Spermoqramma - kişi üçün ən mühüm və dəqiq məlumatlı müayinə

Spermoqramma - kişi üçün ən mühüm və dəqiq məlumatlı müayinə
Cinsəl sağlamlıq
10.09.2017 29
Sonsuzluq ilə bağlı müayinə apardıqda həkim-androloq (kişi həkimi)
kişinin cinsi orqanlarını müayinə edərək, onlarda normadankənar
dəyişikliklərin (əgər onlar varsa) olmasını aşkar edir.
Bu zaman həkim tərəfindən hər hansı bir patoloji hal aşkar edilərsə, tələb olunduğu halda kişini USM-ə göndərir.
Daha sonra isə kişi üçün ən mühüm və dəqiq məlumatlı müayinə olan –
spermoqramma (spermanın müayinəsi) təyin edilir. "Sperma” yunan sözü
olub mənası "toxum”, "qramma” isə "yazı” mənası verir. Spermoqramma –
spermanın ən geniş şəkildə (fiziki xüsusiyyətləri, kimyəvi və hüceyrə
tərkibi və digərləri barədə) müayinəsinin nəticəsi olub, spermatogenez
(spermatozoidlərin hazırlanması) barədə dəqiq məlumat əldə edilməsinə
imkan verir.
 
Spermoqrammanın nəticələrinin bir şəxsdə müxtəlif ola biləcəyini
nəzərə alaraq, spermanın müayinəsi, aralarında 2 həftə fasilə olmaqla, 2
dəfə, göstəricilər arasında fərq çox olduqda isə 3 dəfə olmaqla
aparılır.
Göstəricilərin maksimal şəkildə dəqiq olması üçün spermanı müayinəyə
verməmişdən 3-5 gün əvvəl (bu müddətdən nə az, nə də çox olması
məsləhətdir) cinsi əlaqədən çəkinmək lazımdır. Spermanın müayinəsini
laboratoriyada vermək daha yaxşı olar. Çünki spermanın soyuması onun
müayinəsinin göstəricilərinin təhrif olunmasına səbəb olur.
Eyakulyatın həcmi – spermanın ən vacib
xüsusiyyətlərindən biridir. Onun həcminin 2 ml-dən az olması, kişi
sonsuzluğunun (oliqospermiya) səbəbi kimi qiymətləndirilə bilər. Bu
zaman problem yalnız az miqdarda eyakulyatda spermatozoidlərin də az
olmasında deyil. Hətta bu zaman spermatozoidlərin sayı normadan artıq
olsa da, normal mayalanma üçün təhlükənin olması mövcud olur. Bəs bu
necə ola bilər?
İş orasındadır ki, bu zaman uşaqlıq yoluna düşmüş spermatozoidlər
onlar üçün aqressiv (çətin) olan şəraitlə qarşılaşırlar. Belə ki,
uşaqlığın turşulu mühiti spermatozoidlər üçün çox zərərli hesab edilir
(spermatozoidlər ancaq qələvi mühitdə mövcud ola bilirlər) və onların
əksər hissəsi ilk 2-3 saat ərzində məhv olurlar. Bu müddət ərzində daha
hərəkətli və "sağlam” olan spermatozoidlər uşaqlıq boşluğuna daxil
olmalıdırlar. Uşaqlıq boşluğunda olan mühit onlar üçün daha əlverişlidir
(spermatozoidlər uşaqlıqda və uşaqlıq borularında, 3 günə qədər olan
müddət ərzində hərəkətli olaraq qala bilərlər). Toxum mayesi (və ya
toxum plazması) müəyyən bir müddət ərzində uşaqlıq yolunun turşuluğunu
bir qədər azaldaraq aktiv spermatozoidlərin uşaqlıq boşluğuna keçməsinə
kömək edir. Belə güman edirlər ki, az miqdarda olan toxum mayesi bu
funksiyanın "öhdəsindən gələ bilmir”: toxum mayesi nə qədər az olarsa,
uşaqlıq yolundakı turş mühitin zərərli təsirindən spermatozoidləri daha
az müddət ərzində qoruya bilir. Bundan başqa, kişinin toxum plazması
müəyyən müddət ərzində qadın immunitetinin təsirini (qadın orqanizmi
üçün kişi spermatozoidləri yad mikroorqanizm hesab edilir) zəiflətmək
xüsusiyyətinə də malikdir. Toxum plazması çox az olarsa, uşaqlıq
boynu mayesi (yad hüceyrələrə qarşı immun çəpər) yad mikroorqanizmləri
tez "taparaq” onları uşaqlıq daxilinə buraxmaz.
