İntim əlaqə zamanı ağrılar və onun müalicəsi

İntim əlaqə zamanı ağrılar və onun müalicəsi
Cinsəl sağlamlıq
10.09.2017 251
Ağrının səbəbindən biri- vaginizm ola bilər

Qadın nə hiss edir?Yaxınlıqdan qorxu. Ola bilsinki yanınızda olan insanı
xoşlamırsınız və ya, xoşa gəlməyən seksiniz olub. Səbəbdən biri də,
hamilə qalmaq qorxusu da ola bilər. Bu səbəblərin hamısı vagina
əzələsində spazmalar yaradır- nəticəsi isə ağrı və xoşa gəlməyən hisslər
olur.

Qərar : partnyorunuza etibar edin. Ona öz qorxunuzu və sıxıntınızı
danışın. Çalışın ki, rahatlanasız. Əgər bu məsləhətlər köməyinizə
çatmasa, o zaman seksopoloqa müraciət edin.



Ağrının səbəbi : seksual uyğunsuzluq.

Qadın nə hiss edir? Bəzi seks pozalarda, qadın vaginanın içərisində
güclü ağrı hiss edir. Bu ola bilsin ki, vaginanın dərinliyi, kişi cinsi
orqanına görə balacadır. Seks zamanı kişi cinsiyyət orqanı bəzi
pozalarda küncə tərəf sürüşür. Əgər buna bir az da temp versək,
əlbəttəki qadın o zaman güclü ağrı hiss edir.

Qərar : partnyorunuzla birgə özünüzə optimal olan poza və temp seçin. Lap çox dərinə getməməyi rica edin.



Ağrının səbəbi : infeksiyalar və iltihabı ( soyuqdəymə )

Qadın nə hiss edir? Xoşa gəlməz hisslər, ağrı, qaşınma, göynəmə və
quruluq. Çox zaman güclü yaşıl rəngə çalan və çürüntünü xatırladan iyli
axıtı gəlir. Bu maloçniça, xlamidioz, mikoplazmoz , gerpes kimi
infeksiyalar ola bilər.Ağrının səbəbi vulvit, bartolinit, vaginit kimi
iltihablar ola bilər.

Qərar : Mütləq genikoloqa müraciət etmək lazımdır. Müalicəni yubatmamaq
lazımdır. Çünki, sonra nəticəsi pis ola bilər. Bu sonsuzluq, uşaqlıq
boynunun xərçəng xəstəliyi və hamilə zamanı, körpənin yoluxması ilə
nəticələnir.



Ağrının səbəbi : yağlayıcının az olması.

Qadın nə hiss edir? Vaginada quruluq, xoşa gəlməz hisslər və penisin
ağrılı iç divara sürtünüşü. Buna səbəb foreplayın qısa müddətli olması
və yağlanma istehsal edən bartholin vəzlərinin iltihabı ola bilər.

Qərar : əgər səbəb perelyudinin qısa müddətli olmasıdırsa , onda özünüzü
intim əlaqəyə hazırlayın. İltihabla əlaqəlidirsə, genikoloqa müraciət
edin.



Ağrının səbəbi : endometrioz.

Qadın nə hiss edir? Seks zamanı qarın nahiyəsinin aşağısında və
vaginanın içərisində it, kəsici ağrı hiss olunur. Bəzən ağrı intim
əlaqədən sonra və aybaşıdan əvvəldə ola bilər. Endometrioz- uşaqlığın
daxili qat orqanlarında genikaloji vəziyyət- endometrioz təzahürləri
əmələ gəlməsidir.

Qərar : endometrioz sonsuzluqla nəticələndiyi üçün, mütləq genikoloqa müraciət və dərhal müalicə olunmalıdır.



Ağrının səbəbi : vaginanın travması.

Qadın nə hiss edir? Seks zamanı, kişi cinsi orqanın içəri girməsi və
cinsi akt zamanı ağrılar hiss olunur. Buna səbəb doğuş zamanı alınan
tikişlər , vaginanın travması , abhesions , cərrahiyyə əməliyyatı ola
bilər.

Qərar : alınan travmaların sağalması üçün zaman lazımdır. Seks zamanı
rahat pozalar seçin. Əgər 3 ay ərzində ağrılar davam edərsə , o zaman
həkimə müraciət etmək lazımdır Həkim fizioterapeya təyin etməklə şəfa
taparsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!