Cinsi istəksizliyə səbəb olan 9 amil

Cinsi istəksizliyə səbəb olan 9 amil
Cinsəl sağlamlıq
10.09.2017 79
Ağ çörək

Həddən artıq ağ çörək və ya əla növ undan hazırlanmış xəmir xörəkləri, bulkalar, şirniyyatlar yemək seks istəyini azaldır. Buna səbəb ağ çörəyin və digər xəmir xörəklərinin tərkibində olan şəkər miqdarının bədənin enerji tarazlılığını pozmasıdır. Belə qidaları həddən artıq qəbul etdikdə gecələr sadəcə yuxuya getmək istəyəcəksiniz, seks isə heç ağlınızın ucundan da keçməyəcək. Sizcə, bu vəziyyətə partnyorunuz nə qədər müddət göz yuma bilər?



Qrip dərmanları

Səbəbi qəti olaraq bilinməsə də, bu dərmanların ehtirası azaltdığı sübut edilib. Odur ki, qrip dərmanlarından istifadə etdiyiniz günlər partnyorunuzun könlünü başqa şəkildə almağa çalışın.



Dəmir əskikliyi

Dəmir əksikliyi daha çox qadınlarda müşahidə edilir və istəksizliyə, cinsi həyatdan soyumağa gətirib çıxara bilir. Ət,  mərci və digər dəmir qaynağı olan qidalarla bu problemi aradan qaldırın. Əgər cinsi istəksiliyinizin səbəbi dəmir əksikliyidirsə, dəmirlə zəngin qidalar 1 həftə içərisində probleminizi həll edəcək.

cin

Qrip dərmanları kimi təzyiq dərmanları da ehtirası öldürürür. Qan təzyiqini nizamlayan bu dərmanlar kişilərin ereksiya olmasını çətinləşdirir.



Alma tipli bədən

Qarın hissəsində çox piy yığılan, bel ətrafı qalın olan insanlarda cinsi istəksizlikdən əziyyət çəkə bilərlər. İdeal kilonuzu qorumaq və ya onu əldə etmək üçün sağlam qidalanın və idmanla məşğul olun.



Spirtli içki

Spirtli içkilər seks istəyini azlatmaqla yanaşı, kişilərin sperma istehsalına da mənfi təsir edir. Xoşbəxt seks həyatı üçün pis vərdişlərinizi tərgidin.



Sürətli kilo vermək

Şok pəhrizlə bir anda çox arıqlamaq həm sağlamlığınıza, həm də cinsi həyatınıza mənfi təsir edə bilər. Qısa müddətdə çox kilo itirmək sizin hormonlarınıza təsir edir. Bu da cinsi istəyin azalması ilə nəticələnə bilər.



Viaqra

Viaqra və bitki tərkibli başqa bu tip dərmanlar əks effekt verə bilər. Tərkibində ağır kimyəvi metallar olan həmin dərmanlar cisni istəyinizi artırmaq əvəzinə, istəksizlik yarada bilər. Bunlardan istifadə etmək ürək xəstələri üçün də təhlükəlidir.



Şəkər xəstəliyi

Qan dövranı cinsi həyata birbaşa təsir edir. Qan normal dövr edə bilməyəndə cinsi performansda da problemlər başlayır. Qan dövranının sürətinin azalmasına səbəb olan şəkər xəstəliyi kimi problemlər ereksiya olmağınıza maneə yarada bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!