Məhz buna görə son nəticədə mayalanmanın baş verməsi üçün toxum mayesinin həcmi də böyük rol oynayır.
Bununla belə, spermanın çox miqdarda olması da kişiyə heç bir
üstünlük vermir. Adətən, uşaqlıq yoluna 5 ml-dən artıq sperma yerləşmir.
Bu miqdardan artıq olan sperma uşaqlıq yolundan xaric olmaqla
mayalanmada iştirak etmir.
Əksər kişilərdə sperma "ağ-bozumtul” rəngdə olur. Onun bir sıra
rənglərə çalarlığı (ağ-süd rəngli, sarımtıl, şəffaf və s.) hər hansı
pozğunluqlar olmasına sübut kimi qəbul edilə bilməz. İstisna kimi,
spermanın "açıq çəhrayı” rəngdə olması qeyd edilə bilər ki, bu da
spermada eritrositlərin (qırmızı qan hüceyrələri) normadan artıq
miqdarda olmasını deməyə imkan verir.
Digər göstərici eyakulyatın durulaşma göstəricisidir.
Cinsi əlaqə zamanı uşaqlıq yoluna püskürdülən sperma, adətən, tamamilə
maye şəklində olmur. Bir müddət keçdikdən sonra toxum mayesinin
tərkibində olan - prostat vəzi tərəfindən ifraz olunan fermentin təsiri
altında eyakulyat maye şəklini alır. Durulaşma spermanın yapışqanlılıq
dərəcəsinə görə müəyyən edilir. Normada sperma 10-40 dəqiqədən sonra
durulaşmış olur. Durulaşmanın gecikdiyi və ya baş vermədiyi halda, bu,
prostat vəzi fəaliyyətinin pozğunluğu kimi qəbul edilə bilər. Bu isə
bəzi hallarda kişi sonsuzluğunun səbəbi ola bilər.
Normal eyakulyat zəif qələvi reaksiyalı (pH 7,2-8,0)
olur. Bu, göstəricinin normadan bu və ya digər tərəfə dəyişilməsi,
digər pozğunluqlar olmadığı halda, hər hansı bir patologiyanın olmasının
göstəricisi kimi qəbul oluna bilməz. Ancaq digər əlamətlərlə yanaşı
olduqda isə xəstəliyə diaqnoz qoyulmasına təsir edə bilər.
Spermoqrammanın cavabına baxan hər bir mütəxəssis ilk növbədə spermatozoidlərin sayına diqqət yetirir. Spermatozoidləri saymaq üçün müxtəlif mikroskopik
qurğulardan istifadə edirlər. Adətən, onların sayı konsentrasiya
şəklində ifadə olunur (flan qədər milyon bir millilitrdə). Normada 1 ml eyakulyatda spermatozoidlərin sayı 20 milyondan (spermanın ümumi həcmində isə 40 milyondan) az olmamalıdır.
Mayalanmanın baş tutması üçün spermatozoidlərin hərəkətliliyi onların sayından heç də az əhəmiyyətli deyil. Spermatozoidlər hərəkət
etmirlərsə, onların sayının çox olmasının heç bir əhəmiyyəti yoxdur.
