesuarlar bununla mübarizənin ayrılmaz hissələrindəndir.



Günəşə bağlı yaşlanma əlamətləri bunlardır:

Quru dəri

Dərin qırışlar

Elastikliyin itirilməsi

Qəhvərəngli ləkələr

Dərinin nazilməsi

Göyərmələr

Dərinin qızarması

Dəri xərçəngi



Test

Dərinizdə ətraf mühitin buraxdığı izləri öz gözləriniz ilə görə bilərsiniz. Bunun üçün biləyinizdə kiçik bir test etmək kifayətdir. Biləyinizin alt və üst bölgəsindəki dəriyə nəzər salın. Üstdə gördüyünüz mənzərə xarici təsirlərin nəticəsidir. İçəri tərəfdəki yaşlanma isə yalnız daxili yaşlılığın təsiridir.


Dərinin gözəlliyi və vaxtından əvvəl yaşlanması üçün aşağıdakılardan uzaq durmaq lazımdır:

Günəş

Tütün

Spirtli içki

Kirli hava

Qeyri-sağlam qida

Fast food qida

Mənfi fikirlər

Çoxlu qəhvə, çay və kola

Mimika ilə danışmaq

Dəri üçün nəzərdə tutulan səhv və keyfiyyətsiz məhsullar

Üç bəyaz –duz, şəkər və un



Mübarizə üsulları

Xüsusilə saat 11:00-dan 15:00-a kimi günəş altında gəzməyin.

Günəşdən qoruyan vasitələri çölə çıxmazdan ən azı yarım saat öncə çəkin və hər iki saatdan bir təkrarlayın.

Papaq, qoruyucu paltar və ultrabənövşəyi şüalardan qoruyan eynəklər taxın.

Tərkibində antioksidan olan meyvə və tərəvəzlərdən istifadə edin.

Gündə ən az 8 stəkan su için.

Antioksidanlı nəmləndirici kremlərdən istifadə edin.

Yay-qış hər gün cildinizi günəşdən qoruyun.

Siqareti atın.

1-2 qədəh şərab içə bilərsiniz. Amma bunun yerinə meyvə şirələrinə üstünlük versəniz, daha yaxşı olar.

Təmiz havada yürüşə çıxın.

Nəqliyyat vasitələrinin sıx olduğu yerdə çox qalmayın.

Dərini hər gün təmizləyin və nəmləndirin.

Xoş şeylər düşünün, gülümsəyin.

Yaxşılıq edin, xoşbəxt olun.

Gündə ən azı 5 saat arxasıüstə yatın.

Qida rasiyonunda meyvəyə, tərəvəzə, balığa üstünlük verin.

Tez-tez arıqlayıb kökəlməkdən qaçın.

Görmə probleminiz varsa, optik eynək taxın.

Yaşıl çay için.

Daha çox üzüm və nar yeyin.



Daxili aləm

Dərinin vaxtından tez yaşlanmasının daha bir səbəbi isə daxili aləm- ruh düşkünlüyüdür. İnsanın daxilində baş verənlər onun dərisinə birbaşa təsir edir. Pozitiv düşünən, şirindil, xoşxasiyyət insanlarda yaşlanma prosesi gec gedir. Nəzərə alın ki, dərinin stres, üzüntü, qorxudan heç xoşu gəlmir.



Unutmayın ki, ən dəyərli paltarınız dərinizdir. Onu qoruyun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!