Cinsi zəifliyə qarşı vasitə: evdə hazırlayın və qəbul edin

Cinsi zəifliyə qarşı vasitə: evdə hazırlayın və qəbul edin
Cinsəl sağlamlıq
10.09.2017 265
Son zamanlar insanların cinsi həyatlarında bəzi
problemlər yaşanır. Bunun nəticəsində kişilər və qadınlar sonsuzluqdan,
impotensiya, sperma pozğunluğu, aybaşı pozğunluğu, klimaks, eroziya və. s kimi
cinsi xəstəliklərdən əziyyət çəkənlərin sayı günü-gündən artır.
Bir qisim cinsi xəstəliklərin yaranmasının səbəbi cinsi zəifliklə bağlıdır.
Kişilər bir çox hallarda cinsi zəiflikdən xilas olmaq üçün aktivlik yaradan
preparatlara, əsasən də viaqraya üstünlük verirlər.

Keçmişdə yaşamış insanların həyatı ilə maraqlansaq, cinsi zəiflikdən, cinsi xəstəliklərdən,
sonsuzluqdan əziyyət çəkənlərinin sayının indiki dövrlə müqayisədə çox az
olduğunu görərik. Halbuki, keçmişdə nə cinsi fəallıq yaradan preparatlar, nə
viaqra olub. Bəs keçmişdə insanların cinsi həyatlarını problemsiz yaşamalarına
kömək edən əsas vasitələr nə idi?

www.Qadinlar.biz portalı heç bir dərman preparatlarına, həkim-təbibə
müraciər etmədən, ev şəraitində hazırlana bilən vasitələri təqdim edir. Viaqra,
cinsi aktivlik yaradan digər preparatların əvəzedicilərini hər kəs özü
hazırlayıb qəbul etməklə, cinsi zəiflikdən və cinsi xəstəliklərdən xilas ola
bilər.

Cinsi zəiflik, sonsuzluq, sperma pozğunluğu və eroziyadan əziyyət çəkən kişilər
bu problemlərin azalması üçün viaqra əvəzləyici enerji qarışığını qəbul edə bilər:
Tərkibi: bal, doşab (bəhməz), püstə, qoz, fındıq, badam, kişmiş, şüyüdün kok
hissəsi, zəfəran və sarıkök.
Hazırlanması: 5 xorək qaşığı bala 3 xorək qaşığı doşab əlavə edin. Püstə, qoz,
fındıq, badam, kişmiş, şüyüdün kok hissəsini yaxşıca əzib püre halına gətirərək
bal və doşab qarışığına əlavə edin. Üzərinə zəfəran və sarıkok tökərək yaxşıca
qatışdırın və gündə iki dəfə səhər yeməyindən və axşam yeməyindən 20 dəqiqə
sonra 1 xörək qaşığı qəbul edin. 10 gün bu qatışığı qəbul etdikdən sonra cinsi
problemlərinizə xeyrli təsir göstərdiyinin şahidi olacaqsınız.

Qadınlarda isə mensturasiya pozgunluğu, klimaks ən çox rastlanan cinsi problemlərdir.
Bu problemin həlli üçün əsrlərdən bəri xanımların istifadə etdiyi bir içki var.
500 qr suya bir orta ölçülü soğanı dörd yerə bölüb əlavə edin və qaynadın.
Qaynanmış suyu gündə bir dəfə bir armudu stəkanda 1 çay qaşığı bal ilə
qarışdırıb 10 gün ərzində için. Tezliklə xeyirli təsirinin şahidi olacaqsınız.
Bundan əlavə hər gün səhər oyananda əncir mürəbbəsi ilə çay için. Çünki əncir
mürəbbəsi seksual aktivliyin artmasına təsir göstərir bu səbəbdən də əncir
qadınların meyvəsi hesab edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!