Hərəkətlilik dərəcəsinə görə spermatozoidləri 4 qrupa ayırırlar:
- A hərəkətlilik dərəcəsinə - düz xətt üzrə iti sürətlə hərəkət edən
spermatozoidlər aid edilir; onların sürəti 0,025 mm/san-dən az olmur;
- B hərəkətlilik dərəcəsinə - düz xətt üzrə asta sürətlə hərəkət edən
spermatozoidlər aid edilir; onların sürəti 0,025 mm/san-dən az olsa da,
hərəkət trayektoriyası düz xətt boyunca olur;
- C hərəkətlilik dərəcəsinə - düz xətt üzrə hərəkət etməyən
spermatozoidlər (yerində güclə çabalayan və ya dairəvi xətt üzrə hərəkət
edənlər) aid edilir;
- D hərəkətlilik dərəcəsinə isə heç hərəkət etməyən spermatozoidlər daxildir.
Eyakulyatda hər zaman bütün hərəkətlilik dərəcəsinə malik olan
spermatozoidlər olur. Normal sağlam spermada proqressiv-hərəkətli
spermatozoidlərin (A+B) sayı 50%-dən az və ya sürətli
proqressiv-hərəkətli spermatozoidlərin (A) sayi 25%-dən az olmamalıdır.
Mikroskop altında ilk dəfə spermanı görən adam xeyli sayda "eybəcər”
və "əyri” patoloji spermatozoidlərin olmasından son dərəcə heyrətə
gəlmiş olur. Burada həm başsız, həm ikiquyruqlu, həm əyri başlı
spermatozoidlərə rast gəlmək olur. Ancaq bu halda qorxmaq lazım deyil.
İstənilən kişinin spermasında patoloji formalara təsadüf edilir. Ancaq
onların sayı 50%-dən artıq olduqda, bu, yaxşı əlamət hesab edilmir. Buna
baxmayaraq, aparılan xüsusi müayinələr göstərir ki, hətta spermanın
85%-i patoloji spermatozoidlərdən ibarət olsa da, spermatozoidlərin
seçilməsi və EKM üsullarından istifadə edilməsi yolu ilə sağlam uşaq
əldə edilməsinə nail olmaq mümkün hesab edilir.
Spermaqlyutinasiya və ya spermatozoidlərin bir-birinə yapışması ağır immun pozğunluqlarının əlamətidir. Spermada spermaqlyutinasiya baş verməli deyil.
Spermada antispermal anticisimlər (ASA və ya ASAT)
də olmalı deyil. Bunlar kişi orqanizmində öz spermatozoidlərinə qarşı
əmələ gələn anticisimlərdir. Spermatozoidin quyruğu ilə birləşməklə
antispermal anticisimlər onun hərəkətliliyini dayandırır, spermatozoidin
başı ilə birləşdikdə isə mayalanmanın qarşısını almış olur. ASA həm
kişi, həm də qadın orqanizmində əmələ gəlməklə son nəticədə sonsuzluğa
səbəb ola bilərlər.
Eyakulyatda spermatozoidlərdən savayı, dairəvi hüceyrələr də olur. Bu
ümumiləşdirilmiş ad altında leykositlər və yetişməmiş spermatogenez
hüceyrələri (gələcəkdə xayada bu hüceyrələrdən yetkin spermatozoidlər
əmələ gəlir) nəzərdə tutulur. Normada leykositlərin sayı 1 mln/ml-dən
artıq olmamalıdır.
Belə hesab olunur ki, bu immun hüceyrələrin yüksək konsentrasiyada
olması prostat vəzidə və ya toxum vezikulasında (kisəciklərində) olan
iltihabi proseslərin olmasının göstəricisi ola bilər. Beləliklə,
aşağıdakı cədvəldə spermatogenezdə sonsuzluğa səbəb ola biləcək bir sıra
dəyişiklikləri nəzərdən keçirək:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!