Sonsuzluq

Sonsuzluq
Cinsəl sağlamlıq
10.09.2017 27
Bir il ərzində partnyorların qorunmasız cinsi əlaqədə olmasına
baxmayaraq hamiləliyin olmaması halına sonsuzluq (infertility) deyilir.
Sonsuzluq son illərdə həm cəmiyyətin, həm də medianın gündəmini getdikcə
daha çox zəbt edən bir sağlıq problemidir. Sonsuzluq tək fərdin deyil,
bir ailənin problemidir. 
Sonsuzluq ümumi olaraq iki yerə bölünür:
Birincili Sonsuzluq: daha əvvəl hamilə qalmayanlarda 1 il ərzində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləliyin olmaması.
İkincili Sonsuzluq: daha əvvəl hamilə qalanlarda vəya övlad sahibi
olub növbəti hamiləlik planlaşdılırmasına rağmən hamiləliyin olmaması.
Bütün sonsuzluqların təxmini olaraq 30-40% kişilərdən qaynaqlanmaqdadır. 
Statistika.
Son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da sonsuzluq
problemi artmaqdadır.Sonsuzluğun 1/3-i kişi, 1/3-i qadın 1/3-də isə həm
kişi, həm qadın səbəbli olur.
Ancaq təəssüf ki, hələ də hamı bu
məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da
uyurlar və nəticədə bəzi ciddi problemlər öz həllini tapmaqda çətinlik
çəkir. Bu isə əsassız boşanmalara və qalmaqallara rəvac verir.
Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar? 
1-ci
mif. Sonsuzluq qadınlara xas xəstəlikdir.Qədimdən də formalaşmış bu
fikir təəsüf ki, günümüzdə də aktualdır. Əslində isə kişilər sonsuzluq
statistikasına görə heç də qadınlardan geri qalmırlar. Sonsuz
cütlüklərin ayrılamsından sonra sonsuz qadınların dünyaya uşaq
gətirmələrinə və problemsiz ərlərin təkrar nikahdan belə uşağının
olmamasına minlərlə nümunə gətirmək olar.
2-ci mif. Sonsuzluq irsi xəstəlikdir.Əslində qadının nəslində sonsuz
və ya uzun müddət hamilə qala bilməyən qadınların olması xəstəliyin irsi
xarakter daşımasına dəlalət etmir. Odur ki, hər bir sonsuz qadına fərdi
qaydada yanaşılmalı və müalicə edilməlidir.
3-cü mif. Sonsuzluğa valideyinlərin qan qruplarının uyğun gəlməməsi
də səbəb olurRezus faktorların uygun gəlməməsi sonsuzluq yarada bilməz.
Bu ən pis halda uşağın düşməsinə və ya sağlamlığına təsir edə bilər.
4-cü mif. Sonsuzluqdan heç vaxt uşağı olmayanlar əziyyət çəkir.Bu
əsla belə deyil. Tibbə bir neçə uşağın olmasından sonra yaranan
sonsuzluq faktları məlumdur. Bunun səbəbləri isə çox müxtəlif ola bilər.
5-ci mif. Qadının heç nədən şikayəti yoxdursa və ginekoloq problemə
rast gəlmirsə o sonsuz ola bilməz.Əslində isə qadında elə gizli
xəstəliklər ola bilər ki, həkim onu adi müayinə zamanı görməyə bilər.
Bəzən belə gizli xəstəliklər təsadüf nəticəsində müalicə olunduqdan
sonra qadınların gözlənilmədən hamilə qalma hallarına rast gəlinir.
6-ci mif. Aybaşı siklinin pozulması sonsuzluq yarada bilər.Kliniki
yoxlamalar sübut edib ki, aybaşı siklinin pozulması (onun tamam
kəsilməsi istisna olmaqla) və ya ağrılı keçməsi döllənməyə heç cür təsir
etmir. Döllənmədə isə əsas faktor aybaşının 12-14-cü günlərində
yetişmiş toxum hüceyrələrinin yumurtalıqdan çıxmasıdır.
