Həkim müayinəsi yerinə düşər

Həkim müayinəsi yerinə düşər
Cinsəl sağlamlıq
10.09.2017 46
1.Həkim müayinəsi yerinə düşər.

Kişinin cinsi funksiyasına təsir göstərə bilən hər hansı mümkün xəstəliyi istisna etmək naminə müayinədən keçmək vacibdir. Bu xəstəliklər həm fizioloji, həm də psixi xarekterli ola bilər. Yaxşı bir həkim-androloq tapın.



2.Tibbi müayinənin nəticələri barədə açıq danışın.

Bəzən əsas xəstəliyi müalicə etməklə kişinin seksdən soyumağına son qoymaq mümkündür. Amma müayinə nəticəsində ərinizin sizdən gizlətməyə çalışdığı nəsə məsələn, cinsi yolla keçən zöhrəvi xəstəlik üzə çıxa bilər. Əlbəttə düşdüyünüz situasiyanın nə qədər ümidsiz olduğunu bilmək vacibdir.

 

3. Psixoloqa təklikdə müraciət edin.

Təkcə seksdə yox, həyatda üzləşdiyiniz problemi araşdırmaq üçün ona kənarda nəzər salmağın hər vaxt xeyiri var. Bəlkə siz ərinizin seks istəməsindən, ümumiyyətlə həyatdan narazısınız? Ola bilsin ki, siz özünüzdən narazısınız, yataq otağında baş verənlərə, baş verməyənlərə görə özünüzü günahkar bilirsizniz? Əgər belədirsə, o zaman kənardan dəstəyə ehtiyacınız var!



Psixoloq təkcə sizin qarışıq fikirlərinizi nizamlamayacaq, həm də sizin həyatınızda və münasibətlərinizdə baş verənlərin obyektiv mənzərəsini tərtib edə bilər. Əgər siz həyatınızda nə isə dəyişmək istəyirsinizsə, o zaman psixoloq sizi dəstəkləyə, yaxşı məsləhət verə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!