Cinsi yolla yoluxan infeksiyalar - Herpes (uçuq)

Cinsi yolla yoluxan infeksiyalar - Herpes (uçuq)
Cinsəl sağlamlıq
10.09.2017 57
Virus xassəli xəstəlikdir, yoluxucudur, zədələnmiş cinsiyyət üzvü ilə bilavasitə təmasda və ya partnyorun ağzında olan xoralardan keçir. Yoluxmanın əlamətləri təmasdan 1 ay sonra biruzə verir. Yoluxma zamanı ağızda və xarici üzvlərdə səpgilər əmələ gəlir, cinsi üzvlərdən irin ifraz olunur. Qızdırma, baş və əzələ ağrıları olur. Vaxtdan vaxta virus sanki «yatır». Elə bil xəstəlik geri çəkilir. Xəstəliyi yüngülləşdirmək üçün preparatlar var. Herpes xərçəng əmələ gətirə bilər və daxili üzvləri zədələyən xəstə anadan doğulan uşağın xəstəliyə yoluxma ehtimalı çoxdur (40-60%). Yeni doğulmuşlar arasında herpesə yoluxanların 40%-i ölür, qalanlarda isə baş beyin zədəsinin %-i çoxdur. Cinsiyyət üzvlərinin herpesi 1984-cü ildən geniş yayılmış xəstəlikdir, 1989-cu il göstəricisinə görə 20-65% seksual aktiv adamlardır. Əsas əlamətlər- cinsiyyət üzvlərində, bəzən anusda və sağrılarda ağrıların, qaşınan qovuqların olmasıdır. Sonra bu qovuqlar açılır (partlayır), quruyur və qabıq əmələ gətirir. Kişilərdə — qovuqlar cinsiyyət üzvündə, sidik kanalında yerləşir. Qadınlarda — cinsiyyət dodaqlarında, klitorda, uşaqlıq yolunda və uşaqlıq boynunda yerləşir. Bir qayda olaraq qovuqların əmələ gəlməsindən əvvəl bədən temperaturu yüksəlir, nasazlıq, baş ağrıları və bel ağrıları olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!