Kişilərdə hormon dəyişikliyi nələrə səbəb olur?

Kişilərdə hormon dəyişikliyi nələrə səbəb olur?
Cinsəl sağlamlıq
10.09.2017 31
Oturaq həyat tərzi və ayaqüstü qəlyanaltı hormonal dəyişikliyə səbəb olur. Bu problem gen vasitəsilə də ötürülür. Problem aradan qaldırılmasa, bu sonsuzluqla nəticələnə bilər.
Hormonal əlamətlər:
Az zaman ərzində piylənmə və ya arıqlama;
Tərləmə;
Başağrısı;
Başgicəllənmə;
Ürəkbulanma;
Ürəkdöyüntüsü;
Üzün qızarması;
Halsızlıq;
Yuxusuzluq;
Stress və depressiya;
Boyun sürətlə uzanması və ya inkişafdan qalması;
Əzələlərin zəifləməsi;
Psixoloci gərginlik;
Cinsi fəaliyyətin zəifləməsi;
Dərinin solması, quruması və sallanması;
Saçların tökülməsi və ya bədənin sürətlə tüklənməsi.
Mən niyə kökəlirəm?
Hormonal dəyişiklik nəticəsində yaranan piylənmə şəkər, arterial hipertoniya, stress, depressiya, oynaqların artrozu, aterosklerozu və onkoloji xəstəliklərə səbəb olur. Bu, ömürlük prosesdir. Piylənmə ilə daim mübarizə aparmaq lazımdır. Çünki kök kişilər cinsi zəiflikdən əziyyət çəkirlər. Piylənmə ilə mübarizə aparmaq üçün xəstələrə arıqladıcı (piydağıdan) preparatları məsləhət görürlər. Bu dərmanlar sayəsində piylərin 30%-i orqanizmdən bağırsaq vasitəsilə xaric
olunur. Piylərin qalan hissəsi idman və pəhriz sayəsində bədəndən sovrulur.
Yaşıl noxud qaraciyərin piylənməsinə səbəb olur
Dietoloqların son araşdırmalarına əsasən, paxlalılar fəsiləsindən olan bitkilərin tərkibində zülal çoxdur. Lakin yaşıl noxudda olan zülal mal ətindəki zülaldan daha qüvvətlidir. Yaşıl noxudun tərkibində qlükoza və fruktoza çox olduğu üçün o, şirin və dadlıdır. 100 qr. yaşıl noxud 72 kkal. olub, tərkibində B, B2, PP, J, karotin, mineral duz, kalsium, fosfor, dəmir, manqan və kalium mövcuddur. Həkimlər bu bitkini xroniki qastritdən, xoradan və şəkər xəstəliyindən əziyyət çəkənlərə məsləhət görürlər. Pəhriz menyusuna yaşıl noxud əlavə etmək qadağandır. Həkimlər onu da sübut ediblər ki, yaşıl noxud qaraciyərin piylənməsinə səbəb olur.
Əsl kişi hormonu - testosteron
Bu hormonun fəaliyyəti 30 yaşdan sonra zəifləməyə başlayır və cinsi zəifliklə nəticələnir. Testosteronun fəaliyyətinin zəifləməsi nəticəsində bədən əzələləri yumşalır, ağır yük qaldırmaq kişilər üçün çətin olur.
Testosteron – endogen antideprissantdır. Onun fəaliyyətinin zəifliyi yuxusuzluğa, hipertoniyaya, şəkərə, insulta, infarkta, xroniki yorğunluğa səbəb olur.
Nə edim?
Testosteronu əvəzedici terapiya ilə gücləndirmək olar. Bu zaman bədənə hazır testosteron vurulur. Hormonal dərmanlar vasitəsilə şəxsi testosteronu gücləndirmək olar. Testosteronun güclənməsinə qaçış da kömək edir.
Cinsi zəifliyi aradan qaldıran ərzaqlar
1. Yaşıl soğan;
2. Baş soğan;
3. Qırmızı (pul) istiot və yaşıl acı bibər;
4. Sarımsaq.
Amerika seksoloqlarının son araşdırmalarına əsasən, nar şirəsi «viaqra»nı əvəz edir. Belə ki, bir ay ərzində, axşamlar 1 stəkan nar şirəsi içmək cinsi fəaliyyəti gücləndirir. Narın tərkibində olan natioksidantlar cinsiyyət orqanında damarları genişləndirir və qan dövranını gücləndirir.
Nar həm də ürək-damar sisteminə müsbət təsir göstərib, prostatı müalicə edir.
Çoxlu banan yemək cinsi zəifliyə gətirib çıxarır.
Boyum niyə uzanmır?
Boyatma hormonunu «hipotalamik rilizinq»- hormonu və somatostatin idarə edir. Bu hormon qaraciyərin fəaliyyətindən asılıdır. Boyartıran hormonu gücləndirmək üçün…
Yaxşı qidalanmaq;
Stresdən uzaq olmaq;
İdmanla məşğul olmaq;
Sağlam yuxu lazımdır.
Çin üsulu ilə müalicə
Hormonların fəaliyyətini hormonal preparatlarla tənzimləmək uzun müddət vaxt tələb edir. Amma müalicə kursu istənilən nəticəni vermir. Çin həkimləri nöqtəli masaj və aromaterapiya ilə ümumi hormonal fonu qaydasına salırlar. Bu müalicə endokrin sistemi tənzimləyib, ürək, qaraciyər, ağciyər və başqa daxili orqanları müalicə edib, bədəni cavanlaşdırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!