Qızlıq pərdəsi necə zədələnir, zədələnilmişsə nə etməli?

Qızlıq pərdəsi necə zədələnir, zədələnilmişsə nə etməli?
Cinsəl sağlamlıq
10.09.2017 364
Qızlıq Pərdəsinin Zədələnilməsi Necə Olar?



Cəmiyyətdə bakirəlik işarəsi olaraq bilinən qızlıq pərdəsinin cinsi əlaqə xaricində zədələnilməsi ya da pozulması mümkündür. Məsələn gimnastika kimi idmanlarla məşğul olanlarda normalın xaricində qıç açma hərəkəti sonrası, azda olsa qızlıq pərdəsi zədələnilmə ehtimalı ola bilər. Ayrıca mastürbasyon əsnasında sürtünmə ya da mastürbasyon edərkən istifadə edilən cisimlərdə qızlıq pərdəsinin zədələnilməsinə səbəb ola bilər.



Qızlıq Pərdəsinin Zədələnildiyinin Əlamətləri Nələrdir?



Qızlıq pərdəsi zədələnildiyinin əlaməti adamın qızlıq pərdəsi quruluşuna görə dəyişə bilər. Bəzi vəziyyətlərdə əlaqə sonrasında ya da bir əlaqə sınağı sonrasında az miqdarda bir qanama ola biləcəyi kimi bəzi qızlıq pərdələri elastik olduğundan hər hansı bir əlamət də verməyə bilər. Çünki elastik qızlıq pərdələri əlaqə əsnasında pozulmaz və doğum anına qədər xüsusiyyətini qoruduğundan ancaq və ancaq doğum anında pozula bilər. Qızlıq pərdəsii zədələnilməsi cinsi əlaqəyə girməkdən qaçan mastürbasyon yolu ilə özünü təmin etməyə çalışan kəslərdə daha çox görülməkdədir.



Qızlıq Pərdəsi Zədələnildisə Nə Etməli?



Bu cür vəziyyətlərlə qarşılaşıldığında insanın qızlıq pərdəsi zədələnilməsi kimi bir şübhəsi var isə, qadın doğum mütəxəssisinə müraciət edib müayinə etdirməlidir. Qızlıq pərdəsi zədələnilməsi üçün mütləq əlaqə olması lazım deyil. Pərdədə iyaranan zədələnilmə yazımın üst paraqrafında ifadə etdiyim kimi, ümumiyyətlə bir əlaqə sınağında da ola bilər, mastürbasyon nəticəsi də ola bilər. Qısaca mövzunu yekunlaşdırmaq lazımdır isə, qızlıq pərdəsində hər hansı bir zədələnilmə olub -olmadığı, zədələnildisə dərəcəsini, bir daha qanama olub -olmayacağını sizi müayinə edən mütəxəssis həkimin müayinə ilə qiymətləndirərək şərhi lazımdır.
 
/Mənbə.Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!