Kişilərin ən böyük dərdi, ən böyük qorxusu nədir

Kişilərin ən böyük dərdi, ən böyük qorxusu nədir
Cinsəl sağlamlıq
10.09.2017 68
Aktiv cinsi həyat yaşayan kişilərin böyük əksəriyyətinin tez-tez
rastlaşdığı erkən boşalma günümüzün reallığında heç bir dərman istifadə
etmədən, yalnız psixoterapevtik metodlar vasitəsi ilə 90-95 faiz tam
aradan qalxan problemdir.

Erkən boşalma nədir?

Cinsi əlaqənin qadının, eləcə də kişinin həzz almasına imkan verməyəcək
dərəcədə tez bitməsi erkən boşalma adlanır. Müasir tibbdə erkən
boşalmaya xəstəlikdən daha çox bir adaptasiya problemi olaraq baxılır.
Yəni ailələrin bu problemi yaşamalarına səbəb xəstəlikdən daha çox cinsi
həyatlarına uyğunlaşa bilməmək, onu idarə edə bilməməkdir.



Niyə tez boşalma olur?

Cinsi həyat haqqında çox ciddi tabularımızın, olduqca mühafizəkar əxlaq
normalarının olduğu bir cəmiyyət olmağımız heç kəsə sirr deyil. Məhz bu
səbəblərdəndir ki, cinsi həyat haqqında informasiyalar yanlış, yaxud da
yetərsizdir. Erkən boşalma probleminin ən böyük səbəbi uşaq yaşlarında
edilən masturbasiya (öz-özünü əl ilə boşaltma), həmin anda tutulma
qorxusu və yaxalanmadan tez boşalaraq həzzi yaşayım düşüncəsi olmuşdur.
Bundan başqa "partnyorum mütləq məndən razı qalmalıdır” düşüncəsi,
partnyora hədsiz emosional bağlılıq, pul müqabilində edilən cinsi
əlaqələr də erkən boşalmanın yaranma səbəbləri arasındadır.



İdeal cinsi əlaqə nə qədər davam etməlidir?

Həkim olaraq bizə tez-tez verilən suallardan biri də məhz cinsi əlaqənin
ideal müddətinin nə qədər olması ilə bağlıdır. Qeyd edim ki, bu,
olduqca individualdır, şəxsə, münasibətə, məkana, zamana görə dəyişən
bir rəqəmdir. Bəzi cütlüklər üçün 1 dəqiqə kifayət etdiyi halda,
digərləri üçün 12-15 dəqiqə kifayət etməyə bilər.



Tibbi təcrübədə erkən boşalma probleminin dərəcəsini müəyyən etmək üçün
bəzi standartlar qəbul olunub. Əgər cinsi əlaqə başlamadan boşalma baş
verirsə, bu, ağır dərəcəli olaraq təsnif edilir.



Aktiv cinsi əlaqə başladıqdan 1 dəqiqə və ya daha tez boşalma olursa, bu, orta dərəcəli hesab olunur.



1-5 dəqiqə arasında boşalma aktı olarsa, bu, erkən boşalma adlanır.
Nəzərinizə çatdırım ki, bu problemdən əziyyət çəkənlərin 70 faizi 1-5
dəqiqə arasında boşalan insanlardır.



Erkən boşalmanın müalicəsi varmı?

Əgər sizin orqanizminizdə erkən boşalmaya səbəb olacaq digər tibbi
problemlər yoxdursa (böyrək, prostat və sair), heç bir dərman istifadə
etmədən psixoterapevtik texnikalar vasitəsi ilə probleminizi aradan
qaldırmaq mümkündür. Bəzən insanlar gec boşalmaq üçün müxtəlif
dərmanlardan, spreylərden istifadə edirlər. Bu tip dərmanlar həmin cinsi
akt üçün kömək etsə də, problemi kökündən həll etmək iqtidarında deyil.
Problemin aradan qalxmasını, normal cinsi həyatınızın olmasını
istəyirsinizsə, bunu kökündən həll etməlisiniz.



Orxan Fərəcli

Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!