Ailədə cinsi həyatın ən böyük düşmənləri

Ailədə cinsi həyatın ən böyük düşmənləri
Cinsəl sağlamlıq
10.09.2017 86
Hər cüt həyatının hər hansı bir dövründə ən az bir cinsi funksiya
pozuqluğu problemi yaşayır. Vaginismus problemi yeni evli cütlərdə ən
azı 30 % yaşanmaqda, orgazm problemi yaşayan qadınlar haradasa 50%,
kişilərdə erkən boşalma problemi 40%, hər yüz cütün təxminən 35%-i uşaq
sahibi olmaqda çətinlik çəkir.

Bu artımın fiziki, ruhi səbəbləriylə birlikdə, cinsi təhsilin
əskikliyiylə, ictimai problemlərlə və daha bir çox şeylə əlaqəsi var.

Bunlara "Cinsi həyat düşmənləri" deyə bilərik.

Piylənmə, yüksək qan təzyiqi, 1 və 2-ci tip şəkər xəstəliyi, yüksək LDL
(pis) xolesterol, aşağı HDL (yaxşı) xolesterol, səhv dərman istifadəsi,
psixiatrop dərmanlar, balanssız və sağlıqsız qidalanma tərzi,
hərəkətsiz bir həyat, həddindən artıq gərgin, əsəbi, narahat ruh halı,
qayğı pozuqluqları, stress, depressiya, psixiatrik problemlər, siqaret,
spirt, narkotik və doping dərmanlar, hormonal balanssızlıq,

qeyri-kafi cinsi təhsil, səhv cinsi təcrübələr, qorxular, ünsiyyət problemləri, ailə problemləri, şiddət...



Problemləri aradan qaldırmaq üçün nələr edilə bilər?

- Yaşanan bir çox cinsi problemin altında cinsi məlumat azlığı, səhv
inanclar, qeydlər və ünsiyyət problemləri yatmaqdadır. Adam özünə kömək
müddətində bütün bunların öhdəsindən gələ bilər. Məlumatları
düzəltdikcə, davranışlar dəyişdikcə, qorxular yox olduqca cinsi
problemlər də düzələcək.



- Yaşanılan cinsi problemin altında yata biləcək orqanik səbəblər araşdırılarkən mütləq psixoloji əhvala nəzarət edilməlidir.



- Doğru qidalanma, doğru dərman istifadəsi, siqaret, spirt istifadəsini bitirmək və nizamlı idman etmək əhəmiyyətlidir.



- Yaşadığınız problemlər nə olursa olsun həllə fokuslanmaq və həll yollarını sınamaq lazımdır.



- Problemlərinizi mütəxəssislərə məsləhətləşərək həll yollarını birlikdə axtarmalısınız.



- Həyat yoldaşınızla bir-birinizə dəstək olaraq problemi birlikdə həll etməyə çalışın.



- "Problemlər həll etmək üçündür" fəlsəfəsini bu dövrdə istifadə etmək işinizə yarayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!