7-ci mif. Kişinin dölləndirmə qabiliyyəti spermasının həcmindən və
tərkibidən asılıdır.Bu da yanlış fikirlərdən (aktiv spermatozoidlərin
0-a bərabər olması istisnadır) biridir. Çünki spermanın tərkibi və həcmi
daim dəyişir. Buna kişinin səhhətindən tutmuş, sonuncu cinsi əlaqənin
vaxtına və ya onun hər hansı bir dava-dərman qəbul etməsinə qədər
müxtəlif amillər təsir göstərir.
8-ci mif. Qeyri-müntəzəm seks sonsuzluq yaradır.Sonsuzluq seksual
aktivliklə elə də sıx əlaqəli deyil. Döllənmə üçün sekslə müntəzəm
məşğul olmaq elə də vacib deyil. Çünki qadın orqanizminə düşmüş sperma
aktivliyini 48-saatdan 72-saata qədər saxlaya bilir. Döllənmə isə yalnız
yumurtalıqlar yetişib partladıqdan sonra mümkün olur.
SƏBƏBİ AÇIQLANA BİLMƏYƏN SONSUZLUQ (idiopatik sonsuzluq)
İndiki
vaxtda tibbin imkanları ilə ortaya qoyula bilməyən sonsuzluq
vəziyyətlərində səbəbi açıqlana bilməmiş sonsuzluqdur (idiopatik) Səbəbi
açıqlana bilməmiş sonsuzluq faktlarında rol oynayan psixoloji
faktorların varlığı tam olaraq müəyyən deyil. Stressin ortadan qalxma
vəziyyətində təbii yollardan hamiləliklərin meydana gəldiyi bildirilir.
Xüsusilə sonsuzluq müalicələrinə cavab alına bilməyən cütlərdə bəzən
müalicənin kəsildiyi və cütə istirahət etmə şansı verildiyi aylarda
özbaşına hamiləlik ola bilməkdədir.
Səbəbi açıqlana bilməmiş sonsuzluq termini günümüzdəki diaqnostik
üsulların sərhədini göstərir.Diaqnosti üsullardakı irəliləmələrlə
birlikdə bu qrupa daxil olan cütlərin sayı da azalacaq.
Kişi sonsuzluğuna səbəb olan faktorlar. EAU 2010 (Avropa Uroloqlar
Assosasiyası).İdiopatik sonsuzluq (səbəbi məlum olmayan) - 31 %.Varikosel – 15.6 %.Hipoqonadizm - 8.9 %.Urogenital infeksiyalar - 8.0 %.Enməmiş
xayalar (kriptorxizm) - 7.8 %.Seksual faktorlar və sperma depolanmasının
pozulması - 5.9 %.İmmunoloji sonsuzluq - 4.5 %.Sistem xəstəlikləri -
3.1 %.Obstruksiyalar - 1.7 %.Digər faktorlar - 5.5 %
•Toksinlər (qəbul edilmiş bəzi dərman preparatları, radiasiya)
•Travma
•Böyrək çatışmazlığı
•Qaraciyər xəstəlikləri
•Xaya şişləri
•Xaya travması (yaralanma) 
•Nevroloji (Sinir Sisteminə aid) patologiyalar 
•Siqaret və spirtli içkilər (Spermanın sayını azaldır və quruluşunu pozur).
I. Boşalmanın olmaması (eakulayasiyanın olmaması)
1.Qəbul edilmiş dərmanlar
2.Keçirilmiş əməliyyatlar 
3.Şəkərli diabet
4. Psixoloji pozunluqlar
II Oliqospermiya (azalmış sperma sayı)  
1. Kriptorxizm (enməmiş xaya)     
3. Varikosel (damar genişləməsi) 
4. Dərman preparatları
5. Endokrin patologiyalar (hormonal pozğunluqlar)
III. Azospermiya (spermanın olmaması)
1.Genetik faktorlar
2.Germinal aplaziya 
3.Maturasiya arresti
IV. Normal sperma olmasına baxmayaraq hamiləliyin olmaması
1.Anormal cinsi əlaqə vərdişi (seyrək və ya tez-tez)
2.Sperma morfologiyasının pozulması (sperma qurluşunun)
4.İmmunoloji faktorlar 
5.Səbəbi bilinməyən
6.Antispermal antitellər
Sonsuzluq şikayəti olan pasientin dəyərləndirilməsi:
Anamnez - pasientdən düzgün toplanmış anamnez diaqnozun 70%-dir.
