Kişilər, diqqət! Bu xəstəliklər cinsi həyata təsir edir

Kişilər, diqqət! Bu xəstəliklər cinsi həyata təsir edir
Cinsəl sağlamlıq
10.09.2017 63
Cərrahi travmalar

Əməliyyat zamanı pelvik damar mexanizmlərindəki pozulmalar ereksiya probleminə yol açır. Xüsusən kişilərdə rastlanan prostat xərçəng üçün həyata keçirilən radikal prostatektomi adlanan cərrahi müalicə və radioterapiya sidiyi saxlaya bilməmək və ereksiya problemlərinə səbəb olur.

Prostat sinirlərə çox yaxın olduğundan sinirlər istər-istəməz əməliyyat zamanı təsir görür. Bağrsaq  və orqan çıxarılması gərəkdirən əməliyyatlar da cinsi funksiya üzərində mənfi təsir yaradır.

 

Müalicələrin əks təsirləri

Psixoloji müalicə alanlar bu dərmanların cinsi həyatına təsir etdiyini bilmirlər. Bəzi təzyiq və xolesterol dərmanlarının da ereksiyaya mənfi təsir etdiyi açıqlanıb. Xəstə bundan istifadə etməyə məcburdursa, uroloqun yanına gedib məsləhət almalıdır.

 

Psixoloq, psixiatr və nevroloji xəstələliklər

Psixozlar, ağır stress, depresiyya kimi problemlərin erektil disfunksiya ilə yanaşı libidonu da azaltdığı deyilir. Cinsi həyatda bacarıqsızlıq da kişiləri stressə salır və ereksiyaya yol açan vacib bir psixoloji problemdir. Parkinson, Multpl skleroz, epilepsiya kimi nevroloji problemlər həm beyində, həm də periferik sinirlərdə səbəb olduğu zərərlərlə ereksiyaya təsir edir.

Qəza zamanı yaranan beyin və onurğa travmaları da cinsi funksiya pozulmalarına səbəb olur.

 

Şəkər xəstəliyi

Şəkər xəstəsi olan kişilərin ereksiya problemi üç qat daha çoxdur. Şəkər xəstəliyi damar və sinir sisteminə təsir edir və görmə problemləri, böyrəklər, damar toxumalarında pozulma kimi problemlər yaradır.

 

Ürək-damar xəstəlikləri

Penisə gələn, penisdən çıxan, orda qalıb sərtləşməyə kömək edən qan ancaq ürək- damar sistemi normal işləyən insanlarda düzgün işləyir. Ürək-damar xəstəliyi olan kişilərdə bu xəstəlik nəzarətə alındıqdan sonra ereksiya problemi həll edilə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!