İnfertil şikayəti - sonsuzluq müddəti, öncəki hamiləliklər (olub-olmaması), öncə aparılmış müalicələr.
Seksual
anamnez - cinsi həyatı, libido (cinsi istək), Koitusun müddəti (cinsi
əlaqənin müddəti), cinsi əlaqənin sayı və.s digər faktorlar.
Fizik
müayinə ilə sonsuzluğa səbəb olan varikosel, xayalar, penis (kişi
cinsiyyət orqanı) və ikincili cinsi əlamətlər müəyyən edilir. Penisin
uzunluğunun kiçik olması (hipoqonadizm-hormon azlığı), uretradan (sidik
kanalından) axıntının olması infeksiyanın olmasını, , xayaların həcminin
ölçülməsi və.s müəyyən edilməlidir.Laborator testlər - ilkin olaraq ən
az 2 sperma analizi verilməlidir. Əgər sperma sayı, hərəkətliliyi,
quruluşu normal deyilsə, o zaman digər müayinələr aparılır (hormonal,
genetik və.s)Spermaqramma - kişi sonsuzluğunda ilk verilən analiz
olmalıdır (ilk addım), 3-5 günlük cinsi pəhrizlə verilməlidir, analiz
verilən zaman əllər sabunla təmiz yuyulmalı və mütləq analiz üçün
ayrılmış klinikanın xüsusi bir otağında verilməlidir. Sperma analizi
hormonal, digər problemlər haqqında çox önəmli məlumatlar verir.
Spermaqrammaya baxılarkən sayı, hərəkətliliyi morfologiyası (quruluşu)
ən önəmli göstəricilərdir.
Müalicə:
1.Medikal müalicə (dərman)
2.Cərrahi müalicə
Sonsuzluqla müraciət zamanı fiziki müayinə, ən az 2 sperma anazili,
həkim tərəfindən müəyyən edilmiş digər analizlər (həkimin istəyinə
uyğun) baxılır. Hər hansı bir problem görülürsə səbəbə görə müalicə
aparılır. Əgər spermanın sayı, hərəkətliliyi və morfologiyası (quruluşu)
 normal göstəricilərdən (1 ml-də 15 mln, hərkətlilik 32%-dan) azsa onda
sayının, hərəkətliliyinin artırılmasına uyğun müalicələr aparılmalıdır.
Əgər
sperma sayı azalıbsa, ümümi hərəkətli spermaların sayı 5milyondan
çoxdursa inseminasiya-aşılanma (İUİ), 5 milyondan az isə İCSİ (yumurta
hüceyrədaxili yalanma)  – süni mayalanma olunması tövsiyə olunur. (EAU
2010-Avropa Uroloqlar Assosasiyası). İnseminasiyaya – hazırlanmış
eakulyat leykositlərdən və digər zərərli faktorlardan təmizləndikdən
sonra uşaqlığa vurulmasıdır. Burada məqsəd spermanın keçdiyi yolu
qısaltmaq və maneələrlə qarşılaşmasımı azaltmaqdır).
Məsləhətlər - istənilən bir problemin vaxtında müəyyən edilib müalicə
edilməsi məqsədə uyğundur, əgər xayalar enməyibsə vaxtında həkimə
müraciət etmək lazımdır (12-18 aylar arası xayalar endirilməlidir),
2-cili cinsi əlamətlərin (tüklənmə, səsin dəyişməsi və.s) gecikdiyi
zaman, keçirilmiş  urogenital infeksiyaların varlığı hallarda, travma
və.s bu kimi halarda müayinə olunmaq lazımdır. Ən önəmlisi isə ailə
qurmamışdan öncə müayinə olunmaq və tam əmin olmaq lazımdır.  (hər iki
cins üçün önəmlidir).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!